24.11.2014 Views

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

İlkin məxəzlərdən göründüyü kimi, Elxanilər hakimiyyətə gəldikdən sonra

torpaqların, mədən və karxanaların böyük bir hissəsini əvvəlki sahiblərinin əllərindən

alaraq, onlan "incu" və "divan"ın mülkiyyətinə qatmışdılar. Ehtimal ki, eyni aqibət neft

quyuları sahiblərinin də başına gəlmişdi. Elxanilər əvvəllər yerli hakimlərə məxsus neft

quyularının böyük bir hissəsini ələ keçirib, onları müqatiəyə (icarəyə) vermişdilər ki, bu

da icarədarların həm mədənləri, həm də quyularda işləməyə təhkim olunmuş yerli

kəndliləri vəhşicəsinə istismar etməsinə səbəb olurdu.

Bu, neft mədənlərində işləyən əhalinin tamamilə dilənçi kökünə düşməsinə və

ümumiyyətlə, məhsuldar qüvvələrin tənəzzülə uğramasına, nəticədə isə neft hasilatının

azalmasına gətirib çıxardı. Qeyd etmək vacibdir ki, Bakı şəhərinin iqtisadiyyatının

inkişafı və yüksəlişi neft yataqlarının istismarı ilə bağlı olmuşdur və orta əsr Bakısının

inkişafının başlıca iqtisadi amili neft hasilatı idi. Şəhərin inkişafının spesifik cəhəti

bundan ibarətdir.

Kitabədə adı çəkilən son vegi termini "ürf" şəriətdə nəzərdə tutulmayan vergilər

kimi başa düşülməlidir. 66

XI-XV əsrlərdə Bakının şəhər əhalisindən yuxarıda gətirilən kitabədə

göstərilənlərdən başqa vergi və töycülərin toplanmasına dair məlumatımız yoxdur.

Ehtimal ki, şəhər əhalisi, əsasən tacirlər və sənətkarlar, A zərbaycanın başqa şəhərləri

üçün səciyyəvi olan digər vergilər də verirdilər. Dövlət və mülkədarlar tərəfindən

əhalinin üzərinə qoyulan ən soyğunçu vergilərdən biri kəndli və şəhərlilərdən alınan

"əvariz" idi. Müharibə, sarayda ailəvi şənliklərin keçirilməsi ilə əlaqədar təcili xərcləri

ödəmək üçün, adətən, nağd pul şəklində toplanan əvariz monqol istilasından xeyli əvvəl

də mövcud olmuşdur. 67 Monqollar dövründə şəhərlərdə ən çox yayılmış vergi bazarda

istər topdansatış, istərsə də pərakəndə satış ticarəti mallarından alınan tamğa idi. 68 Əhali

üçün çox ağır olan bu vergi şəhərlərdə ticarətin inkişafını ləngidirdi.

Şəhərlərdə bac deyilən yol gömrük xərci də toplanılırdı. 69 Gömrük toplanması

vergi yığanların hədə-qorxu ilə artıq pul qoparmaları ilə müşayiət olunurdu.

Mənbələrdə həmin verginin Bakıda toplanmasına dair məlumat var. 70

Bundan əlavə şəhərlərdə biyar adı ilə tanınan mükəlləfıyyət də mövcud idi. Bu

mükəlləfiyyətə görə rəiyyət dövlətin, feodal xeyrinə arx və kəhriz qazılmasında, onların

təmizlənməsində, qala divarlarının, sarayların və s. tikilməsində məcburi surətdə

işləməli idi. Monqol istilasından xeyli əvvəl mövcud olan biyar son dərəcə ağır

mükəlləfiyyət idi. 71 Yəqin ki, biyar XI-XV əsrlərdə mürəkkəb kəhriz sisteminin

yarandığı və bir sıra iri qala tikililərinin inşa edildiyi Bakıda da mövcud olmuşdur.

Şəhərin ən aşağı sosial pilləsində əmək vasitələrinə və xammala malik olmayan

yoxsul sənətkarlar, günəmuzd fəhlələr, qulamlar, qullar, "runud və övbaş" adlandırılan

sinfi simasını itirmiş ünsürlər və i.a. dayanırdı.

XI-XV əsrlərdə şəhərlərin sosial strukturunda müharibədə ələ keçirilən

əsirlərdən ibarət qullar da müəyyən yer tuturdu. XIII əsrin 20-ci illərində yazmış

anonim müəllif Şirvanın mallarını sadalayarkən ilk növbədə "cariyə qızların, türk

qullarının" adını çəkir. 72 1281-ci ildə Arrana və Şirvana səyahətə çıxmış və Bakıda

ölmüş şair Nizari "Arran vadilərinin" türklərlə dolu olduğunu göstərir. 73 Qulları

98

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!