24.11.2014 Views

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

getməyə cəsarət etmirdilər. Tacirlər əldə edə bildikləri qədər ipək aldılar". 3 Bu zaman

gəmilər Bakı limanından əlavə, Abşeron yarımadası ilə Pirallahı adası arasındakı

boğazda dayanırdı. 4

Azərbaycanın feodal pərakəndəliyi, bir sıra xanlıqların yaran ması, onlarda

natural təsərrüfatın əlahiddəliyi məhsuldar qüvvələrin inkişafını, sənətkarlığın və

ticarətin yüksəlişini ləngidən ciddi maneə idi.

Bir sıra xanlıqlarda sikkələrin, ölçü və çəki vahidlərinin müxtəlifliyi, çoxlu

gömrük rüsumları, nəqliyyatın bahalığı, yolların təhlükəli olması da sənətkarlığın və

ticarətin inkişafına əngəl törədirdi. Bakı limanı vasitəsilə ticarət əlaqələrinə

baxmayaraq, Rusiya ilə başlıca olaraq, Bakı xanlığında əmtəə-pul münasibətlərinin

inkişafı vüsət tapmamışdı.

Qubalı Fətəli xanın Quba xanlığına məxsus Dərbənd, Nizabad və Salyan

limanlarının geri qaytarılması barədə yeritdiyi siyasətlə bağlı vəziyyət daha da pisləşdi.

Rusiya hökuməti Fətəli xanın siyasətini müdafiə etdi və Bakı vasitəsilə ticarətin

zərərinə olaraq rus tacirlərinin Həştərxanla yuxarıda adları çəkilən Quba xanlığı

limanları arasında ticarətinin inkişafına yardım göstərirdi ki, bu da Bakı xanlığının

gəlirinin azalmasına səbəb olurdu. 5

Fətəli xan təkidli səylər və Bakıdakı rus konsulu Sulyakovla yazış ma nəticəsində

öz iqamətgahını Bakıdan Salyana köçürdü. Salyanın dirçəlməsi və Rusiya ilə ticarətin

oraya yönəlməsi nəticəsində Bakının ticarət dövriyyəsi aşağı düşməyə başladı və

Rusiya ilə ticarət zəiflədi. 6 Vəziyyət XVIII əsrin 70-ci illərindən, Bakı xanlığı Quba

xanlığından asılılığa düşdüyü vaxtdan dəyişməyə başladı, sənətkarlıq və ticarət yenidən

dirçəldi, Rusiya dövləti və digər ölkələrlə ticarət əlaqələri genişləndi.

XVII əsrin son onilliklərində Rusiyada ipək sənayesi sürətlə inkişaf edirdi. 7 Rus

tacirlərinin həm xammal - xam ipək, yun, pambıq almaq, həm də ölkə sənayesinin

məhsullarını satmaq üçün bazarlara ehtiyacı var idi. XVIII əsrin ikinci yarısında

ingilis-rus rəqabəti və Ost-hind şirkətinin Yaxın Şərqdə rəqabət aparması nəticəsində

Rusiya-İran ticarəti tənəzzülə uğradı. 8 Nadir şahın ölümündən sonra İranda 20 ildən çox

davam edən xalq iğtişaşları və feodal ara-çəkişmələri də Rusiyanın İranla ticarət

əlaqələrinin inkişafına əngəl törədirdi. Rus tacirlərinin Ənzəli limanı və Rəşt şəhəri

vasitəsilə ticarəti pisləş mişdi. Bunun əksinə, XVIII əsrin son onilliklərində Rusiyanın

Azərbaycanla iqtisadi əlaqələrinin inkişafı Bakı və Qızlar (quru yolla) vasitəsilə geniş

vüsət almışdı. Bu dövrdə Rusiya-İran dəniz ticarətinin mərkəzləri Həştərxan və Bakı

idi. 9 Həmin dövrdə Bakı vasitəsilə Rusiya-Azərbaycan ticarətinin inkişafına rus

tacirlərinə himayədarlıq edən Fətəli xanın Rusiyaya meyilli olması 10 da əlverişli imkan

yaradırdı.

Bu ticarətdə Bakının rolunu açıqlayan bəzi arxiv sənədlərinə görə 1778-1781-ci

illərdə Həştərxana xanına gətirilməsi belə olmuşdur: Bakıdan 6547 pud, Ənzəlidən

3705 pud 36 funt, Dərbənddən 103 pud 7 funt, Salyandan 145 pud 20 funt və i.a. 11 .

İpəyin bir pudunun qiyməti təqribən 60 manata bərabər idi. Lakin Pallasın məlumatına

görə 90-cı illərdə əla növ Şamaxı ipəyi 170 manata satılırdı, bir pud ipəyin orta qiyməti

isə 135 manat idi. Ola bilər ki, bu rəqəmlər bir qədər şişirdilmişdir. Lakin xam ipəyə

219

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!