24.11.2014 Views

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

1. BAKININ SALINMA (YARANMA) TARĠXĠ VƏ ADI

HAQQINDA

Bakı şəhəri Abşeron yarımadasının cənubunda, Xəzər dənizinin sahilində, külək

və fırtınalardan yaxşı qorunan buxtadadır. Köhnə Bakı qalası amfiteatr şəklində Bakı

platosunun cənub yamacında, Abşeron yarımadası üçün səciyyəvi olan isti iqlimə malik

yarımsəhra zonasında yerləşir. Onun şimal hissəsi qumlu sahillər, kəndlər, bağ

yerləridir. Şimal sahillərinin qənşərində Abşeron arxipelaqına daxil olan Pirallahı,

Çilov, cənub sahillərinin qənşərində isə Böyük Zirə, Daş Zirə, Qum Zirə, yaxud Təzə

Zirə adaları yerləşir.

Abşeronun təki neft və qaz yataqları ilə zəngindir. Yarımadanın səthində bollu

əhəngdaşı və ağardıcı gil vardır. Abşeronun şimal hissəsi palçıq vulkanları və şor

göllərlə - Böyükşor, Bülbülə, Masazır - örtülmüşdür. Cənubi Qafqaz ölkələrindən

şimala - Rusiyaya, şərqə - Orta Asiyaya və Hindistana və cənuba - İrana gedən karvan

və dəniz yollarının üstündə yerləşən şəhərin son dərəcə əlverişli coğrafi mövqeyi, rahat

buxtanın mövcudluğu onun liman və qala kimi inkişafına təkan verən amillər olmuşdur.

Bakı təkcə Azərbaycanın deyil, eləcə də bütün Yaxın Şərqin qədim

şəhərlərindən, iqtisadi və mədəni mərkəzlərindəndir. Bakının yaşayış məntəqəsi və

şəhər kimi nə vaxt meydana gəlməsi onun arxeoloji baxımdan az öyrənilməsi və erkən

tarixinə dair mənbələrin kasadlığı üzündən indiyədək dəqiqləşdirilməmişdir.

Məlumdur ki, məhsuldar qüvvələrin (sənətkarlığın) inkişafı və ticarətin

yüksəlişi şəhərin sosial-iqtisadi kateqoriya kimi təşəkkülünün həlledici amilləridir. Bu

zəmində orta əsr Azərbaycan şəhərləri, adətən, qədim yaşayış yerlərində və qalaların

ətrafında meydana gəlirdi. Bəzi şəhərlər təbii sərvətlərin - mis və dəmir filizi, neft, duz

və digər faydalı qazıntıların istis marı ilə əlaqədar yaranırdı. Ehtimal ki, qədim yaşayış

məskəninin yerində meydana gəlmiş Bakı da belə şəhərlərdəndir.

Bakı ətraf torpaqların təkindəki neft və duzu, ticarət üçün gözəi təbii limanı olan

əlverişli coğrafi mövqeyi ilə qədim zamanlardan insanları özünə cəlb edirdi.

Görünür, hələ uzaq keçmişlərdə şimaldan, Dərbənd keçidindən və cənubdan,

ehtimal ki, Qobustandan keçərək Abşeron ərazisinə gələn qəbilələr buranın aborigen

əhalisi ilə qaynayıb-qarışaraq, onun bir sıra kəndlərinin və Bakının özünün adında iz

buraxmışlar.

Azərbaycanın bir sıra şəhərlərinin salın masını Sasani şahlarının adına çıxan ərəb

və fars coğrafiyaşünasları Bakını xatırlayarkən onun meydana gəlməsi haqqında heç nə

demirlər. Lakin məlumdur ki, Sasani hökmdarları, əksər hallarda şəhərlər salmır,

şimaldan onların torpaqlarına basqın edən xəzərlərin və digər xalqların hücum

təhlükəsinin qarşısını almaq üçün dövlətlərinin şimal sərhəddindəki mövcud yaşayış

məskəni və şəhərlərini qala divarları və bürclərlə möhkəmləndirirdilər. Daha sonrakı

müəlliflər - XVII əsr türk səyyahı Övliya Çələbi 75 heç bir mənbəyə isnad etmədən Bakı

şəhə-rinin təməlinin qoyulmasını Əhəməni şahı Daranın 76 , XIX əsrin əvvəli

Azərbaycan səyyahı Zeynalabdin Şirvani 77 isə Sasani şahı Ənuşirəvanın (VI əsr) adına

çıxmışlar. 78

27

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!