24.11.2014 Views

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Tiyul təsisatı əvvəlki əsrlərdə olduğu kimi davam edirdi. İntəhası fərq onda idi

ki, xanlıq dövründə tiyuldar təkcə vergi rentasının və kəndlərdən yığılan digər

rüsumların deyil, həm də sakinləri ilə birlikdə kəndlərin özünün də sahibi idi. 43 I Şah

Abbasın fərmanının (1615-ci il) surətindən ibarət kitabədə göstərilir ki, Bakıda tiyuldar

rəiyyətdən vergi rentasını Divan vasitəsi ilə alırdı. 44 Lakin XVIII əsrin ikinci yarısında

bu vergiləri bilavasitə tiyuldar özü yığa bilərdi. Bu dövrdə tiyulun özü kimi, tiyuldar

vəzifəsi də irsi olmuşdu. 45

Başqa xanlıqlarda olduğu kimi Bakı xanlığında da feodal təsisatları, asılı kənd

icması, soyurqal, müafi, tiyul, mülk 46 və i.a. mövcud idi. Həmin dövrdə mülk barəsində

Bakıxanov yazırdı: "İranda, əvvəllər olduğu kimi, indi də mülkədar satın alınma, yaxud

irsi tərpənməz əmlak sahiblərinə deyilir". 47 Tiyulla mülk arasında əsas fərq onda idi ki,

tiyul dövlət qulluğu ilə məşrut idisə, mülkə qeyd-şərtsiz sahib olurdular. 48

XVIII əsrdə bəylər şəhər tacirləri və sələmçiləri kəndlilərdən onların bağlarını,

evlərini, əmlakını - mülklərini satın alırdılar. 49 Feodal zadəganlığı, başda xan olmaqla

şəhər və kənd əhalisindən topladıqları töycü və vergilərdən böyük miqdarda sərvət

qazanırdı. Bəzi sənədlər xanın gəlirini aşkarlamağa imkan verir. 1806-cı ilin

məlu matına görə onun illik gəliri xan pulu ilə 116 800 manat idi ki, bu da rus pulu ilə

81760 rubla bərabər idi. 50 Gəlirin məbləği aşağıdakılardan əmələ gəlirdi:

1) ildə 3621 manat və 1675 pud arpa can - vergisi;

2) xalvarı 6 manatdan 12 000 xalvar neft satılmasından əldə edilən 72 000

manat;

3) boyaqlardan gələn gəlir - ildə 1000 manat;

4) zərbxananın gəliri - 10 000 manat;

5)ərzaq mallarından və mal-qaranın kəsilməsindən alınan rüsumlar - təqribən

6000 manat;

6) suiti ovunun 13 illiyə icarəsindən gələn gəlir- 10 000 manat;

7) gətirilən "tay"lardan 1 manat, aparılan taylardan is ə 20 qəpik gömrük

rüsumu. 51

Xanın göstərilənlərdən başqa duzdan, xan karvansarasından və onun özünə

məxsus olan 4 dükandan, başlıca olaraq, gəmilərlə Həştərxandan gətirilən mallardan

toplanan ticarət və gömrük gəlirləri də var idi. Şəhərdə asayişə, sakinlərin evlərinin,

bazar-dükanlarının mühafizəsinə nəzarət edən polis vəzifəsini yerinə yetirən məmurları

(11 nəfər) nəfinə yığılan darğalıq deyilən vergi də var idi. 52

Xanın zərbxanasında əridilmiş gümüş rus manatından və aşqar qatışıq İran

gümüşündən "abbası" sikkəsi kəsilirdi; hər rus manatından 10-12 abbası çıxırdı. 53 Bakı

abbasısı ən aşağı əyarlı abbası idi. Qmelinin sözlərinə görə hər abbasıda 8 qəpiklikdən

də az gümüş var idi. 54 Bundan əlavə, XVIII əsrin sonu - XIX əsrin əvvəllərində Bakıda

"Badkubə" adlı mis sikkələr də kəsilirdi. 55 Göstərilən 10000 manatın çoxunu; 5, yaxud

6 minini xan alırdı, qalan pullar isə quyuların işlədilməsinə, neftin daşınmasına, duz

istehsalına, qalanın təmirinə və bəylərin məvacibinə sərf olunurdu. 56

Xanın gəlirinin bir sıra maddələri icarəyə verilirdi. Bakı xanlığında əsas icarə

malları aşağıdakılar idi: 1) qara neft, 2) ağ neft, 3) duz, 4) boyaqlar, 5) sallaqxanalar, 6)

231

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!