24.11.2014 Views

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Tacirlər yalnız uşaqlardan biri Bakıya qaytarıldıqdan sonra azad olunmuşdular. 28

Elə həmin il İranda vəkil Kərim xan Zəndin ölümündən sonra baş verən xalq

iğtişaşları və feodal araçəkişmələri ilə bağlı olaraq rus konsulu və tacirləri Bakıdan

Həştərxana qayıtmağa məcbur oldu. 29

Rusiya-Azərbaycan və İran ticarət məsələlərini nizama salmaq üçün Bakıya və

Ənzəliyə təyin olunmuş rus konsullarının məlumatlarında Bakı xanının Bakıdakı rus

tacirlərini incitməsi xəbər verilir. Öz iqtisadi təsirini ta Hindistana qədər yaymağa ümid

bəsləyən çar hökuməti hələ I Pyotr vaxtından Bakı limanı vasitəsilə ticarətin

genişləndirilməsində maraqlı idi. Bu məqsədlə 1781-ci ilin iyun ayında qraf

Voynoviçin komandası altında Həştərxandan Astrabad körfəzinə eskadra yola düşdü.

Eskadra körfəzin sahilində, yaxud adalardan birində "ticarəti Şərqi Hindistana qədər

genişləndirmək məqsədilə Rusiya kommersiya məskəni" yaratmalı idi. Lakin

ekspedisiya uğursuzluğa düçar oldu. Eskadra geri qayıdarkən 1782-ci ilin iyununda

Bakı buxtasına girdi. Voynoviçlə məxsusi olaraq Bakıya gəlmiş Fətəli xanla

danışıqların gedişində rus tacirlərinin Bakıda və Şirvanın digər şəhərlərində ticarətinə

dair bir sıra məsələlər nizama salındı və onlara müxtəlif imtiyazlar verildi. 30

1784-cü ildə Bakıda olmuş ingilis səyyahı Forster yazırdı: "Mazandaranda

yəhudi şirkəti tərəfindən fabrika üsulu ilə az miqdarda ipək istehsal olunur. Onun

ticarəti, başlıca olaraq oradan ağ və rəngli pambıq parçalar, pambıq, düyü alan və

əvəzində Rusiyadan gətirilən uzunsov dəmir təbəqələr, zəfəran, buğda və

Həştərxandan 31 alınan enli mahud partiyaları göndərən Bakı limanı ilə sıx əlaqə

sayəsində həyata keçirilir". 32

Burnaşovun məlumatına görə 1786-cı ildə Bakıda cəmi bir neçə xristian tacir

ailəsi yaşayırdı. 33

Şəhərin təsvirini verən Forster dairəsi bir milə yaxın olan Bakıda xeyli adam

yaşadığını və onların çoxunun ticarətlə məşğul olduğunu söyləyir. 34 "Buxta genişdir və

gücü iki xırda ada tərəfindən zəiflədilən cənub küləyindən savayı bütün küləklərdən

quru ilə müdafiə olunur". 35

İpək ticarətində başlıca liman kimi Bakının böyük rolunu qeyd edən Forster

deyir: "Uzun müddət güman edirdilər ki, Türkiyədən Avropaya gətirilən ipək Osmanlı

imperiyasında istehsal olunur. Lakin İranın ticarətinin dərindən öyrənilməsi göstərir ki,

türk tacirləri Gilana və Şirvana gedərək orada böyük miqdarda ipək alır və sonra

Avropaya göndərirlər. 36 Forster Xəzər dənizində ipək ticarəti məsələsində Rusiya

hökuməti ilə ingilis kommersiya müəssisələri və faktoriyaları arasında rəqabət getdiyini

qeyd edirdi.

Forsterin məlumatına görə "Şirvan əyalətində xeyli miqdarda ipək istehsal

olunur, onun 400 tonu hər il Həştərxana apanlır: burada həmçinin mühüm ticarət malı

olan əla keyfiyyətli zəfəran istehsal edilir. Artıq çoxdan Bakıda yaşayan Multanı hindli

icması bu şəhərdə ticarətin genişlənməsinə güclü kömək göstərir". 37 Forster qeyd edirdi

ki, hindlilər Şirvanın əsas tacirləri sayılmalıdır. O, hind tacirlərinin İrana və

Azərbaycana hansı yolla gəldiklərini təsvir edir. Hindlilər, adətən, ölkənin cənubundakı

iri Tata şəhərində gəmiyə minib Bəsrəyə gedirdilər. Buradan onlar İrandan keçən

222

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!