24.11.2014 Views

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

qəbul salonu və ya dövlət şurası 120 binası, yaxud da türbə 121 olduğuna dair fərziyyələr

var. Divanxananın memarlıq quruluşu və planı orijinal olub, nəinki Azərbaycanın, eləcə

də digər Şərq ölkələrinin heç bir abidəsinə bənzəri yoxdur. Onun yarımgünbəzli

stalaktit baştağı Qahirədəki Sultan Həsən və Sultan Müəyyid məscidlərinin baştağını

xatırladır. Orta əsrlər A zərbaycan memarlığının bu görkəmli abidəsinin funksional

təyinatının açıqlanmasında mənbələrin mühüm əhəmiyyəti vardır. Bu maraqlı abidə

haqqında heç bir əsərdə məlumata rast gəlmirik. Lakin mənbələrin dolayısı ilə verdiyi

məlumatlar bəzi ehtimallar yürütməyə imkan verir. Həsən Rumlunun məlumatına görə,

Şah İsmayıl Bakını alarkən "qazılar Mirzə Xəlilüllahın cənazəsinin qalıqlarını çıxarıb

yandırmış və onun türbəsinin günbəzi altından çoxlu qızıl tapmışlar". 122 Başqa bir

versiyada deyilir ki, bu zaman Şirvan hakimlərinin türbəsi yerlə-yeksan edilmişdir. 123

Digər bir mənbəyə görə, "Xadim bəy Xüləfa İs mayılın əmri ilə Şirvanşahların

xəzinəsini zəngin qızıl ehtiyatı, daş-qaş, nağd pul, müxəlləfat və digər qiymətli şeylərlə

birlikdə çıxarıb aparmışdır..." 124

Gətirilən məlumatlardan belə nəticə çıxarıla bilər ki, sarayın ərazisində I

Xəlilüllahın dəfn edildiyi türbə mövcud olmuş, qızılbaşlar türbənin günbəzində çoxlu

qızıl və qiymətli şeylər tapmış, Şirvanşahların zəngin xəzinəsi saray binasında

saxlanılmışdır. Başqa bir xəbərə görə, həmin hadisələr zamanı Şirvanşahların türbəsi

dağıdılaraq yerlə-yeksan edilmişdir. Türbədə arxeoloji işlər aparılarkən şirvanşahın ailə

üzvlərinin sərdabələrinə toxunulmadığı müəyyənləşdirildiyindən və heç bir yerdə

şirvanşahın basdırıla biləcəyi boş qəbir olmadığından ancaq belə bir fərziyyə qalır ki, I

Xəlilüllahın dəfn edildiyi başqa bir türbə də mövcud olmuşdur. Həmin türbə bu

məsələni aydınlaşdıra biləcək kitabəsi olmayan, Divanxana ola bilərdi. Digər tərəfdən,

xəzinənin sarayda olmasına dair məlumat divanxana binasından Divan, yəni, maliyyə

idarəsi, şahın xəzinəsi kimi istifadə oluna biləcəyini istisna etmir. Xalqın yaddaşında

qalmış, eləcə də, abidənin adında möhkəm təsbit olunmuş Divanxana sözü də buna işarə

edir.

Məlum olduğu kimi Divanxana sözü " mühakimə yeri" mənasında daha sonralar

işlədilməyə başlamışdır. XIV-XV əsrlərdə isə " mühakimə yeri" 125 termininə ərəb sözü

"Dar əl-qəza" 126 müvafiq gəlirdi. Hakimə "qazı", 127 mühakiməyə isə "qəza" deyilirdi.

XIII-XIV əsrlərdə maliyyə idarəsinin naziri (müdiri) "sahib divan" idi. Divanxana

köşkü Şirvanşahların yanında sahib-divanın, onun məmurlarının xidmət yeri və

xəzinənin özünün saxladığı yer ola bilərdi. Dəhlizin şərq hissəsində bir-birinin içinə

açılan iki balaca otaq, görünür, xidmət yeri olmuşdur. Belə otaqlar məsciddə və

şirvanşahların türbəsində də var. Səkkizguşəli salona daxil olan kame ranı örtən

günbəzdəki müəmmalı deşik görünür, sonralar, ehtimal ki, 1501-ci il hadisələri,

qızılbaşların şəhəri alıb xəzinəni axtararkən sarayı uçurub dağıtdıqlan zaman

açılmışdır. Şirvanşahların xəzinəsinin sarayın baş binasında, səkkizguşəli salonun

altındakı planda dəyirmi zirzəmidə yerləşməsinə dair də versiya mövcuddur. 128

Lakin türbə versiyası daha çox ehtimal edilir.

Maraqlıdır ki, dövrümüzədək gəlib çatmış xalq rəvayətlərində bütün

"Divanxana" ərazisi, xüsusilə "süd quyusu" adlandırılan quyulu kamera pir sayılmış,

117

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!