24.11.2014 Views

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

təşkilatlar Qərbi Avropa şəhərlərində olduğu qədər əhəmiyyətə malik deyildi. Onlar

başlıca olaraq, vergilərin tənzimlənməsi, sexlərin başçılarının və ustaların təsdiqi ilə

məşğul olurdular. 138 Şarden sex üzvlərinin heç vaxt görüşmədiklərini və onların

təşkilatlarının tamamilə sərbəst olduğunu iddia etsə də, 139 "Təzkirət əl-müluk"un

məlumatları sexlərdə həmkarlar yığıncaqlarının keçirildiyini göstərir. 140 Sex kimisə

ustad seçdikdə həmin adamın ixtisasını təsdiq edirdi. Ustadın seçilməsi haqqında sənəd

tərtib olunduqdan sonra kələntərə göndərilir, kələntər isə bunu təsdiq edən şəhadətnamə

verirdi. 141 Sex ustası bir və ya bir neçə şagirdlə birlikdə, eyni zamanda, məmulatın

satıldığı dükan olan emalatxanada işləyirdi. 142 Şardenin şahidliyinə görə, usta şagirdləri

razılıq əsasında ilk gündən əmək haqqı alırdılar. Usta ilə şagird arasında heç bir yazılı

təəhhüd olmurdu. Usta şagirdi istədiyi vaxt qova bildiyi kimi şagird də hər vaxt

maneəsiz olaraq ustanın yanından gedə bilərdi. 143 Sexlərə daxil olmayan müstəqil

sənətkarlar da var idi.

Öz dükanlarında işləyib, özünün istehsal etdiyi məmulatları satan sənətkarlar

xırda alverçilər zümrəsinə aid edilə bilər. İçərişəhərin təsviri olan XVIII əsrin sonuna

aid qravürada iki nəfərin işlədiyi sənətkar emalatxanası görünür. Dükanın girəcəyində

mis qablara bənzəyən sənətkarlıq məmulatı asılmışdır. 144

Bizim sex nizamnamələri və istehsalın özünün tənzimlənməsi haqqında

məlumatımız yoxdur. Yalnız sənətlər haqqında rəvayətlər və peşə sahiblərinə təlimatlar

verilən bəzi risalələr qalmışdır. Həmin risalələrdən biri Bakı şəhərinə aiddir 145 ki, bu da

bu şəhərdə sex təşkilatlarının mövcud olduğunu göstərir. Sexlər şəhərin inzibati

orqanları ilə sənətkarlar arasında vasitəçi olub, əsasən, inzibati-vergi funksiyalarını

yerinə yetirirdi. Özünüidarə sexlərin daxilində mövcud idi, əslində isə istər sexlər,

istərsə də əsnaf üzvləri kələntərdən, şəhərlərin feodal hakimlərindən, tacirlərdən,

rastabazar sahiblərindən asılı idilər. Epiqrafik məlumatlara görə, sənətkarlar arasında

adları və nisbələri abidədə əksini tapan memarlar və bahalı silahları və qabları

naxışlarla bəzəyən zərgərlər imtiyazlı mövqeyə malik idilər. Sənətkarlardan, müxtəlif

peşə sahibləri və alverçilərdən başqa, Bakıda ətraf kəndləri tərk edərək cüzi haqla

günəmuzd işlərlə məşğul olan kəndlilər, qayıqçılar, qayıqqayıranlar, yükləri limana

daşıyan hamballar və i.a. da yaşayırdı. Şəhərlərdə həmçinin dərvişlər, şəhər əhalisinin

ən yoxsul təbəqələri -"əcamir və övbaş" (qara camaat, güruh) da yaşayırdı. Bunlardan

əlavə, mənbələrdə cavan, avam camaat, kütlə, araqanşdıran, veyil rnənalarını verən rind

(cəm halda rünud), fitayan və cavanmərd istilalılarına da rast gəlinir. 146 Bu istilalılar

Yaxın Şərq şəhərlərindəki sosial hərəkatlarla, Azərbaycanda, Beyləqanda, Şamaxıda və

Cənubi Qafqazın digər ölkələrində şəhər əhalisinin haqqında çox az məlu matımız olan

üsyanları ilə sıx bağlıdır. Mənbələrdə şəhər əhalisinin bu zümrəsinin vəziyyəti

haqqında demək olar ki, heç bir məlumat verilmir.

200

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!