24.11.2014 Views

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Çin və Xotəndən Fəqfur-İli və Zənan şəhərlərindən, kalmık ölkəsindən və Moskvadan

buraya daim elçilər gəlir və karvanlarla mal gətirilir. Moskvalılar aramsız olaraq duz,

neft, zəfəran və ipək almaq üçün Bakıya gəlirlər. Moskva elçiləri burada girov qalırlar.

Moskva ölkəsindən başlıca olaraq Bakı, qismən isə Gilan və Əcəm (İran) vasitəsilə

samur xəzi, balıq dişi (Morj köpək dişi - S.A.), boz sincab xəzi, Bulqar ölkəsindən isə

gön-dəri gətirilirdi..." 76

Övliya Çələbinin məlumatına görə Bakı qalası çox möhkəmləndirilmiş və sıx

məskunlaş mışdı. Göründüyü kimi, şəhər həyatı dəniz sahilində, limanın yaxınlığında

mərkəzləşmişdi.

Dəniz sahilindəki dövrümüzədək gəlib çatmamış 4 böyük karvansaradan,

limandan qalaya açılan üç darvazadan olan qala divarları 77 boyunca dükan və məscid

binalarından ibarət ticarət kompleksi tikililəri də XVII əsrdə şəhərdə iri ticarət getdiyini

sübut edir. Bu kompleksin yaxınlığında, elə həmin məhəllədə, şəhərin quru və dəniz

ticarətinə xidmət edən daha 5 karvansara da var idi.

Övliya Çələbinin Bakı və Azərbaycanın digər şəhərlərinin Çin şəhərləri ilə

ticarət apardığına dair məlumatını köhnə Bakı qalasında, köhnə Gəncədə və

Azərbaycanın başqa şəhərlərində çoxlu miqdarda çini qabların tapılması da təsdiq

edir. 78 Övliya Çələbinin məlumatına görə, o vaxtlar Bakı və Dərbənd vasitəsilə

Volqanın mənsəbinə, şimala dəniz ticarəti xeyli inkişaf etmişdi. Dəniz yolundan başqa,

Təbrizdən cənuba - İran və Türkiyəyə, habelə Orta Asiyadan keçərək Hindistana gedən

quru karvan yolu da var idi. Bu ticarətin miqyası haqqında Övliya Çələbinin gətirdiyi

aşağıdakı rəqəmə əsasən fikir yürütmək mümkündür. Onun söylədiyinə görə, İrəvan

xanı (Bakı xanın ın qaynı idi) gömrükxanaya 1000 baş (dəvədən) ibarət karvan

göndərməyi vəd etmişdi. 79 İri feodal və şah canişini olan hakim xan xarici ticarət

əməliyyatlarında bilavasitə iştirak edirdi.

1683-cü ildə Bakıda olmuş Kempfer də şəhərin ticarətinə dair bəzi məlumatlar

vermişdir. "Malları daha rahat daşımaq üçün limandan şəhərə üç darvazadan giriş

vardır. Dənizin yaxınlığında açıq dənizin qənşərində dənizin içərilərinə qədər uzanan

və bir növ, sahilə paralel iki qat şəhər divarları ucaldılmışdır. Reydi dalğalardan yarım

fərsəngə qədər dənizin içərisinə girən qarşıdakı burun qoruyur. Bura Rusiyadan,

Dağıstandan, Çərkəzstandan, Özbəkistandan və İrandan gələn gəmilər üçün rahat

dayanacaqdır. Şəhərin dağın yamacındakı hissəsi şəhər sakinlərinin yoxsulluğu və

səliqəsizliyi ucbatından bərbad vəziyyətdə idi; şəhərin ancaq aşağı hissəsində əhali

sıxdır. İctimai binalardan yonulmuş daşdan s əkkizguşə şəklində tikilrniş karvansara

daha çox seçilir; onun daxili həyəti gözəl sütunlu tağlı eyvanla əhatə olunmuşdur...

Şəhər meydanı dəbdəbəsiz olub, adicə iri, dördkünc sahədir..." 80

Kempferin təsvir etdiyi karvansara da, başqaları kimi, limandan şimal -

"Şamaxı" darvazalarına gedən şəhər magistralı üstündə idi. Meydan-sənətkar, tacir

emalatxana və dükanlarının yerləşdiyi bazar meydanı da bu rayonda idi. 81 Kempferin

sözlərinə görə, şəhər əhalisi yoxsul həyat sürürdü, 82 ticarət isə zəif inkişaf etmişdi.

Xotən - Orta Asiyanın şərqində vilayət (Sintszyan)

179

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!