24.11.2014 Views

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Özbəkistandakı Manqışlaqdan və qonşu şəhərlərdən gələn kiçik gəmilər buradan duz və

neft aparır, tərəvəz gətirirdilər. Düyü və taxıl məhsulları da gəmi ilə gətirilirdi. 83

Bakıda şəhər həyatının Kempferin qeyd etdiyi tənəzzülü, ehtimal ki, bütün ölkə

təsərrüfatının ümumi tənəzzülü, xarici və daxili ticarətin aşağı düşməsinin nəticəsi idi.

1667-ci ildə Şamaxıda və ətraf kəndlərdə böyük dağıntıya səbəb olmuş dəhşətli zəlzələ

baş vermişdi. Zəlzələ nəticəsində "qadınlar, uşaqlar və qullar hesaba alınmamaqla..." 84

80 mindən çox kişi həlak olmuşdu. 1671-ci ildə və sonrakı illərdə də təkrar zəlzələlər

olmuşdu. 1671-ci ildə və sonrakı illərdə də təkrar zəlzələlər oldu. 85 Bu bədbəxtlik,

şübhəsiz, ipəkçiliyə də təsir göstərdi, bununla bağlı 70-80-ci illərdə Şamaxının Bakı

vasitəsilə ipək ticarəti tənəzzülə uğradı. Həmin dövrdə Xəzər dənizində gəmiçilik

təhlükəli idi. Belə ki, Bakıdan Həştərxana və geriyə üzən mal dolu ticarət gəmiləri

tez-tez kazakların və dəniz quldurlarının basqınlarına məruz qalırdı. 86 Mümkündür ki,

dəniz ticarətinin bir müddət azalmasının səbəblərindən biri də bu olmuşdur. 1687 və

1689-cu illərdə Bakıda olmuş səyyahlar və Yezuit missionerləri artıq şəhərin

iqtisadiyyatının inkişafını və rifahını qeyd edirlər. 87

XVII-XVIII əsrlərdə Bakı Xəzər dənizində Şamaxı və digər şəhərlərlə

beynəlxalq tranzit ipək ticarətində ən yaxşı liman idi.

"...Bu liman bütün Xəzər dənizində ticarət, xüsusilə, həmin diyarın ən böyük və

əhalisi sıx şəhəri olan və buradan üç günlük yolda yerləşən Şamaxı ilə ticarət üçün

şübhəsiz, ən əlverişli limanlardan biridir. Şamaxıda bütün Şərq xalqlarının faktoriyaları

var və bu səbəbdən oraya bütün ölkələrdən gəlirlər". 88 1723-cü ildə Bakıda olmuş

ingilis P.A.Bryus yol qeydlərində Bakı limanı haqqında belə yazmışdır.

Bakı və digər A zərbaycan tacirləri əcnəbi tacirlərlə ölkənin hüdudlarından

çox-çox uzaqlarda ticarət əməliyyatları aparırdılar. Bu ticarətin əhatə dairəsinə

Hindistan, Çin, Sibir, Moskoviya və bir sıra Qərbi Avropa dövlətləri kimi uzaq ölkələr

daxil idi.

Azərbaycanın Rusiya ilə hələ XVI əsrdə yaranmış ticarət əlaqələri XVII əsrdə və

XVIII əsrin birinci yarısında xeyli genişləndi. 1667-ci ildə çar Aleksey Mixayloviç və

1710 və 1720-ci illərdə I Pyotr zamanında yerli ticarət şirkəti ilə müqavilələr

bağlanmışdı. Bu müqavilələrə görə yerli şirkət İran və Azərbaycandan (Şamaxı, Bakı

və Dərbənddən) Tərki və Həştərxan vasitəsilə dənizlə və quru yolla Həştərxandan

Moskvayadək rus mühafizə dəstəsinin müşayiəti ilə Rusiyaya, oradan isə Qərbi

Avropaya xam ipək və digər Şərq malları ixrac etməli idi. 89 Gəmilərdə Bakıdan

Həştərxana 8-10 günə gedirdilər. 90

Azərbaycan tacirlərinin də iştirak etdiyi bu ticarət XVIII əsrdə də davam

etmişdir. Ticarət mallarına Bakı nefti və duzu, zəfəran, Şamaxı və Ərəş xamnası, ipək

və pambıq parçalar, xalçalar, dəvə yunu, gön-dəri, mal-qara, balıq, kürü, meyvələr,

meyvə qurusu, taxıl, mis qab, silah və s. daxil idi. 91

Erməni tacirlərinə Bakıdan dəniz yolu ilə Həştərxana və Moskvaya mal

gətirmələrinə dair verilmiş 7 fevral 1694-cü il tarixli fərmanda sadalanan mallar

arasında Bakı qumaşının da adı çəkilir. "...Avacan Kasparovda: beş yüz yetmiş altı tay

tumac, üç min beş yüz on altı top qırmızı Bakı qumaşı, doxsan pud iyirmi bir girv ənkə

180

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!