24.11.2014 Views

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

əvayətləri əfsanəviliyinə baxmayaraq Bakının qədimliyindən xəbər verir və çox uzaq

keçmişlərdə Bakının yerində, yaxud onun yaxınlığında olmuş qədim yaşayış yerinin su

altında qalması faktının mümkünlüyünü əks etdirir.

Ehtimal ki, Xəzər dənizində bütöv bir şəhərin qərq olması haqqındakı bütün

rəvayətlərin əsasında həqiqətən zəlzələ nəticəsində materikin çökməsi və yaşayış

yerinin, yaxud şəhərin dəniz sularının altında qalması faktı durur.

1830-cu ildə Bakıda olmuş akademik E.Lents yerli əhalidən eşitdiyi bir rəvayəti

danışır: "Xeyli vaxt bundan əvvəl dəniz indikindən 20 verst uzaqda idi və Pirallahı və

Çilov adaları kimi Böyük və Daş Zirə adaları da materikin bir hissəsi idi: bir dəfə

qəfildən dəniz xeyli qabağa gəldi və sahili indiki görkəminə saldı". 63

Bakı ilə Böyük Zirə adası arasındakı zonanın bir çox əsr bundan əvvəl su altında

qalmasını Böyük Zirə adası daşlarındakı dənizə doğru gedən ikitəkərli arabanın təkər

izləri də təsdiq edir.

Təkər izlərinin səmtinə görə bu yol ada boyunca Bakı buxtasının cənub sahilinin

son nöqtəsi olan Şıx burnuna gedirdi. Lents adanı tədqiq edərək, zaman keçdikcə xeyli

silinib getmiş həmin izləri tapmışdır. 64 XVIII əsrin 30-cu illərində səyyah Lerx adaya

gələrkən o məskun deyildi. Lakin Lerx orada tikili, quyu qalıqları və qayada oyulmuş

bir neçə dördkünc çuxur aşkar etmişdir. 65 Ehtimal ki, nə vaxtlarsa adada və buxtanın

ərazisində Xəzər dənizinin səviyyəsinin qalxması nəticəsində su altında qalmış qədim

yaşayış məskəni olmuşdur. Dənizin sahili xeyli uzaqda, materikdən ayrılmış Böyük

Zirə (Nargin) adasının arxasında olmuşdur.

Azərbaycan tarixçisi Abbasqulu ağa Bakıxanov aşağıdakıları da qeyd edir:

"Bakı qəzasında Bilgəh, Zirə, Bibiheybət və sair kəndlərdə və bəzi adalarda daşlar

üzərində dənizə doğru gedən araba yolları görünür. Bakı şəhərində Hacı Ağa Hüseyn

oğlu Hacı Babanın otağının yerində quyu qazdıqları zaman dəniz səthindən aşağıda

daşla döşənmiş bir yol çıxmışdır". 66

Dənizə doğru gedən ikitəkərli araba izləri Bilgəh və Nardaran qəsəbələri

yaxınlığındakı Ümidqayada bugünədək qalmışdır ki, bu da Abşeron bölgəsində

materikin bir hissəsini su basdığını bir daha təsdiq edir.

Eramızın əvvəlində Bakının yerində, yaxud onun yaxınlığında yaşayış yerinin

və ya şəhərin olduğunu antik müəlliflərin məlumatları da ehtimal etməyə imkan verir.

Yunan coğrafiyaşünası Klavdii Ptolemey (II əsr) özünün "Coğrafı təlimnamə"sində

Qafqaz Albaniyasının 29 şəhər və kəndinin adını çəkir. Ptolemey onların arasında

Qaytara şəhərini də qeyd edir.

Ptolemeyin mətnində şəhərlər haqqında deyilir: "Soana çayının mənsəbində

Telayba şəhəridir... Alban çayının mənsəbində Qaytara şəhəri, onun arxasında isə Kira

(Kür) çayının mənsəbidir". 67

Ptolemey başqa bir yerdə onu Qanqara 68 adlandırır. Şəhərin adının Ptolemeyin

əsərinin əlyazma nüsxələrindən birində rast gəlinən üçüncü variantı - Qaqara da var.

Bəzi tədqiqatçılar bu şəhərin adının "qarqarlar" etnik termini ilə bağlılığını ehtimal

edirlər. 69

Ptolemeyin 1584-cü ildə çap edilmiş xəritəsində Qaytara çox mürəkkəb və iri

25

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!