24.11.2014 Views

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

şamaxılılardır; Abşerondakı Gürgan şəhər yeri girkanların, Mərdəkan mardların 122 ,

Türkan türklərin 123 , Kürdəxanı kürdlərin 124 adındandır və s. Əhmədli 125 kəndinin adı

"Əhmədli" türk tayfasının adı ilə bağlıdır.

Adlarından Abşerondakı yer adlarının törəndiyi bəzi tayfalar atəşpərəst idilər və

onların burada öz məbədləri, səcdəgahları olmuşdur. Bunu Atəşi-Baqavan adı da sübut

edir.

Çox ehtimal ki, qədimdə Bakı yaxınlığındakı Bibiheybət yüksəkliyində sonralar,

islamiyyət dövründə, pirə çevrilmiş atəşpərəstlik məbədi mövcud olmuşdur. Təsadüfi

deyildir ki, Bakı sakinləri arasında indiyədək belə bir rəvayət qalmaqdadır ki,

İçərişəhərdəki " Cümə məscidi" və erməni kilsəsi qədim atəşpərəstlik məbəd-lərmin

yerində tikilmişdir. 126 Suraxanıda təbii qazın yandığı yerdəki "Atəşgah" da, görünür,

qədim atəşpərəstlik məbədinin yerində tikilmişdir. Abşeron kəndlərinin əhalisi islamı

qəbul etdikdən sonra həmin yer hindlilərin ibadətgahına çevrilmişdir. Bizcə bu,

Abşeron əhalisinin ta qədimlərdən atəşpərəst olduğunu göstərir.

Cənubi Qafqaz ölkələrinin ərəblər tərəfindən istilasından sonra, IX-X əsrlərdə

ərəb müəlliflərinin istila olunmuş ölkələrdən, o cümlədən, Arran və Şirvandakı bəhs

edilən və ən mühüm şəhərlərinin siyahısı verilən bir sıra tarixi-coğrafi əsərləri meydana

gəldi. Ərəb transkripsiyası həmin şəhərlərin qədim adlarını olduqca dəqiq əks etdirirdi.

Bakı sözünün ərəb transkripsiyasında həmin şəhərin dəqiq adına uyğun gəlməsi şübhə

doğurmur.

Digər erkən orta əsr mənbələrinin tədqiqi ərəb müəlliflərinin Bakının adını

düzgün ifadə etdirdiyini təsdiqləyir.

Bu məsələnin tədqiqinə başlamazdan əvvəl Şərq mənbələrində "Bakı" sözünün

müxtəlif yazılışlarının ü zərində dayanmaq lazımdır. Onun X əsrə aid ən erkən yazılış

forması aşağıdakı şəkildədir.

(Bakuh) əl-İstəxri, 930-cu il. 127

(Bakuh) əl-Məsudi, 943-944-cü illər. 128

(Bakuyə) Əbu Düləf, 942-952-ci illər. 129

(Baku) Hüdud əl-aləm, 982-ci il. 130

(Bakuh) əl-Müqəddəsi, 985-ci il. 131

XI əsrdən başlayaraq sonrakı mənbələrdə Bakının adı aşağıdakı şəkildə verilir:

(Bakuh) əl-Biruni (XI əsr) 132 , Əbu Həmid əl-Əndəlusi əl-Qərnati (XII əsr) 133 .

(Baku) Xaqani Şirvani (XII əsr) 134 , Rəşidəddin (XIV əsr) 135 , Həsən bəy Rumlu

(XVI əsr) 136 , Əmin Əhməd ər-Razi (XVI-XVII əsrlər) 137 , Övliya Çələbi (XVII əsr) 138 ,

Hacı Xəlifə (XVII əsr) 139 .

(Bakuyə) Yaqut (XII əsr) 140 , Nəsirəddin Tusi (XIII əsr) 141 , Zəkəriyyə Qəzvini

(XVIII əsr) 142 , Həmdullah Qəzvini (XIV əsr) 143 , Əbu-l-Fida (XIV əsr) 144 , İbn İyas (XVI

əsr) 145 , Sadiq İsfahani (XVII əsr) 146 .

(Bakuyə) Bakuvi (XV əsr) 147 .

Bununla yanaşı, XVI-XVII əsrlərdən etibarən və sonralar bir sıra yerli və fars

mənbələrində "Bakı"nın qədim formasından fərq lənən yeni yazılış şəkli - (Badkubə)

meydana çıxır: "Dərbəndnamə" 148 , İsgəndər Münşi (XVII əsr) 149 , Mirzə Məhəmməd

34

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!