24.11.2014 Views

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

zamanında Səfəvilər nəslindən olan Şeyx Cüneydin və onun oğlu Şeyx Heydərin işğalçı

kimi Şirvana hücumu nəticəsində fəlakətlə sona çatdı. Şeyx Cüneyd 68 1460-cı ildə, I

Xəlilüllah dövründə baş verən döyüşdə, Şeyx Heydər 69 isə 1488-ci ildə, Fərrux Yəssar

zamanındakı vuruşmada öldürülmüşdülər. Səfəvilər dövlətinin banisi İs mayıl Səfəvi

1499-cu ildə şirvanşaha qarşı yürüşə çıxdı. O, 1500-cü ildə Şamaxını tutdu,

möhkəmləndirilmiş Gülüstan qalasının yaxınlığındakı Cəbanidə baş verən vuruşmada

Fərrux Yəssarın qoşunlarını darmadağın etdi. Fərrux Yəssar bu vuruşmada öldürüldü. 70

Mənbələrin verdiyi məlumata görə o, əsir alınmış və sonra qolları bağlı halda

öldürülmüşdür. İsmayıl atasının və babasının intiqamını almaq üçün əsir aldığı bütün

şirvanlıları qətlə yetirmişdir. 71 Şirvanın çiçəklənən şəhər və qalaları İs mayıl tərəfindən

işğal olunmuşdur. Bakılıların şəhəri qəhrəmancasına müdafiəsindən sonra

h.906(1501)-cı ilin baharında İs mayıl Bakını da aldı.

XVI əsr tarixçiləri Xandəmir və Həsən Rumlu İs mayıl Səfəvinin Bakını

almasının təfsilatını xəbər verirlər. 72

İsmayılın əmri ilə sərkərdələrdən Məhəmməd bəy Ustaclı və İlyas bəy Ayqut

oğlu qoşunların başında Bakı qalasını almağa göndərildi.

O vaxt Bakı şəhəri alınmaz qala sayılırdı. O, üçqat möhtəşəm divarla, bir

tərəfdən dənizlə, quruda isə geniş və dərin xəndəklə əhatə olunmuşdu. Şəhərə

yaxınlaşan qızılbaş döyüşçüləri onun əfsanəvi Makedoniyalı İsgəndər səddini

xatırladan qala divarlarının əzəmətinə heyran qaldılar. 73 İsmayıla bu qalanı tutmaq çox

vacib idi. Çünki Bakı o vaxtlar Şirvanın iri ş əhərlərindən biri və Xəzər dənizində ən

yaxşı tranzit ticarət mərkəzi idi. Qədimdən Şirvan-şahlar xanədanına sədaqətli olan

mühasirəyə alın mış bakılılar istehkamlarının alın mazlığına, böyük silah və ərzaq

ehtiyatına güvənərək igidliklə vuruşurdular.

Bu vaxt Fərrux Yəssarın Bakı, Mahmudabad və Salyan torpaqlarının sahibi olan

oğlu Qazi bəy Şirvanın dağ qalalarında müqavimət göstərməkdə davam edirdi. 74 Qazi

bəy olmadığı müddətdə şəhərin müdafiəsinə onun adı mənbələrdə çəkilməyən cəsur

qadın olan arvadı başçılıq edirdi. O, İsmayılın təslim olmaq təklifi ilə dilə tutmaq üçün

yanına gəlmiş elçisinin edam olunmasını əmr etdi. İs mayılın göndərdiyi və hədə - qorxu

gələrək, şəhərin təhvil verilməsini tələb edən Bakı darğası Əbülfəttah bəyin də başına

eyni aqibət gəldi. 75

Bakılıların inadlı müqaviməti İsmayıl Səfəvinin sərkərdə Xülafə bəyin başçılığı

altında yeni qüvvələr göndərməyə məcbur etdi. Mühasirənin sonuna yaxın o özü də

buraya gəldi.

Mühasirədəkilərin təslim olmaq istəmədiklərini görən İsmayıl lağım atıb qala

bürclərindən birinin böyük daşını partlatmağı əmr etdi. Şəhərin müdafiəçiləri divardakı

yarığı çadır keçəsi ilə tutaraq, daha üç gün duruş gətirdilər. Lakin sonra Səfəvi qoşunları

şiddətli həmlə ilə qalanı ələ keçirib əhalidən xeyli adam qırdılar. Bakının 70 nəfər

mötəbər adamı artıq müqavimət göstərməyin mənasız olduğunu görərək, əllərində

Quran, boyunlarında qılınc, çiyinlərində kəfən İs mayılın hüzuruna gələrək öz itaətlərini

ona bildirdilər. 76

Burada Həsən Rumlunun hekayəti Xandəmirin mətnindən bir qədər fərqlənir.

71

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!