24.11.2014 Views

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

imkan verir.

XVI əsrdə Avropa tacirlərinin Şərq ölkələri ilə ticarət əlaqələrinin

canlanmasıyla bağlı olaraq Avropa səyyahlarının uzaq ölkələrə - Hindistana və Çinə

getmək cəhdləri xeyli genişləndi. Şərq ölkələrinin malları Avropaya ta qədimdən çox

baha başa gələn və xeyli vaxt aparan quru karvan yolları ilə gedib çıxırdı. Lakin XVI

əsrdən etibarən Volqa-Xəzər yolu adlandırılan dəniz ticarət yolu mənimsənilməyə

başladı. XVI əsrdə ingilis səyyah-tacirləri dəniz yolunu öyrənmək məqsədilə

Azərbaycana səfər etdilər. 1561-1563-cü illərdə İngiltərə ticarət şirkətinin

agentlərindən biri - Cenkinson Azərbaycana gələrək bir sıra şəhərlərdə oldu. 24 O, öz

xatirələrində iqtisadi-coğrafi xarakterli məlumatlar verərək, Bakının da adını çəkir.

1573-cü ildə Bakıda olmuş Deket Ceffri Abşeronda çoxlu neft hasil edilməsindən

danışır. 25 1580-ci ildə göstərilən şirkətin Şirvana gəlmiş başqa bir qulluqçusu -

Xristofor Berrou A zərbaycanda türk işğalı ilə bağlı siyasi hadisələr haqqında məlumat

verir. 26 O, Bakı şəhərinin "rəisinin" 27 onun şərəfinə düzəltdiyi qəbulu təsvir edir,

Abşeron kəndlərinin məişətinə dair bir sıra məlumatlar verir.

XVII əsrin sonunda Bakı şəhərinin sosial-iqtisadi tarixini işıqlandıran

Qərbi Avropa səyyahları arasında İsveç səfirliyinin katibi sifəti ilə Moskva dövlətində

və İranda olmuş alman səyyahı, təbiətşünası və həkimi Engelbert Kempfer mühüm yer

tutur. 1683-cü ildə Bakıda olmuş Kempfer şəhəri olduqca ətraflı və dəqiq təsvir etmişdir.

O, həmçinin neft və duz mədənlərinə, Abşeronda yanar qazların çıxmasına baxmış,

Bakı və Abşeronun iqtisadiyyatına, sosial həyatına, etnoqrafiya, memarlıq və məişətinə

dair bir sıra dəyərli məlumatlar vermişdir. Onun əsəri latın dilində nəşr edilmişdir. 28

XVIII əsrdə Bakının iqtisadi inkişafının ümumi səciyyələndirilməsində

Qərbi Avropa səyyahlarının həmin dövrə aid xatirələri qiymətli mənbələrdir. Bu

müəlliflərin feodal münasibətlərinə, sosial quruluşa dair məlumatlarına gəldikdə isə

onlar çox qısa və pərakəndədir və Şərq mənbələrinin verdiyi məlumatlarla

tutuşdurulmalıdır. XVIII əsrdə Bakıda olmuş, əsərlərində şəhərin sosial-iqtisadi

və siyasi həyatına dair mühüm məlumatlar vermiş səyyahlar arasında holland rəssamı

De Brüini (1703), Hindistandan Əfqanıs tana, sonra isə İrana və Azərbaycana gəlmiş

ingilis C.Forsteri (1784), Şərq ölkələrini gəzmiş fransız səyyahı Q.Olivyeni (1798),

alman botanika alimi M.Fon Biberşteyni və bir sıra başqalarını qeyd etmək

lazımdır. Onların hər birinin əhəmiyyəti üzərində dayanmaq imkanımız olmadığından

M.A.Poliyevktovun bu mövzuya həsr olunmuş xüsusi əsərinə isnad edirik. 29

Rus mənbələrindən Bakı şəhərinin tarixi üçün böyük əhəmiyyətə malik olanı I

Pyotr dövründə Xəzəryanı bölgələrə yürüşün iştirakçıları - F.İ.Soymonovun 30 və

İ.Q.Gerberin 31 qeydləridir. Onlar Bakı və Abşeronun iqtisadiyyatına dair məlumatlar

vermiş, I Pyotrun qoşunları şəhəri alarkən baş verən hərb səhnələrini şahid kimi təsvir

etmişlər. Həmin müəlliflərin xatirələri, tendensiyalılığına baxmayaraq, mühüm

əhəmiyyətə malikdir. İşğal olunmuş Xəzəryanı bölgələrdəki rus qoşununda həkim

işləmiş I.Lerx də (1733) Bakının sosial-iqtisadi həyatına dair bəzi məlumatlar qoyub

getmişdir.

Rusiya Elmlər A kademiyasının üzvü, elmi ekspedisiya ilə İranı və Azərbaycanı

9

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!