24.11.2014 Views

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

ilədək hakimiyyətdə olmuşdur. 14

II Mirzə Məhəmməd xan Məlik Məhəmməd xan oğlu 1784-cü

ildən 1791-ci ilədək hakimiyyət sürmüşdür. 15

Məhəmmədqulu xan I Mirzə Məhəmməd xan oğlu 1791-1792-ci illərdə

hakimiyyətdə olmuşdur. 16

Hüseynqulu xan Hacı Əliqulu ağa oğlu 1792-ci ildən 1806-cı ilədək hakimiyyət

sürmüşdür. 17

Şəhərin feodal zadəganları sırasına böyük sərvət sahibləri olan hakim təbəqə

nümayəndələri - xanlar, bəylər, məliklər, ağalar, sultanlar, naiblər daxil idi.

Qamba yazırdı ki, Bakı xanı, demək olar ki, öz xanlığındakı bütün torpaqların və

evlərin sahibi idi. 18 Xan idarəçiliyində bütün torpaqlar xanın mülkiyyəti sayılırdı, divan

(xəzinə) torpaqları ilə hökmdarın xüsusi mülkiyyəti (xassə) arasında fərq aradan

çıxmışdı. 19

Xanlıq dövründə bəy və ağa təbəqəsinə xanın yaxın qohumları, qədim yerli

əyanların, Səfəvilər və Nadir şah vaxtında feodal xidməti göstərmiş keçmiş maliklərin

nəsilləri mənsub idi. Səfəvi şahlarının A zərbaycana, o cümlədən Abşerona köçürdüyü

türk tayfalarının irsi başçılarının nəsilləri də bəylərin sırasına daxil idi. Bəy titulu xan

tərəfindən xidmətə görə verilirdi. Onların göstərdikləri xidmət pul məvacibi ilə deyil,

xanın, yaxud əhalisi bəy üçün müxtəlif mükəlləfiyyətlər yerinə yetirən kəndlərin

gəlirinin müəyyən hissəsindən ödənilirdi. 20 Bəylər və digər yerli feodallar keçmiş şah

məmurlarının funksiyalarını yerinə yetirərək bütöv kəndləri idarə edirdilər. Dövlət

aparatı xeyli bəsitləşdirilmişdi. Toфaq fondu xanın sərəncamında idi. O, kəndlərin və

digər torpaqların idarə hüququna dair "məliklik" fərmanları verirdi. Məlik titulu hələ

XVIII əsrin birinci yarısında mövcud idi. Dərgahqulu xanın fərmanı ilə Abdulla bəy

Hacı Səlim bəy oğlu 1731-ci ildə Bakı mahalına məlik təyin edilmişdi. 21 Xanlıq inzibati

cəhətdən mahallara bölünürdü. Bakı xanlığında naiblərin idarə etdiyi Abşeron kəndləri

mahal sayılırdılar. Naiblərin tabeliyində darğalar, yüzbaşılar, kəndxudalar və digər

vəzifəli şəxslər var idi. Naiblər xanların canişini və hakim idilər. Məsələn, Şamaxı naibi

olan qardaşı Abdulla bəyin özbaşınalığından narazı olan qubalı Fətəli xan 1770-ci ildə

onun yerinə Bakı xanı Məlik Məhəmməd xanı naib qoymuş, lakin camaat ondan narazı

olduğundan tezliklə onu bu vəzifədən məhrum etmişdi. 22

Xanlıqda xırda torpaq sahibləri - ictimai vəziyyətinə görə bəylərdən aşağıda

dayanan müafilər də var idi. Müafilər qeyri-nizami feodal döyüşçü dəstələrində (çərik)

hərbi xidmətdən başqa divanın və torpaq sahiblərinin nəfinə bütün vergi və

mükəlləfiyyəflərdən azad olunmuşdular. Müafilər xanlığın başlıca hərbi qüvvəsini

təşkil edirdilər. 23 Asılı və vergi mükəlləfiyyətli rəiyyətə qarşı qoyulan müafilər xanın

feodal döyüşçü dəstələrində bel bağlamaq mümkün olan etibarlı hərbi qulluqçular idi. 24

Tiyuldar bəylərin çıxardıqları silahlı dəstələr və muzdlu qoşunlar da var idi. Bakı xanı

Məlik Məhəmmədin hakimiyyəti dövründə xanın qoşunu 500 nəfərdən ibarət idi. 25

Qmelin 1770-ci ildə Abşeronda olarkən xan qoşun dəstəsinin döyüşçülərini -

nökərləri Saray kəndində görmüşdür. Burada 100 nəfər döyüşçü yaşayır və ildə 50

manat məvacib alırdı. Onların böyüyü yüzbaşı is ə ildə 200 manat alırdı. 26 Nökərlər də

228

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!