24.11.2014 Views

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

kitabəsində qalanın sahibi Sipahsalar İshaq ibn Kakulinin adı çəkilir. 17 Görünür, bu

ailənin üzvləri XI əsrdən bəri və sonrakı əsrlərdə Şirvan dövlətinin idarə edilməsində

mühüm rol oynamışlar.

Şirvanın vəziri, şirvanşahın iltifatı ilə də olsa, dövlətin tam səlahiyyətli hakimi

idi. Vəzirlərin hakimiyyəti, hər şeydən əvvəl, məmur təbəqəsinin nümayəndələri üçün

bəxşiş mənbəyi idi. Şirvanın vəziri əl-Kakuli mükafat və bəxş iş verməkdə səxavəti ilə

məşhurlaşmışdı. Əhalidən vergi yığmaq icazəsini (daman, müqatiə) vəzir verirdi. Bakı

qalasındakı Cümə məscidi minarəsinin bünövrə daşındakı farsca kitabəyə görə,

Şirvanda, ehtimal ki, XI-XII əsrlərdə Şamaxıda, XIII-XIV əsrlərdə isə Bakıda

vəzirlərin divanı (divan al-vüzəra) mövcud olmuşdur. Sultan Məhəmməd Olcaytunun

(1304-1316-cı illər) yarlığının mətnindən ibarət olan bu kitabədə Bakuyə Divanı

xatırlanır. 18 Divanın əsas gəlir mənbəyi pul rentası şəklində daxil olan vergi və

töycülərdən, habelə hərbi qənimət və xəracdan ibarət idi. Şəhərlərdə vergi və töycülərin

yığılması ilə amillər məşğul olurdu. 19 XI əsrin sonunda Divanın sahibi (mülki və

maliyyə idarəsinin başçısı) və vəzirin naibi (müavini) şirvanşahın feodal inzibati

idarələrində xidmət edən Məsud ibn Namdar idi. Onun əsas gəlir yeri şəhər və ya

mahalda yığılan vergi və töycülərdən daimi və irsən təyin olunan pul ödənci - idrar idi.

İdrarı təyin etmək hüququ da vəzirin səlahiyyətinə məxsus idi. Lakin XV əsrdə

vəzirlərin hakimiyyətini sıxışdıraraq nüfuz qazanmış müstövfilər - maliyyə-mühasibat

idarəsinin yüksək mənsəbli məmurları idrarın verilməsini dayandıra bilərdilər. Vergi

məbləği divana müntəzəm daxil olmadığından idrarın alınması tez-tez çətin-ləşirdi.

İdrardan başqa təsviq (məvacib), müşahəra (aylıq haqq) kimi pul ödəncləri də mövcud

idi. 20 Məsud ibn Namdar Şirvanın şəhər idarəsində müstövfi vəzifəsində işləyirdi. O,

vergi məbləğlərinin mədaxil və məxaricinin hesabını aparmaq, şəhərin mədaxil və

məxaric dəftərlərinin tərtibi ilə məşğul olurdu. Namdar həmçinin, özünün müşrif -

əhalinin gəliri haqqında məlumat toplayan nəzarət məmuru vəzifəsinin də adını çəkir. 21

Orta və kiçik məmurlar qrupuna nazirlər, katiblər, amillər, şəhər kəndxudaları və s.

daxil idi. Kiçik nəzarət məmuru olan nazirin vəzifəsi kənd mülklərindən və sənətkarlıq

istehsalından, Bakı və Abşeronun duz mədənlərindən və neft quyularından götürülən

gəliri hesablamaq idi.

Qoşunların uçotu və onların məvacibinin ödənilməsi ilə məşğul olan məmur arid

adlanırdı. 22 Şəhnə (şihnə) XI-XII əsrlərdə sultanın hərbi canişini idi. A milin və şəhər

hakiminin yanında müxtəlif tapşırıqları icra edən məmur - katib vəzifəsi də var idi.

Məsud ibn Namdar "əsl" katibin bilik sahələrini sadalayaraq, fiqhə və şəriətə,

qrammatikanın müxtəlif incəliklərinə bələd olmağı, Quranı bilməyi və s. xatırladır.

Beyləqanda amilin on beş katibi var idi. 23 Mirab şəhərin su təchizatı və onun şəhər

sakinləri arasında bölüşdürülməsi ilə məşğul olur, suvarma kanallarının saz olmasına,

bulaq və su quyularının təmizliyinə nəzarət edirdi.

Feodal sinfi daxilində ikinci qrup ali rütbəli ruhanilər - vilayətdə şeyxülislam,

qazılar və qazi-əl-qüzzat (qazılar qazısi), yəni, vilayətin baş şəhərinin qazısı təşkil

edirdi. Onlar şəhər idarəsində yüksək vəzifələr tuturdular.

XI-XV əsrlərdə digər müsəlman dövlətlərində olduğu kimi Şirvanda və

90

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!