24.11.2014 Views

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

G Ġ R Ġ ġ

Azərbaycan bəşər sivilizasiyasının ən qədim beşiklərindəndir (Tur Xeyerdal).

Qarabağın dağlıq bölgəsində, Qarabulaq deyilən yerdəki (indiki Füzuli rayonu) Azıx

mağarasında Paleolit dövrünə aid qədim preneandertal insanın dünyada ən qədim

düşərgələrindən biri tapılmışdır. Onun 1,5 milyon il yaşı var. 1 Çoxtəbəqəli (təqribən 14

metr qalınlığında 10 təbəqə) A zıx mağarasında aparılan arxeoloji qazıntılar zamanı

onun qədim sakinlərinin tarixə qədərki dövrdə həyat tərzini səciyyələndirən heyvan və

bitki qalıqları, ocaqlar aşkara çıxarılmışdır.

V təbəqədə qazıntı zamanı adam sümüklərinin qalıqları -təqribən 400 min il

bundan əvvəl yaşamış 18-22 yaşlı gənc qadının alt çənə sümüyünün bir hissəsi

tapılmışdır. 2

Azıx mağarasındakı arxeoloji tapıntılar Cənubi Qafqazda insanın 1,5 milyon il

bundan əvvəl, Aşağı Paleolit dövründə, çay daşı mədəniyyəti - Quruçay

mədəniyyətindən başlayaraq Mustye mədəniyyətinin əvvəlinədək (eramızdan 100 min

il əvvəl) - dövründən yaşadığını təsdiq edir. 3 Paleolit dövrünün digər diqqətəlayiq

abidələrindən biri də M.M.Hüseynov və A.K.Cəfərov tərəfindən aşkar edilmiş və

qədim insanın Azərbaycanda 100 min il bundan əvvəl məskunlaşdığını sübut edən

çoxtəbəqəli Tağlar mağara-düşərgəsidir. Tağlar mağarasının 6 mədəni təbəqəsində daş

alətlər, heyvan və insan qalıqları tapılmışdır. Tağlar materialı daş alətlərin, Mustye

dövründən başlayaraq Yaxın Şərqlə - İran və İraqla əlaqələrin inkişaf mərhələlərini

izləməyə və burada daş alətləri - Tağlar tipli ərsini ayırd etməyə imkan verir. 4

Bakı şəhərindən 60 km cənub-qərbdə yerləşən Qobustan Mezolit (Orta Daş

dövrü), Neolit (Yeni Daş dövrü), Tunc, Dəmir dövrlərindən başlayaraq son orta əsrlərə

qədərki tarixi mərhələni əhatə edən nadir abidədir. Yer kürəsinin müxtəlif qitələrində

aşkar edilmiş qaya təsvirləri içərisində Azərbaycan xalqının qədim dövr tarixinin

öyrənilməsində qiymətli mənbə olan Qobustan petroqlifləri böyük maraq doğurur.

Azərbaycan Respublikası EA Tarix İnstıtutunun İ.M.Cəfərzadənin rəhbərliyi ilə

arxeoloji ekspedisiyaları tərəfindən 1947-1965-ci illərdə Qobustan rayonunun

cənub-şərq hissəsində Böyükdaş, Kiçikdaş, Cingirdağ dağlan və Yazılıtəpə

hüdudlarında 750-dən çox qayanın üzərindəki dörd mindən yuxarı insan, heyvan, balıq,

bütöv kompozisiyalı rəsmlər, kasavarı batıqlar və s. aşkar edilib öyrənilmişdir. 5

C.N.Rüstəmovun başçılığı ilə Qobustanda və yeni aşkar edilmiş Şonqardağ və Şıxqaya

rayonlarında üzərində 2000 rəs m olan daha 300 daş tapılmışdır 6 .

1986-cı ilədək artıq altı minədək qaya təsviri var idi. Qobustan petroqlifləri

Cənubi Qafqazın şərqinin böyük bir dövr (e.ə. 10 000 ildən çox) ərzində - Mezolitdən

son orta əsrlərədək - illüstrasiyalı tarixidir. Bəzi tədqiqatçıların (İ.M.Cəfərzadə,

A.A.Formozov) fikrincə petroqliflərdə əks olunmuş süjetlərin dairəsi Qobustan

təsvirlərinin ibadət xarakteri daşıdığını göstərir. Onlar qədim insanın öz icmasının

rifahını bilavasitə bağladığı əfsun-ovsun mərasimlərinin tərkib hissəsi idi. 7

11

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!