24.11.2014 Views

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Zeynalabdin Şirvani öz əsərlərində buradan Azərbaycan, İran, Rusiya və Qərbi Avropa

şəhərlərinə ağ və qara neft, eləcə də zəfəran aparılaraq həmin yerlərdə baha qiymətə

satıldığını qeyd etmişdir. 47

II Yekaterina vaxtında çar hökuməti Şərqdə iri ticarət mərkəzi və rus

qoşunlarının başlıca təchizat bazası olan Bakıya böyük diqqət yetirirdi. Bakı limanının

möhkəmləndirilməsi və yenidən qurulması nəzərdə tutulurdu. Bu məqsədlə vəsait

buraxılmış, hətta Peterburqdan ustalar təyin edilmiş və göndərilmişdi. P.Q.Butkov öz

yol qeydlərində yazırdı: " Bakı limanını ona görə sahmana salmaq lazım görülmüşdür

ki, o, Xəzər dənizində ən yaxşı limandır. Orada gəmilər 7 sajın dərinliyində dayana

bilərlər. Buraya Mazandarandan, Gilandan, Lənkəran sahilindən, Şirvandan və

Azərbaycandan külli miqdarda tacir gəlir. Bütün Şirvan məhsullarının hamısını Bakıya

gətirir.

...Beləliklə aydın olur ki, Rusiyanın İranla ticarətində Bakı yeganə rahat və ən

əlverişli yerdir. Buradan Mazandaran və Gilan əyalətləri ilə ən gəlirli ticarət aparıla

bilər; quru ticarət yoluna gəldikdə isə, Bakıdan İran körfəzinədək ölkənin bütün zəngin

daxili əyalətlərinə hələ böyük Şah Abbas tərəfindən salınmış təhlükəsiz yol gedir.

Lazımi yerlərində daş hasarlı karvansaralar tikilmiş bu yol məhz Təbriz, Ərdəbil,

Sultaniyyə, Tehran, Qəzvin və Kaşana, hətta İsfahana və daha sonra İran körfəzinədək

gedib çıxır". 48

Gözlərini zəngin və əsrarəngiz Hindistana tikən və onunla ticarət etmək istəyən

çar hökuməti bu məqsədlə Bakıdan istifadə etməyi qərara aldı. "Məlumdur ki, gəbrlərin

məzhəbi Hindistanın başlıca məzhəbidir. Hindlilərin bir çoxu indiyədək Bakı

ətrafındakı odlara sitayişə gedirlər. Bakını sahmana salmaqla və onunla ticarəti

genişləndirməklə onu hind gəbrlərinin Məkkəsinə çevirmək olmazmı və qis mən bu

səbəbdən Astrabad və Həştərxan vasitəsilə zəngin quru ticarət yolu açıla bilməzmi?.." 49

Lakin 1797-ci ilin yazında həyata keçirilməsi nəzərdə tutulan bu planlar II

Yekaterinanın ölümü ilə əlaqədar baş tutmadı. Taxta çıxmış I Pavel rus qoşunlarının

Cənubi Qafqazdan dərhal çıxarılmasını əmr etdi.

Rus tacirlərinin Bakı vasitəsilə ticarəti XIX əsrin əvvəllərində də davam edirdi.

Lakin Bakıdakı xan hakimiyyəti rus tacirlərinə düşməncəsinə münasibət bəsləyirdi. Bir

sıra sənədlər də buna dəlalət edir. 1800-cü ilin yanvarında Bakıya gələn Rusiyanın

İrandakı konsulu Skibinevski Bakı xanı Hüseynqulu xandan əllərindən zorla xeyli

məbləğdə pulları alınmış rus tacirlərinin razı salınmasını tələb etdi. Danışıqların

gedişində Hüseynqulu xan incitdiyi rus tacirlərini razı salmaqdan imtina etdikdə,

konsulun təklifi ilə donanma kapitan-leytenantı Moçakov həmin il fevralın 6-da

"Kizlyar" gəmisindən şəhəri atəşə tutdu. Nəticədə Hüseynqulu xan öz günahını

boynuna alıb, nəinki həmin tacirlərin, hətta digər rus tacirlərinin itkilərini ödədi və

gələcəkdə onlarla ədalətlə davranmaq barədə yazılı iltizam verdi. 50

Həmin ilin yazında Hüseynqulu xan məmuru Mirzə Hadi bəyi rus tacirləri

barəsində hərəkətlərinə görə üzrxahlıqla Rusiya sarayına göndərdi. 51 Lakin xan

hakimiyyəti ilə çar hökuməti arasında ticarət məsələsində daim münaqişə gedirdi. Çar

hökuməti təkcə rus tacirlərinə deyil, həmçinin rusların təsir dairəsində olan Dağıstan

224

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!