24.11.2014 Views

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

siyasətinə 30 düşmən olan A zərbaycan (qızılbaş) tayfalarının nüfuzunu xeyli zəiflətdi,

dövlətdə İranpərəstlik meyllərini hər cür himayə edərək, hərbi rütbələrə aşağı

təbəqələrdən olan yeni kadrlar irəli çəkdi. Şah Abbas paytaxtı Qəzvindən İranın

içərilərinə, İsfahana köçürdü. Sülh müqaviləsi ona ordunu yenidən təşkil etməyə, 31 öz

qüvvələrini 1602-ci ilin sonunda başlayan yeni müharibə üçün toplamağa imkan verdi.

2. XVII ƏSR - XVIII ƏSRĠN BĠRĠNCĠ YARISININ SĠYASĠ

TARĠXĠ

H.1012-ci il rəbi əs-sani ayının 7-də (14 sentyabr 1603-cü il) I Şah Abbas

Osmanlı hökumətinin üsyan etmiş kəndlilərlə bacarmadığını bəhanə gətirərək

Azərbaycanı işğal etmək üçün qoşun göndərdi. Azərbaycanın feodal əyanlarının böyük

hissəsi, tacirlər və şiə ruhaniləri bu müharibədə Şah Abbası müdafiə edirdilər. 1

Şah Abbas və onun görkəmli sərkərdələri Allahverdi xan və Qarçıqay

Məhəmməd xan itirdikləri A zərbaycan şəhərlərini bir neçə il ərzində geri qaytardılar.

Şah qoşunları 1606-1607-ci illərdə İrəvan, Gəncə, Bakı, Dərbənd, Şamaxı şəhərlərinin

Osmanlılardan aldılar. 2

İsgəndər Münşi öz əsərində Şah Abbas qoşunlarının 1607-ci ildə Bakını

almalarını təsvir edir. Bu vaxt Bakı qalasındakı Os manlı qarnizonunda cəmi 300 nəfər

var idi. Türklərin hakimiyyətindən xilas olmaq istəyən şəhər əhalisi sui-qəsd

düzəldərək bundan xəbər tutan və onun qarşısını almaq imkanı olan şəhər

komendantına (kütval) hücum etdilər. Bakılılar Os manlı qarnizonunu qırıb, türklərin

kəsilmiş başlarını qalanın açarları ilə birlikdə Şah Abbasa göndərdilər və şəhər

qapılarını şah qoşunlarının üzünə açdılar. Sui-qəsdin əsas iştirakçıları şahdan qiymətli

hədiyyələr və soyurqal torpaqları aldılar. 3

Lakin 1603-1607-ci illər İran-Türkiyə müharibələrinin şahidi olan katolik

missioneri keşiş Antuan de Quvea öz əsərində 4 bu hadisəni başqa cür təsvir edir: Şah

Abbas Şamaxını mühasirəyə alarkən Bakı hakimi Murad (le Roi Murath) "şahın

ayaqlarından öpmək" üçün Şamaxıya gəldi və ona Bakı şəhərinin açarları ilə birlikdə

çox miqdarda kəsilmiş türk başı gətirdi. Murad bu qərara gəldi ki, Şah Abbas Şamaxını

aldıqdan sonra, daha az möhkəmləndirilmiş bütün digər şəhər və qalaları da asanlıqla

tutacaqdır. Buna görə də, o, şah qoşunlarının Bakıya hücumunu gözləmədən və onun

iltifatını qazan maq üçün şəhərin təslim olmasını, özünün bayrağı altında vuruşmuş türk

qarnizonu əsgərlərinin kəsilmiş başlarını təklif etməyə gəlmişdi. Lakin o yanılmışdı.

Şah Abbasın qərargahına çatan kimi şah onun başının vurulmasını əmr edərək demişdir:

"O, hamıya xəyanət etməyi özünə peşə seçmişdir, türklər bu əyaləti işğal edəndə o,

vaxtkı Bakı hakiminin başını kəsib, mükafat olaraq onun özünü həmin şəhərin hakimi

təyin edən Osman paşaya təqdim etmişdi. Şəhəri qaytarmaq əzmində olduğum indi isə

143

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!