24.11.2014 Views

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

şəhərin qala divarlarını tikdirmiş Şirvan bəylərbəyi Zülfüqar xanın adı çəkilir. 17

Karmeli rahibləri 1607-ci ildə şəhər şah qoşunları tərəfindən tutulduqdan bir neçə ay

sonra şəhər ətrafına ova çıxmış Zülfüqar xanı Bakıda görmüşlər. 18 İtaliyalı Pyetro della

Vallenin 1618-ci ildə verdiyi məlumata görə, Bakı hakimi sultan tituluna malik idi. 19

Kempfer də 1683-cü ildə Bakı hakiminin sultan adlandığını xəbər verir. 20 İrandakı

anonim yezuit missioneri 1687-ci ildə Bakının sultan adlanan və İran şahının vassalı

olan məlik tərəfindən idarə edilən kiçik bir vilayət olduğunu yazırdı. 21

1689-cu ildə Azərbaycanda olmuş digər fransız yezuit missioneri rahib Villet

aşağıdakı məlumatı verir: "Farsların dövləti, yaxud imperiyası 16 böyük vilayətə

bölünür. Onların hər birinin tabeliyində sultanlıqların, yəni əyalətlərin adı ilə sultan

adlandırılan əyalət hakimləri olan xanları, yaxud şah canişinləri vardır. Şirvan

dövlətindəki Bakı əyaləti onlardan biridir. Onun 34 kəndi var..." 22 Göründüyü kimi,

Bakı Səfəvilər dövründə çoğrafi, iqtisadi və siyasi baxımlardan əlahiddə inzibati vahid

idi.

Türk səyyahı Övliya Çələbi xəbər verir ki, Şirvan vilayətindəki Bakı (yəni,

Abşeron - S.A.) 1 nahiyədən (ehtimal ki, neft rayonlarından - S.A.) ibarət ayrıca

xanlıqdır. Çələbinin dediyinə görə, Bakı xanlığının "şahsevənlər"dən və

"dizçökənlər"dən təşkil olunmuş qoşunu var idi. Bakı xanının qeyri-nizami feodal

qoşunu 3000 döyüşçüdən ibarət idi. 23 Həm də, Bakı, İrəvan və Gəncə xanlarının

qoşunları türkmənlərdən, monqollardan, qumuqlardan, kalmıklardan (kalmaklar),

kudəklərdən, muğanlılardan, quzlardan təşkil edilmişdi. Qalada silah cəbbəxanası, o

cümlədən toplar var idi. 24 Övliya Çələbi şahın rəsmən təyin etdiyi dövlətli mülkədar

olan Bakı xanını Əşrəf xan adlandırır. 25 Ehtimal ki, Bakı xanının özünün "təbili,

nağarası və bayrağı" olmuşdur. Onun tabeliyində 12 yerli hakim var idi. 26 Bakı xanları,

ehtimal ki, artıq Şirvanşahlar sarayında yaşamırdılar. Əks halda, Bakı qalasını təfərrüatı

ilə təsvir edən Övliya Çələbi saray haqqında hər hansı bir məlumat verərdi. 1600-cü ildə

sarayda olmuş İrandakı fransız missioneri Rafael dü Man onun uçulub -dağıldığını və

tamamilə xaraba qaldığını qeyd edir. 27

Səfəvi şahlarından soyurqal, tiyul, müafi ş əklində müxtəlif bəxşişlər alan,

Çələbinin əyan 28 adlandırdığı yerli feodal kübarlarının xeyli hissəsi şəhərdə yaşayırdı.

Bakı zadəganlarının 1607-ci ildə Bakının alınmasında Səfəvilərə fəal kömək göstərmiş

bir qismi Şah Abbasdan, ehtimal ki, türk ağalığı dövründə həmin əyalətin türkpərəst

yerli əyanlarına timar kimi verilmiş torpaqları soyurqal 29 olaraq almışdılar. Bakıya aid

bir sıra fərmanlarda soyurqaldan danışılır. Bu sözlə sahibinin şah qoşununa silahlı

adamlar verməli olduğu bağışlanmış ərazi nəzərdə tutulurdu. Soyurqal irsi idi. Soyurqal

sahibi vergi yığmaq hüququna və inzibati toxunulmazlığa (müavi) malik idi. O,

rentanın - verginin dövlətin, yəni Divanın payına düşən hissəsini də özünə götürürdü.

Bəxşiş verilmiş kəndlər onun hakimiyyətinə tabe idi. Hakimlərə və maliyyə

məmurlarına soyurqal ərazisinə daxil olmaq qadağan edilirdi. 30

T i m a r - təhkimli kəndlilərlə birlikdə bağışlanmış len torpaq sahibliyi

187

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!