24.11.2014 Views

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

malların əsnaf ağsaqqalları tərəfindən təqdim olunan qiymət cədvəllərini təsdiq etmək,

habelə bazarlara nəzarət idi. 126 Tacirlərdən biri mühtəsibin qoyduğu qiymətləri

pozduqda onların boynuna "taxta külah" keçirirdilər. 127 Şarden bu cəza üsulunu belə

təsvir edir: "onların boynuna bizim səyyar rüsvayçılıq dirəyinə oxşar qalın taxta

keçirirlər. Onlar qabaqda zınqırovları olan bu taxtaları çiyinlərində gəzdirirlər. Onların

başına hündür saman papaq qoyub öz məhəllələrində dolandırırlar və qara camaat

onları fitə basır". 128

Şəhərin tacirləri bir neçə dərəcəyə bölünürdü: topdansatış ticarəti ilə məşğul

olan iri tacirlər - sövdəkarlar, xoca adlandırılan dəniz və karvan yolları vasitəsi ilə xarici

ticarətlə məşğul olan tacirlər və i.a. Bakıdakı tacirlər, başlıca olaraq, Şamaxının xam

ipəyinin alqı-satqısında vasitəçiliklə məşğul olurdular. Böyük kapital sahibi olub,

sələmçi bankir Hindistan, İran, Orta Asiya və başqa Şərq ölkələri ilə, əsasən karvan

ticarətində vasitəçilik rolu oynayan hind tacirləri xüsusi yer tuturdu. Kabildə,

Qəndəharda, Bəndər-Abbasda, Şirazda, İsfahanda, Şamaxıda və Bakıda, habelə

Buxarada və Bəlxdə ticarət koloniyaları olan hind tacirləri Hindistanla sıx iqtisadi əlaqə

saxlayır, yerli və Hindistanda istehsal olunmuş mallarla ticarət edirdilər. 129 Hind

tacirlərinin başlıca ticarət malları ədviyyat və Hindistanda istehsal olunan müxtəlif

zərxara və pambıq parçalar, habelə Kəşmir şalı - tirmə, silah, qiymətli daşlar və mirvari

idi. XVII-XVIII əsrlərdə Bakıda İrandan gəlib Rusiyaya və oradan da Qərbi Avropa

ölkələrinə mal aparan yerli tacirlər də iri ipək ticarəti ilə məşğul olurdular.

İri tacirlər ticarətdən əlavə, dövlətdən götürdükləri icarədən də xeyli gəlir əldə

edirdilər. Məsələn, yuxarıda göstərilən kitabədə Bakıda icarəyə verilən tövcihat

vergisinin adı çəkilir. 130 Neft quyuları, duz mədənləri, zərbxanalar, bazarlar və i.a. da

icarəyə verilirdi. İri tacirlər iqtisadi və siyasi cəhətdən feodallarla və şəhərin mənsəb

sahibləri ilə bağlı idilər. Onların nümayəndələri çox vaxt yüksək inzibati vəzifələr

tuturdu. Şəhər tacirlərinin bir zümrəsi də sənətkarların istehsal etdikləri məmulatı öz

dükanlarında satan xırda ticarətçilər idi. "Təzkirət əl-müluk"un məlumatına görə,

tacirlər şəhərin inzibati orqanlarına, başlıca olaraq, hakimə və kələntərə tabe idilər.

Şəhər əhalisinin mühüm bir qis mini sənətkarlar təşkil edirdi. Mənbələrdə Bakıda

sənətkarların vəziyyətinə dair heç bir məlumat verilmir. İçərişəhər məhəllələrinin

dövrümüzədək gəlib çatmış qədim adlarından görünür ki, onlar müxtəlif məhəllələrdə

(məsələn, "həkkakçılar" məhəlləsi) yaşamışlar.

Daha sonrakı mənbələrin materialları Bakının ayrı-ayrı məhəllələrində eyni

peşədən olan sənətkarların - misgərlərin, dəmirçilərin, dabbaqların, boyaqçıların,

zərgərlərin, çəkməçilərin (pinəçilərin) və i.a. məskunlaşdığını təsdiq edir. 131

İçərişəhərdəki nisbətən kiçik bir ərazidə çoxlu məscidin (20-dən çox) olması şəhərdə

20-dək məhəllənin mövcud olduğunu göstərir. Belə ki, orta əsr Azərbaycan

şəhərlərində, adətən, hər məhəllənin öz məscidi olurdu. Tacirlər və sənətkarlar, ehtimal

ki, bazarın və karvansaraların yerləşdiyi limanın yaxınlığında yaşayırdılar. Sənətkarlar

öz məmulatlarını emalatxana-dükanlarında, bazarda, yaxud yaxınlıqdakı məhəllələrdə

satırdılar.

Şəhər sənətkarlarını iki qismə bölmək olar: təkbaşına işləyən sənətkarlar və iri

198

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!