24.11.2014 Views

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

faktı ilə ziddiyyətə girmir.

1946-cı ildə aparılmış arxeoloji işlər zamanı türbənin taxta döşə-məsinin altında

daş lövhələrlə örtülmüş beş qəbirdən ibarət sərdabə aşkar edilmişdir. 134

Səliqəli bəzəyi ilə seçilən 1 -ci məqbərədə 6-7 yaşlı uşaq cənazəsinin qalıqları

var idi. Məqbərədə parça qalıqları tapılmışdır. Üzərində ərəb hürufatı ilə kitabələr

tikilmiş həndəsi naxışlı medalyon əlamətləri nəzərə çarpan qalın parça qalıqlar xüsusilə

maraq doğururdu. 135 Tədqiqat nəticəsində onların fars dilində şeir olduğu

aydınlaşdırıldı. 136 Ehtimal ki, bu Xəlilüllahın oğlunun məqbərəsi olmuşdur. Ondan

şimal tərəfdə yaşlı qadının, ehtimal ki, Xəlilüllah-ın anasının dəfn olunduğu 2-ci

məqbərə yerləşir. 4-cü məqbərədə açıq taxta tabutda 18-19 yaşlı kişi skeleti aşkar

olunmuşdur. Skeletin altında qatlanmış halda zol-zol ipək parçadan təqribən bir metr

boyunda uzunqol kişi köynəyi tapılmışdır. Köynəyin bükümlərində bir neçə mavi

muncuq aşkar edilmişdir. Bu paltarın altında başqa, ehtimal ki, yun parça qalığı var idi.

Boyun fəqərələrinin yanında ortasında firuzə və 6 yaqut olan altıguşəli ulduzdan ibarət

milli qızıl sancaq tapılmışdır. 137 Həmin sərdabədə paltar olması bugünədək gəlib çıxmış

adətdən xəbər verir. Meyit yuyularkən bədənin hələ kifayət qədər keyidiyi məlum

olduqda ölünün bir başqasını da özü ilə çəkib aparacağı güman edilirdi və buna görə də

mövcud adət üzrə yeni qurbanın əvəzinə onun yanına qatlanmış köynək qoyulurdu. Ola

bilsin ki, türbədən tapılmış köynək də bu məqsədlə qoyulmuşdur. Türbədəkı qalan

məqbərələr yəqin ki, şirvanşahın ailə üzvlərinin qəbirləri olmuşdur.

Türbədə arxeoloji işlər aparılarkən ola bilər ki, salondakı başdaşlarına məxsus

uçulub dağılmış memarlıq elementlərinin fraq mentləri aşkar edilmişdir. 138 Arxeoloji

işlər davam etdirilərkən daha bir neçə toxunulmamış məqbərə aşkar edilmiş və onların

ümumi sayı 14-ə çatmışdır. Türbədə Xəlilüllahın ailə üzvlərindən bir neçəsinin qəbri

tapılmışdır. Bədr Şirvaninin divanındakı bir neçə mədhiyyə, mərsiyə və

xronoqramlardan Xəlilüllahın bəzi ailə üzvlərinin adlarını aydınlaşdırmaq mümkündür:

Xəlilüllahın anası - Bikə xanım (ö. h.839 (1435/6)-cu il), oğulları - Fərrux Yəmin (d.

h.839 (1435/6)-cu il - ö. h.846 (1442/2)-cı il, yeddi yaşında), Şeyx Saleh (d. h.847

(1443)-ci il - ö. h.849 (1445/6)-cu il, 2 yaşında), şairin Mir Bəhram, Əmir Bəhram

adlandırdığı h.850-ci il məhərrəm ayının 20-də (17 aprel 1446-cı il) Qaytaq düzündə

həlak (şəhid) olmuş Bəhram Bədr Şirvani qəsidələrinin birində Xəlilüllahın h.836-cı il

məhərrəm ayının 20-də (16 sentyabr 1432-ci il) anadan olmuş oğlu şahzadə Məhəmməd

İbrahimin adını çəkir. Onun ölüm ili məlum deyil. Şair qəsidələrindən birində

Xəlilüllahın oğru Fərrux Yəssarın da anadan olduğu günü h.845-ci il Məhərrəm ayının

12-si (2 iyun 1441-ci il) - göstərir. 139

Beləliklə, Xəlilüllahın saray şairi Bədr Şirvaninin verdiyi məlu mata görə,

şirvanşahın 5 oğlu olmuşdur. Onlardan 4-ü atalarının sağlığında ölmüş və yalnız Fərrux

Yəssar Xəlilüllah 1465-ci ildə öldükdən sonra onun varisi olmuşdur.

Xəlilüllah Qaraqoyunlu İsgəndərlə müharibə apararkən Bakıda onu şirvanşahın

qardaşlarından biri - Qəzənfər (h.800-847 (1398-1443)-ci illər) əvəz edirdi. Bədrəddin

Şirvaninin məlumatına görə Xəlilüllah Bakıda bir sıra binalar, o cümlədən h.832

(1428/9)-ci ildə bürc və çeş mə (ehtimal ki, İçərişəhərdəki kəhrizlərdən biri), h.835

119

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!