24.11.2014 Views

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Razin İran vilayətləri ilə yanaşı, 1667-ci ildə Azərbaycanın sahilboyu

rayonlarına da basqınlar edirdi. Kazakların Xəzər dənizinin qərb sahillərinə sonralar da

basqınları olmuşdur. Razinin kazakları, doğrudan da, Dərbəndlə Şamaxı arasında və

daha sonralar Bakıya qədər bir çox yaşayış məntəqələrini və şəhərləri qarət edir,

qiymətli şeyləri götürür və yerli əhalini "əsir" aparırdılar. 20 Kazaklar "həmin əsirləri

ruslara dəyişir, hər qızılbaşa 2, 3 və 4 rus alırdılar". 21

1669-cu ilin aprelində Stepan Razinin kazakları Bakı sahillərinə basqın etdilər.

Maştağa kəndini dağıtdılar, 150-yə yaxın kişi, qadın və uşaq əsir alaraq, 7000 baş

qoyun qovub apardılar. Onlar bütün bu qənimətləri Çilov adasına daşıyaraq öz

aralarında bölüşdürdülər. 22 Həmin vaxtlar Həştərxanda olan holland dənizçisi Stryuys

kazakların dilindən Razinin 1669-cu ildə Bakıya basqın etdiyini 23 , burada onların çoxlu

xəzinə, qızıl və gümüş ələ keçirdiklərini xəbər verir. 24 "Onlar şəhərə qəfildən basqın

edərək, çalıb-çapdılar, əllərinə keçən hər şeyi kəsib-doğradılar, evləri və əmlakı

yandırdılar. Bakıda onlar çoxlu miqdarda yaxşı çaxır tapdılar, aralarında bölüşdürüb

nəşə ilə içməyə başladılar və bir çoxu çaxır içməyə adət etmədiyindən sərxoş oldu. Bu

vaxt onların silah gəzdirə bilən 5000-dən 6000-dək adamı var idi. 25 Bu arada farslar

tələsik qoşun topladılar, sərxoşlara və ehtiyatsızlara böyük igidlik və qüvvə ilə hücum

edərək qaçıb canını qurtaran 400-500 nəfərdən savayı, demək olar ki, hamısını qırdılar.

Stenkanın özü ağır təhlükədə idi və əgər mühafizəçiləri onu müdafiə etməsəydilər və

aradan çıxmaq üçün yol və vəsait tapmasaydılar, şübhəsiz, diri tutulacaqdı". 26

1669-cu ilin iyun ayında şah kazakların yuva saldıqları Bakı ya xınlığındakı

Səngi Muğan adasına Mənədi xanın komandanlığı altında əcnəbilərin köməyi ilə yenicə

qayırılmış 50 yastıdibli gəmidən ibarət böyük bir donanma göndərdi. Kempferin

məlumatına görə, kiçik gəmili çevik kazak dəstələri abordaj vuruşmasında şahın

donanmasını darmadağın etdilər. Xəstəliklər və döyüşlər nəticəsində böyük itki verən

və şahın təzə qoşun göndərməsindən ehtiyat edən kazaklar qənimətlərini götürüb

Həştərxana yollandılar. 27

Stepan Razin öz kazakları ilə birlikdə Duvanı adasında da olmuşdur. Rəvayətə

görə, Stepan Razin Sabunçu kəndi yaxınlığındakı mağarada yaşayırdı. Abşeron və Bakı

əhalisi Razinin bu basqınını uzun müddət yaddan çıxarmamışlar. 28

1701 (yaxud 1702)-ci ildə Bakıda qala istehkamları möhkəmləndirilmişdir. 29

Bakı İrana və Hindistana ticarət yolu üstündəki mühüm liman kimi çar Rusiyasının

diqqətini cəlb edirdi. 1715-ci ildə I Pyotr Xəzəryanı vilayətlərin qarşıda duran işğalına

hazırlıqla əlaqədar Azərbaycanın siyasi və iqtisadi durumunu aydınlaşdırmaq

məqsədilə A.P.Volınskinin başçılığı ilə İrana və Azərbaycana səfirlik göndərmişdi.

Volınski öz hesabatında Azərbaycanın şəhərləri haqqında məlumat verərək, Bakıdan da

müxtəsər bəhs etmişdir. 30 O, əfqanların İrana basqınlarının başlandığı dövrdə şəhərlərin

tənəzzül və iflasının tam mənzərəsini vermişdir.

Başqa mənbələrə görə kazakların sayı 2000-dək idi.

Stryuys Bakının əhalisini farslar adlandırır.

147

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!