24.11.2014 Views

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Məktubun sonunda birinci məktubda olduğu kimi eyni şəxslərin rnöhür-imzası

var idi. I Pyotrun

manifestinə belə cavabın səbəbi şübhəsiz, Səfəvilərdən kömək alınması (Bu vaxt Səfəvi

qarnizonu Bakıda dayanmışdı), habelə, Surxay xan və Hacı Davudun qoşunları ilə

mübarizədə qazanılan uğurlar, eləcə də, Səfəvilərin daxili siyasi durumunun

yaxşılaşması idi. Bunu şah II Təhmasibin Bakı əyanlarının şaha müraciətinə cavab

olaraq h. 1135-ci ilin zilqədə əl-həram ayında (1723-cü ilin avqust ayı) verdiyi fərman

da təsdiq edir. Fərmanın məzmunu belədir:

"Dünya itaət etməli hökm verildi o haqda ki, mübarək Badkuyə qalasının

yüzbaşıları, qaraulları, kətxudaları, ərbab və əhalisi bütün sahələrdə şahlıq lütfkarlığı

və himayəsinə layiq görülərək bilsinlər ki, həmin vaxtlarda onların yardım və azuqə

göndərilməsi xahişinə, habelə sair vəziyyətə dair dünya pənahlı dərgaha göndərdikləri

ərzə (şahın) günəş təsirli nəzərinə çatdı. Onların ərz etdikləri vəziyyət dünyaya zinət

verən fikir sahibinə məlum oldu. Ərzə çatmazdan əvvəl qeyd olunan qala üçün lazımi

tədarük buyurub göstəriş vermişik ki, yüksək vəzifəli Astara hakimi və naib Ərdəbil

hakimi tezliklə oraya azuqə, qurğuşun və barıt göndərsinlər. İndi isə yenə də itaət

olunmalı fərmanlar mövcibincə göstəriş buyurduq ki, Salyan hakimi qaytaqlı

qulamların yüzbaşısı olan uca və yüksək rütbəli Həsən bəy tezliklə öz qoşunu ilə

birlikdə onların köməyinə gəlsin. Yüksək Allahın istədiyi təqdirdə onlar tezliklə

(Bakıya) varid olacaqlar. Cah və cəlal bayraqları da müvəffəqiyyət və irəliləyişlə

Ərdəbilə doğru yönəlmişdir. Yüksək Allahın istədiyi təqdirdə Ərdəbilə varid

olduğumuzdan sonra yenə də lazımi tədarük buyurarıq. Onlar tam ümid bağlamalı və

qeyd olunan mübarək qalanın saxlanılması və qorunması üçün, düşmənin dəf olunması

üçün lazımi səy göstərməli, öz xoş xidmətlərini daha artıq zahirə çıxarmalı və padşahlıq

mərhəmətlərinə layiq olmalıdırlar.

Yazıldı: 1135-ci ilin zilqədətül-həram ayında

avqust 1723-cü il". 42

Gətirilmiş sənəd bakılıların I Pyotra birinci və ikinci məktubları arasındakı ziddiyyət

məsələsini tamamilə həll edir və bu barədə ədəbiyyatda meydana çıxan müxtəlif

yozmalara son qoyur. 43 Həmin sənəd, həmçinin I Pyotra yazan və kömək üçün şaha

müraciət edən şəxslərin tərkibi məsələsini açıqlayır. İmperatora yazılan birinci

məktubun altındakı möhür-imzalar ona yazılan ikinci məktubdakı imzalarla tam

eyniyyət təşkil edir. Məktubların müəllifləri Bakı əyanları: sultan, qalanı mühafizə edən

qarnizon başçıları - yüzbaşılar, qaraullar kəndxudalar, iri mülkədarlar - ərbablar idi.

I Pyotrun yaxşı silahlanmış 100 minlik ordusuna müqavimət göstərməyin

mənasızlığın ı görən və Bakı qalasını dağıntıdan qoru maq istəyən, kifayət qədər qoşunu

və silahı olmayan Bakı əyanları, başda sultan olmaqla, imperatora birinci məktubda

itaət və tabelik izhar etmişdilər. Bakı əyanları, eyni zamanda, şaha məktub göndərərək,

vəziyyəti təsvir etmiş və çar ordusu ilə müharibə üçün qoşun və silahla kömək

göstərilməsini xahiş etmişdilər. Göstərilən fərmandan həm də aydın olur ki, bakılılara

151

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!