24.11.2014 Views

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

sultanının da adı çəkilir. 21

II Mənuçöhr dövründə (XI sonu-XII əsrin əvvəli) kəsilmiş sikkədə həkk

olunmuşdur:

Məhəmməd rəsulillah

əl-məlik

Əl-Müst əzhir billah

Mənuçöhr

Sultan Məhəmməd bin Fəribürz 22

Şirvanşah Fəribürzün Məlik şahın xəzinəsinə ödəməyə iltizam verdiyi illik

xəracın məbləği əvvəlcə 70000 dinar idi. Lakin sonralar bu məbləğ 40 000 dinara

endirildi. 23 Bununla belə, XIII əsrin tarixçəsi ən-Nəsəvinin sözlərinə görə, Məlik şah

Arranı zəbt etdikdən sonra şirvanşah onun hüzuruna gələrək onunla saziş bağladı.

Həmin sazişə görə şirvanşah sultanın xəzinəsinə hər il yüz min dinar verməli idi. 24

Məlik şahın Şirvana yürüşünə, ehtimal ki, şirvanşah Fəribürzün səlcuq sultanının öz

üzərində ali hakimiyyətini tanımaqdan imtina etməsi səbəb olmuşdur. I Fəribürz igid

sərkərdə, böyük diplomat idi. Onun bütün fəaliyyəti qonşu əraziləri zəbt etmək

hesabına feodal torpaqlarını genişləndirməyə yönəldilmişdi. Sultan canişinlərinin bütün

cidd - cəhdlərinə baxmayaraq, Fəribürz 8 il ərzində Şirvanın müstəqil idarə edilməsinə

nail oldu. 25

Şirvan dəfələrlə ölkəni qarət edən və viran qoyan türk qoşunlarının basqınlarına

məruz qalmasına baxmayaraq, şirvanşah hələ də müstəqil hökmdar kimi hakimiyyət

sürürdü. Lakin sultanın sərhəd vilayəti əl-Babı iqta kimi bağışladığı hər iki İraqın -

İraqi-Ərəb və İraqi-Əcəmin hakimi Savtəkinin nümayəndəsi buraya gəldikdən sonra

hər il sultanın xəzinəsinə xərac (mal) verən vassal vəziyyətinə düşdü. 26

Sonuncu səlcuqlar dövründə Azərbaycanın şimal vilayətlərində iki iri feodal

məlikliyi var idi: Şərqdə - XI-XIV əsrlərdə səlcuqların vassalı hüququnda

şirvanşahların hökmranlıq etdikləri Şirvan və qərbdə - Eldəgiz atabəylərinin

hakimiyyəti altında olan Arran Eldəgizlər, həm də Cənubi Azərbaycanın hakimi olub,

səlcuq sultanlarının vassalı idilər.

Mənbələr xəbər verirlər ki, XII əsrin ikincı çərəyində Eldəgiz, Bakı da daxil

olmaqla, bütün Şirvanı zəbt etdi. "Nəhayət, səlcuqi Toğrulun qardaşı sultan Məsud

(1133/4-1152) Eldəgizi qoşunun bir hissəsi ilə Arrana tərəf göndərdi və qısa müddətdə

Arranı, Gəncəni, Şirvanı və Bakını tamamilə tutan Eldəgiz qoşun və rəiyyətlə elə

münasibətlər yaratdı ki, hamının ürəyində ona məhəbbət oyandı". 27 Lakin, görünür, bu

məlumat Eldəgizin həmin ərazinin gürcülərin işğalı altında olduğu h.558 (1162/3)-ci

ildə gürcü hökmdarı III Georgini məğlubiyyətə uğratmasına aiddir. Ehtimal ki, Şirvan

Eldəgizin, sonralar isə Qızıl Arslanın ölkədən qovduqları gürcülərin əlindən

alınmışdır. 28

1170-ci ildə I A xsitan dayısı oğlu olan gürcü hökmdarı III Georginin köməyi ilə

Bakı yaxınlığında rusların 73 gəmidən ibarət donanmasını məğlub etdi və xəzərlərin

tutduqları Şəbəranı və Dərbəndi geri aldı. 29 Brodniklər adlandırılan ruslar Volqa ilə

üzüaşağı üzərək Xəzər dənizinə çıxdılar və Ruinas (ehtimal ki, Nargin) adasının

64

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!