24.11.2014 Views

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

qoşun yeritdi. Səfəvi qoşunları Bakını mühasirəyə aldı. Lakin qalanın Os manlıların

qoyduğu Əhməd bəyin rəhbərliyi ilə inadla müdafiə olunması, Dərbənddən dəniz yolu

ilə kömək - bant və silah alın ması mühasirədəkilərin Bakını qoruyub saxlamasına

kömək etdi. Os manlı mənbələrinin verdiyi məlumata görə qalanın mühasirəsi 40 gün

çəkdi (İsgəndər Münşiyə görə mühasirə 18 gün davam etmişdir). Qızılbaş əmirləri

Bakıya yaxınlaşaraq qalanı mühasirəyə almağa başlayanda Müseyib xan Təkəli, Şahrux

xan Zülqədər və Pirməhəmməd Ustaclı arasında ixtilaf meydana çıxdı; onların hər biri

müstəqil hərəkət etmək istəyir, başqasına tabe olmaqdan boyun qaçırırdı. Səfəvi

qoşunlarının düşərgəsində aclıq başladı və onlar məqsədlərinə çatmadan mühasirəni

götürməyə və geri çəkilməyə məcbur oldular. Tezliklə qızılbaşlar Os man paşa

tərəfindən məğlubiyyətə uğradılar və üstünlük yenidən türklərin əlinə keçdi.

1585-1588-ci illər arasındakı dövrdə türklər A zərbaycanın müharibə, qıtlıq və

əmirlərlə şah arasındakı daxili çəkiş mə nəticəsində dağılmış şimal və cənub

vilayətlərini işğal etdilər. 20

Şirvan yenidən türklərin hakimiyyəti altına düşdü. Bakının qala divarlarını

uçurmuş qızılbaş qoşunlarının getməsindən istifadə edən Os man paşa Bakı qalasını

bərpa etdirdi və möhkəmləndirdi. Şəhəri tərk etmiş əhali onun sərəncamı ilə yenidən

Bakıya qayıtdı. Asəfinin məlumatına görə "Badkuyə" qalası əhalinin və şəhərə

qayıdarkən öz evlərini də təmir və bərpa edən rəiyyətdən yığılan verginin hesabına 4-5

ay ərzində dirçəldidi. 21

1587-ci ildə ölkənin böyük hissəsi Os manlılar tərəfindən tutulduğu bir vaxtda

şanılı və ustaclılar tayfalarının əmirləri Qəzvində Məhəmməd Xudabəndənin kiçik

oğlu, on altı yaşlı I Abbası (1587-1629) şah elan etdilər. Bu vaxt ölkəni şərqdən

özbəklər, İranın daxilində isə qiyamçı qızılbaş tayfaları təhdid etməyə başladı. Bu, şah

Abbası Osmanlılarla mübarizədən əl çəkməyə məcbur etdi. 22

1590-cı il, mayın 21 -də şah Abbas türklərlə ağır sülh müqaviləsi bağlamalı

oldu. Həmin müqaviləyə əsasən, Talış diyarı və Ərdəbil mahalı istisna olmaqla,

Azərbaycanın şimal və cənub vilayətləri, Kürdüstanın bir hissəsi, Şərqi Gürcüstan və

şimali Ermənistan türklərə verildi. Abşeronla birlikdə Bakı əvvəlki kimi, türklərin

hakimiyyəti altında qalırdı. Türklər ibadətdə rəsmi olaraq sünniliyi tətbiq və şiələri

təqib etməyə başladılar. Onlar A zərbaycan əhalisinin üzərinə ağır vergilər qoydular.

Ölkədə, o cümlədən Şirvanda bir sıra antifeodal üsyanların baş verməsi ilə

əlaqədar olaraq öz ümidlərində aldanılan və Osmanlıların mərkəzləşdirmə siyasətindən

narazı olan A zərbaycan feodal zadəganları kömək üçün şah Abbasa müraciət etdilər. 23

Bununla bir vaxtda Moskva dövlətinin şərqdə müstəmləkəçilik cəhdləri başladı.

XVI əsrin ortalarında Volqaboyunu ələ keçirən Rusiya Cənubi Qafqazın hərbi feodal

işğalına, eləcə də Volqa-Xəzər yolunun möhkəmləndirilməsinə çalışırdı. Moskva

dövlətinin şərq, o cümlədən Azərbaycana qarşı müstəmləkəçilik niyyətləri ilə əlaqədar

həmin ölkələrin öyrənilməsinə maraq yaranır. XVI əsrdə Moskva dəftərxanasının rəs mi

coğrafi sənədi Moskva dövlətinin dövrümüzədək gəlib çatmamış rəs mi xəritəsinin

(çertyojunun) şərhi olan "Böyük çertyoja dair kitab" idi. Həmin kitabda müxtəlif

ölkələr, o cümlədən Azərbaycan haqqında məlumat verilirdi. Kitabın 59-cu səhifəsində

141

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!