24.11.2014 Views

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

ilə qazılar məşğul olurdular. İstintaq zamanı işgəncədən istifadə edilirdi. Dabanları

çubuqla döymək, bədəni qamçılamaq, göz çıxarmaq, qolları vurmaq, qulaq və burun

kəsmək və i.a. cəzalar verilirdi. 31 Cəzaları xan cəlladları icra edirdi.

Böyük kapital və mülk sahibi olan iri tacirlər imtiyazlı sinfə mənsub idilər.

Tacirlərin başında xanın müvəkkili olub, onun ticarət əməliyyatlarını aparan, habelə

tacirlər arasındakı münaqişələri araşdıran məliki-tüccar dururdu. 32

Şəhərdə ətraf kəndlərdəki bostanlarında, bağ və əkin yerlərində kənd təsərrüfatı

ilə məşğul olan az sayda kəndlilər də yaşayırdı. Burada müxtəlif işlər görən, yaxud

bazarda dilənçilik edən qaçqın kəndlilər də var idi. 33 Sənəddə xatırlanan arabaçılar adı

altında, göründüyü kimi sudaşıyanlar neft və duzun nəql edilməsi ilə məşğul olan

adamlar nəzərdə tutulurdu. Şəhərin ən yoxsul əhalisinə muzdurlar - yelkənli 34 ticarət

qayıqlarının matrosları, qayıqların və karvanların boşaldılması və yüklənməsi ilə

məşğul olan günəmuzd hamballar daxil idi. Bakıda, bütün orta əsr Şərq şəhərlərində

olduğu kimi çoxlu dərvişlər və dilənçilər də var idi. XVIII əsrin sonlarında şəhərin vergi

verən əhalisi - rəiyyətin üzərinə müxtəlif vergi və mükəlləfiyyətlər qoyulurdu. Bununla

belə, vergilərin ağırlığı bir qədər azalmışdı. İran ağalığından yaxa qurtarılmas ı ilə bağlı

rəiyyət şah xəzinəsinə daxil olan bir sıra vergilərdən azad edilmişdi. Vergilər xan və

mülkədar bəylər üçün yığılırdı. Eyni vergi gah xan üçün, gah da torpaq sahibi bəy üçün,

gah da hər ikisi üçün birlikdə alınırdı. 35 Bizim Bakı xanlığındakı vergilər haqqında

məlumatımız çox cüzidir. Onlar ehtimal ki, başqa xanlıqlarda olduğu kimi idi. Bu

vergilər, adətən, məhsulun (buğda, arpa və s.) 1/10 hissəsini təşkil edən malicəhatdan

ibarət olub, mülkədarın nəfinə yığılırdı; xanın xeyrinə töycü (malicəhatın qalan

hissəsi-məhsulun 1/5-i) taxıl və pulla toplanırdı. Bundan əlavə, məhsulla və pulla alınan

bayramlıq, darğalıq, küllük, dırnaqlıq, vəzirlik, peşkəş və i.a. adlı vergilər də mövcud

idi. 36 Xanın torpaqlarını becərmək üçün biyar haqqı mövcud idi. Xana məxsus neft

quyularında işləyən kəndlilər becərmə mükəlləfiyyətini yerinə yetirirdilər. Sonra xan

sarayını, dövlət aparatını və qoşunu saxlamaq üçün müxtəlif vergilər gəlirdi.

Qmelinin məlumatına görə, Abşeronda yaşayan, maldarlıq və taxılçılıqla məşğul

olan köçəri kəndlilər Bakı xanına 15 manat məbləğində vergi verirdi. Hər ailə isə xanın

tələbi ilə hərbi xidmətə tam silahlanmış döyüşçü verməli idi. 37

1796-cı ilə aid digər bir sənədə görə, evli sakinlər xana 1 manat, subaylar isə 60

qəpik vergi verməli idilər. 38 XIX əsrin əvvəllərində bu vergi "varlı evlərdən 3 manat,

ortabablardan 2 manat, kasıblardan isə 1 manat" alınırdı. 39 Xanın bəylərə verdiyi 1675

pud arpadan əlavə, vergilərin illik məbləği 3621 manat idi. 40

Bundan başqa, xan Suraxanı kəndindəki "Atəşgah"da yaşayan hindli

guşənişinlərdən pula alınan vergilərdən, habelə qeyri-müəyyən məbləğ ödəyən hindli

tacirlərdən də xeyli gəlir götürürdü. Onlardan şəraitə müvafiq qaydada vergi alınırdı. 41

Qmelinin sözlərinə görə Bakı xanı öz təbəələrindən o qədər çox məbləğdə pul alırdı ki,

onlar həmin pulu yığa bilmirdilər. 42

Vergilərin ağırlığı darğaların, naiblərin və vergi məmurlarının özbaşınalığı

üzündən daha da artırdı. Şəhər və kənd rəiyyətindən vergiləri hərbi və digər xidmətlərə

görə məvacib əvəzinə tiyuldarlar yığırdı.

230

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!