24.11.2014 Views

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

kimi mövcud olmuşdur. Əmirlərin hakimiyyəti irsi idi. Onlar şəhərin və Abşeronun bir

sıra kəndlərinin hakimi olub, müdafiə istehkamlarının tikilməsinə başçılıq edirdilər.

Şirvanşahlar dövlətinin tərkibinə daxil olan Abşeron yarımadası özünün coğrafi

xüsusiyyətlərinə, yeraltı sərvətlərinin zənginliyinə, rahat (əlverişli) limanlarının

olmasına görə əlahiddə coğrafi, iqtisadi və siyasi vahid sayılırdı. XI-XV əsrlərdə

Abşeron Şirvanşahların hakimiyyəti altında olan vassal torpaqları qrupundan ibarət idi. 8

Bunu Abşeronda bir-birinin yaxınlığında tikilmiş məscid və türbələri olan çoxlu

möhkəmləndirilmiş qala və içqalaların mövcudluğu da sübut edir. Əmirlərin adlarına

XIV əsr kitabələrində rast gəlinir. Bakı qalasında, qədim Cümə məscidinin cənub

tərəfdəki divarında binanın təmir olunduğu xəbər verilən, "Məlik əl-üməra və-1-əkabir

(əmirlərin və əyanların məliki) Şərəfəddin Mahmud ibn Fəxrəddinin" adı çəkilən və

h.709 (1309/10)-cu il tarixi göstərilən ərəbcə kitabə olmuşdur. 9 Əmirəcan kəndindəki

məscidin qapısı üstündəki ərəbcə kitabədə məscidi tikdirən böyük malik Fəxrəddinin

oğlu Əmir Nizaməddin əmir Həccin adı çəkilir və h.730 (1329/30)-cu il tarixi

göstərilir. 10 Bu kitabələrdən aydın olur ki, Fəxrəddin adları çəkilən bu iki şəxsin atasıdır

və "böyük malik" epitetindən göründüyü kimi yüksək mövqe tutmuş, yəni, iri mülkədar

olmuşdur. Onun oğlanlarından biri - Bakı qalasındakı məscidi təmir etdirmiş

Şərəfəddin Mahmud, ehtimal ki, şəhərdə yaşamış, ikinci oğlu isə titulundan göründüyü

kimi, iri mülkədar, şərəfinə adlandırılan Əmirəcan (Əmir Həccan) kəndinin sahibi

olmuşdur.

Əmir Həcc rütbəsi fəxri vəzifə olub Məkkə və Mədinəyə ziyarətə gedən

karvanın başçısına verilirdi. 11 Əmirəcan kəndinin Ənıir və Şərəf adlı iki qardaş

tərəfindən salınmasına dair nəsillərdən nəsillərə ötürülən rəvayət yuxarıda göstərilən

kitabələrlə təsdiq olunur. Həmin məscidin baştağının üstündəki başqa bir daş kitabədə

Şərəfəddin ibn Şeyx Mahmud ibn Nəsrəddin Qutluq şahın adı çəkilir və h.786

(1384-1385)-cı il göstərilir. 12 Çox ehtimal ki, Şərəfəddin Qazan xan və sultan Olcaytu

Xudabəndə zamanında baş əmir (əmir əl-üməra) olmuş Qutluq şahın nəvəsidir. 13 Adları

çəkilən şəxslər feodal sinfinin nümayəndələri və şirvanşahın vassalları olmuşlar.

Şirvanşah və əmirlərin yanında onların şəxsi mühafizi, yaxud keçikçisi vəzifəsini

daşıyan qulamlar var idi. Onlar şirvanşahın tapşırığı ilə onun yaxın qohumlarını

öldürür, qan inqtiqamını alır və digər qorxulu əmrləri yerinə yetirirdilər. "Tarix

əl-Bab"da xidmətçilər arasında qulamlardan başqa, görünür, daha yük-sək mövqe tutan

"xadim" lərin də adı çəkilir. Şirvanşahlar dövlətində nizami qoşunlardan (əsgər, cünd),

növbətçi dəstələrindən əlavə türk və türkmənlərdən təşkil olunan muzdlu dəstələr də var

idi. Şəhərlərin əhalini şəhəri yadelli işğalçılardan müdafiə etməkdə birliyə çağıran

sakinlərindən ibarət hərbi təşkilatı da var idi. Şəhər icması "əl-cəmaət" adlanırdı. 14

Şirvanşahdan sonra dövləti idarə edən ikinci şəxs ən yüksək mənsəbli

əyanlardan olan vəzir idi. Şirvanşahlar sarayında vəzir vəzifəsini üç nəsil ərzində

mənşəcə məşhur Deyləmilər hökmdar sülaləsi qolundan olan və artıq o vaxtlar

Səlcuqilərlə qohumlaşmış Kakulilər ailəsi tutmuşdur. 15 Şirvanın vəziri Bəhaəddin

Məhəmməd ibn əl-Hüseyn əl-Kakuli vəzifəsi irsən keçən vəzirlərin oğlu və nəvəsi idi. 16

Bakı yaxınlığındakı Mərdəkan kəndindəki dairəvi qalanın h.600 (1204)-cü ilə aid daş

89

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!