24.11.2014 Views

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

kəndində də böyük bazar var idi. Burada hər cümə günü böyük yarmarka təşkil edilirdi.

Bu yarmarkalara, demək olar ki, həmişə Bakıdan tacirlər gəlirdi. 106

Tiflis, İrəvan və Cənubi Qafqazın digər mərkəzləri ilə də ticarət əlaqələri

saxlanırdı. 107

XVII əsrdə və XVIII əsrin əvvəllərində İran və Azərbaycanla ticarət əlaqələrini

genişləndirən Rusiyanın beynəlxalq tranzit ipək ticarətində Xəzər dənizindəki Bakı

kimi əlverişli limana ehtiyacı var idi. I Pyotrun 1723-cü ildə Bakını tutmasının

səbəblərindən biri də bu idi. I Pyotrun ticarəti bərpa etmək, müharibə və ölkədəki

antifeodal üsyanlar nəticəsində dağılmış şəhər təsərrüfatını dirçəlt mək cəhdləri

uğursuzluqla qurtardı. 108 Bu dövrdə Şamaxıda 109 və onun rayonlarında ipəkçilik ehtimal

ki, 1717-ci ildə səkkiz ay ərzində 70000 adamı məhv edən taun epidemiyasının

viranedici nəticəsi ilə bağlı tənəzzülə uğradı. 110

Bu dövrdə hərbi və siyasi hadisələrlə əlaqədar Bakı vasitəsilə İran, Türkiyə və

digər Avropa ölkələri ilə ticarət xeyli azaldı. 111 Rusiyanın Azərbaycanla ticarətini

canlandırmaq məqsədilə rus tacirlərinə bir sıra imtiyazlar vermiş Rusiya hökumətinin

sonrakı tədbirləri də əhəmiyyətli nəticələr vermədi.

I Pyotr 1723-cü ildə xüsusi fərmanla İranda rus tacirlərinin ticarət şirkətini təsis

etdi. 1732-ci il Rəşt müqaviləsinə əsasən onlar İran hüdudlarında gömrük rüsumu

vermədən ticarət və digər müxtəlif imtiyazlardan istifadə edə bilərdilər. 112 1735-ci il

Gəncə müqaviləsi rus tacirlərinin bütün İranda və Azərbaycanda sərbəst və rüsumsuz

ticarət etmək imtiyazlarını təsbit etdirdi. 1724-cü ildə ixracı qadağan edilən mallardan

olmasına baxmayaraq, Senatın fərmanı ilə Demidova Sibir dəmirini Rusiyadan

Həştərxan vasitəsi ilə Dərbənd və Bakı əhalisinin məişət ehtiyacları üçün həmin

şəhərlərə aparmasına icazə verilmişdi. 113 Mallardan və Bakıdakı tacirlərin

dükanlarından alınan gömrük rüsumları bu dövrdə xəzinənin gəlirinin mühüm hissəsini

təşkil edirdi. Arxiv sənədlərinə əsasən göstərilən rüsumlar 10 avqust 1723-cü ildən

1730-cu il daxil olmaqla dövr ərzində 12312 rubl 75 1/4 qəpik təşkil etmişdir 114

(cədvələ bax). O cümlədən rus sikkəsi ilə 142138 r. 81 qəp., İran sikkəsi ilə 5207 r. 3 / 4

qəp.; bu məbləğdən əlavə müxtəlif qiymətsiz əşrəfi - 49 ədəd.

Y.S.Zevakinin qeydinə görə, arxiv sənədlərinə əsasən göstərilən dövrdə əldə

edilən gəlir "rus işğalı ərəfəsindəki illərlə müqayisədə" 2,5 dəfə azalmışdır və göstərilən

rəqəmlər rusların bu vilayətlərdən geri çəkilməsinin səbəbini aydınlaşdırır. 115 Bu

vilayətdən görürülən bütün gəlirin qalan 3 / 4 -ü neftdən əldə edilirdi ki, bu da həmin dövr

ərzində 98956 r. 55 3 / 4 qəp. olmuşdu. 116 Xəzinənin həmin dövr ərzində, yəni 7 il 5 ay

müddətində gəlirinin ümumi məbləği 126531 r. 45 1/2 qəp. təşkil etmişdi. 117

182

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!