24.11.2014 Views

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

əxilərin öz iqamətgahları olduğunu xəbər verir: "Onlar bütün türkmən, Rum

vilayətlərində, hər yaşayış yerində, hər şəhərdə və kənddə vardır". 48 Sənətkarlarla bağlı

olan əxilər müstəbidlərin qətlinə icazə verirdilər. "Dünyada onlardan çox qəriblərin

qayğısına qalan, acları doydurmağa, möhtacların ehtiyacını ödəməyə səy göstərən,

voyevodanı, yaxud onlara bədxah niyyətlərlə

yaxınlaşanları qətlə yetirməyə hazır olan adamlar tapmaq çətindir. Onlar öz adamlarını

və başqa peşədən olan gəncləri, subayları, kimsəsizləri toplayan adama əxi deyirlər.

Adamlar özləri də gəlirlər ki, bu, fütuvva adlanır".

İbn Bəttutənin təsvir etdiyi "iqamətgah" sənətkarlarla, zəhmət adamları ilə sıx

bağlı təşkilat idi. 49 Bu xarakteristika Bakı və Abşerondakı əxi təşkilatlarına da şamil

edilə bilər. Bunu Bakının cənub qala qapısındakı B.Dorn tərəfindən oxunmuş kitabə də

göstərir. H.786-cı ilin rəcəb ayında (avqust, 1384-cü il) yazılmış həmin kitabədə binanı

tikmiş Əxi ibn Ramazan əş-Şirvaninin adı çəkilir. 50 Əxi rütbəsi həmin şəxsin Bakıdakı

əxilər təşkilatına mənsubiyyətini bildirir. Ehtimal ki, kitabədə bəhs edilən bina əxi

təşkilatı üzvlərinin toplaşdığı iqamətgah olmuşdur. Bakı və Kürdəxanıdakı əxi

təşkilatları, görünür, ibn Bəttutənin təsvir etdiyi təşkilatların eyni olmuşdur. Göründüyü

kimi, əxi təşkilatının üzvləri şəhərin sosial həyatında mühüm rol oynayan şəhər

sənətkarları idi. Mənbələrin verdiyi məlumata görə XI-XII əsrlərdə sənətkarlar və

şəhərin yoxsul əhalisi gah şirvanşahın, gah da səlcuqların təyin etdikləri hakimlərin

əleyhinə üsyanlar qaldırmışlar. 51

İçərişəhər ərazisindəki bəzi məscid və karvansaraların adlarının qalması şəhərin

həmin dövrdə sənətkarların, tacirlərin və əhalinin digər təbəqələrinin yaşadığı bir sıra

məhəllələrə bölündüyünü ehtimal etməyə imkan verir. Məlumdur ki, məscidlər, adətən,

sənətkar və ticarət məhəllələrində tikilir və həmin məhəllələrin adları ilə adlandırılardı.

Məsələn, Ləzgi məscidi görünür soyuq silah və dəmir əşyalar istehsalı ilə şöhrət

qazanmış ləzgi sənətkarları məhəlləsinin məscidi olmuşdur; Gilək məscidi ipək ticarəti

ilə məşğul olan gilanlıların, Bəzzaz məscidi isə parça alverçilərinin məhəllə məscidi idi.

Şəhər məhəllələrinin adları da bir çox hallarda orada yaşayan əhalinin tərkibindən asılı

olurdu, məsələn, həkkarlar məhəlləsi və s. Qalada, ehtimal ki, başqa Şərq ölkələrindən

gəlmiş tacirlərin - çinlilərin, hindlilərin, buxaralıların və s. - məhəllələri də olmuşdur.

Mənbələr olmadığından həmin dövrdə şəhərin daxili idarəetməsinə dair

məlumat əldə edilə bilməmişdir. Yalnız yuxarıda göstərilən məlumatlara əsasən ehtimal

etmək olar ki, şəhər şirvanşahın təyin etdiyi hakimlər və vəzirlər tərəfindən idarə

olunmuşdur. Baş maliyyə idarəsi, Azərbaycanın digər şəhərlərində olduğu kimi,

Olcaytunun kitabəsində adı çəkilən Divan olmuşdur. Hüququ normaları ş əriətə

əsaslanan qanunvericilik və məhkəmə orqanlarına ruhanilər başçılıq edirdilər. Şəhərdə

feodallardan, ruhanilərdən, tacirlərdən və sənətkarlardan başqa yoxsul təbəqələr də

yaşayırdı ki, onların arasında dərvişlər də var idi. Abşeron kəndlərinin əhalisinə

gəldikdə isə, onların əksəriyyəti kənd təsərrüfatında çalışan və şəhərdə yaşayan

İbn Bəttutə Kiçik Asiya vilayətlərini Rum vilayətləri adlandırır

F ü t u v v a - cəngavərlik

95

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!