24.11.2014 Views

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

dükanlar, 7) zərbxana, 8) darğalıq-darğaların nəfinə yığılan vergi və i.a. 57

Neft quyularının və duz mədənlərinin çoxunun sahibi olan xan neft və duzun

icarəsindən əvvəllər şah xəzinəsinə gedən xeyli gəlir götürürdü. Qmelin Bakı əhalisinin

dilindən xanı misilsiz dərəcədə varlı adlandırır. 58 Əksəriyyəti icarəyə verilmiş çoxsaylı

vergi və rüsumlar şəhər ticarətinin inkişafına ağır təsir göstərirdi. Öz xeyirləri üçün

icarə haqqından xeyli artıq məbləğdə pul alan icarədarlar şəhər və kənd əhalisini qarət

edirdilər. İcarədarlar, adətən, icarə pulunu xanın xəzinəsinə ödəyir, sonra isə həmin

məbləği şəhər əhalisindən artıqlaması ilə yığırdılar.

Gömrük rüsumları - xanın torpaqlarından keçirilib aparılan bütün mallardan

alınan ticarət vergisi - rahdari şəhər ticarətinin inkişafı üçün böyük əngəl idi. Məsələn,

XVIII əsrin 70-ci illərində içində aparılan maldan asılı olmayaraq, hər kisə üçün bir

abbası, Bakı neftinin hər tuluğu üçün isə yarım abbası gömrük rüsumu alınırdı. 59

Qmelinin qeyd etdiyinə görə gömrük məmurları "tamamilə vicdansız olub, öz

mənfəətləri üçün daha çox tələb edirdilər". 60 Bütün bu töycülər, vergilər, rüsumlar

Abşeronun şəhər və kənd rəiyyətinin üzərinə ağır yük kimi düşərək onlan

müflisləşdirirdi.

Rəiyyətin ağır vəziyyəti, şəhərlərdə feodalların özbaşınalığı müxtəlif formalarda

- kəndlilərin bir xanlıqdan başqasına qaçması, mülkədarların öldürülməsi, mülklərinin

yandırılması və i.a. - təzahür edən sinfi mübarizəni kəskinləşdirirdi. Kəndlilər bir çox

hallarda şəhərlərdə gizlənərək, dilənçilik içərisində iş axtarırdılar.

5. SURAXANI KƏNDĠNDƏKĠ HĠND ATƏġGAHI

Bakı yaxınlığındakı ən maraqlı və özünəməxsus tarixi memarlıq abidələrindən

biri də atəşpərəst hindlilərin "Atəşgah" adlanan köhnə məbədidir. O, dənizdən azacıq

aralı, Abşeron yarımadasındakı Sura xanı kəndinin cənub-şərq qurtaracağında, neft

mədənlərinin yaxınlığında olub, hal-hazırda hər tərəfdən onların əhatəsindədir.

Abidənin tikildiyi yerin relyefi düzənlikdir. Hücrələr və ibadətgah XVII-XIX əsrlər

ərzində müxtəlif vaxtlarda tikilmişdir. Hücrələr XVIII əsrin sonlarında ümumi hasara

alınmışdır. "Atəşgah" Bakıda yaşayan, üzvlərinin əksəriyyəti Şimali Hindistandan

çıxmış və sikhlər kastasına mənsub olan hind icması tərəfindən inşa edilmişdir. 1

Karvansaranı xatırladan bütün tikili planda qapalı beşguş ə formasında olub,

vaxtilə zəvvarlara xidmət üçün istifadə edilən 24 hücrədən və bir otaqdan ibarətdir.

Qapalı beşguşəli divarların əmələ gətirdiyi həyətin ortasında rotonda şəklində

ibadətgah var. Onun ortasındakı quyudan məbədin günbəzinin dörd küncü üzərində də

yanan qaz (metan) çıxardı. Məbəd özü hər tərəfdən açıq olan dördbucaqlı tikilidən

ibarətdir. Məbədin Balaxanaya baxan şimal divarındakı tağın üstündə hind dilində

kitabə quraşdırılmışdır. Binanın dörd küncündə yanar qazın daxil olduğu dörd kvadrat

kərpic boru var. Hücrələr pəncərəsizdir. Hücrələrin girişi üzərində hind dilində

232

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!