24.11.2014 Views

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Ancolellonun müasiri olan digər XV əsrın sonu Venesiya səyyahı Donato da

Leze də yol qeydlərində Bakının böyük ticarət əhəmiyyətini qeyd etmişdir. O xəbər

verirdi ki, ədviyyat Hindistandan böyük şəhər Şamaxıya, oradan isə 4 günlük yol olan

Xəzər dənizi sahilindəki Bakıya gətirilir. "O, böyük ticarət şəhəridir və dəniz də onun

adı ilə Bakı dənizi adlanır. Burada ədviyyatı gəmilərə yükləyib Volqa çayı üzərindəki

tatar şəhəri Həştərxana aparırlar". 80

Xəzər dənizinin 1914-cü ildə İtaliyadakı kiçik Lezina şəhərində tapılmış XV

əsrə aid qədim coğrafi xəritəsində "Bech Barmak"la (Bakı yaxınlığındakı Beşbarmaq

dağı) eyniləşdirilən "Barmachu" qeyd olunmuşdur. Onun yaxınlığında "achu" oxunula

bilən, ehtimal ki, "Bachu" adı vardır. Şəhərin xəritədə böyük planda verilməsi, onun,

şübhəsiz, Xəzər dənizində, yaxud xəritədə göstərildiyi kimi, "Maare di Bachu"da

mühüm limanlardan biri olmasına işarə edirdi. 81 Xəritədəki adların yazıldığı dilə əsasən

belə hesab olunur ki, onu XV əsrdə dərin məlumatlı dəniz səyyahları sayılan

dalmasi-yalılar tərtib etmişlər. Buradan da belə bir nəticə çıxarmaq mümkündür ki,

italyanlar XV əsrdə də öz gəmiləri ilə Xəzər dənizində (ehtimal ki, ticarət məqsədi ilə)

üzürmüşlər. Onlar Avropa ilə ticarətdə başlıca vasitəçi olub, A zərbaycan şəhərlərinə, o

cümlədən Bakıya yaxşı bələd idilər.

Bakının ticarətinə dair venesiyalılarla yanaşı, Bakuvi də bəzi məlumatlar verir.

O göstərir ki, Bakıda taxıl azdır. Onu buraya Şirvandan və Muğandan gətirirlər. 82

Başlıca idxal malları Şirvanın məhsuldar yerlərindən Bakı bazarlarına Abşeronda az

miqdarda istehsal olunan buğda və digər dənli bitkilər idi. Muğan isə Bakını ehtimal ki,

düyü ilə təchiz edirdi. Arxeoloji qazıntılar zamanı Bakı yüksəkliyinin dərin

təbəqələrindən çoxlu miqdarda çəltik dənləri tapılmışdır. Təsvirdən "əbədi odlar" yanan

Suraxanıdan söhbət getdiyi asanlıqla bəlli olan kənddə şəhərdə satılmaq üçün əhəng

hazırlanırdı. 83

Şəhər əhalisinin əksəriyyətinin yaylağa köçdükləri Abşeron bağları Bakı

bazarlarını burada bol-bol becərilən əncir, nar və üzümlə təchiz edirdi. Qazıntı zamanı

dərin təbəqələrdən üzüm dənələrinin tapılması həmin bitkilərin burada da qədimdən

becərildiyini göstərir. Bakuvi Abşeronda ev heyvanlarının, xüsusilə ətindən şəhər

əhalisinin istifadə etdiyi qoyunların yetişdirildiyini də qeyd edir. 84 O, Abşeronda

ətindən yerli əhalinin yeməkdə istifadə etdiyi çoxlu ceyran olduğunu da göstərir. 85

Şəhər, A zərbaycanın digər iri feodal şəhərləri kimi, Abşeron kəndləri ilə bağlı

olub, onlarla iqtisadi vəhdət təşkil edirdi. Beynəlxalq ticarətdə fəal iştirak edən Bakı,

eyni zamanda, tacirlərin və sənətkarların toplaşdığı şəhər idi.

Şəhərin feodalları və ruhaniləri karvan ticarəti ilə sıx bağlı olub, bu ticarətdə

yaxından iştirak edirdilər. Onlar karvansaralara, bazar dükanlarına, bazarlara, bütöv

məhəllələrə sahib olub, orada alver edən tacirlərdən, sənətkarlardan müəyyən rüsum

alırdılar. 86 Görünür, Bakuvi Lənkəran vilayətini Muğan adlandırırdı.

85

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!