24.11.2014 Views

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

açarını gümüş məcməidə ona təqdim etdi. 37

1722-ci il avqustun 22-də Pyotr Dərbəndə daxil olmaq ərəfəsində Bakıdan

Azərbaycan və fars dillərində eyni məzmunda 13 möhür-imzalı məktublar aldı.

Məktublar çarın 1722-ci il iyunun 15-də Bakıya göndərdiyi manifestə cavab idi.

Məktub aşağıdakı məzmunda idi: Adil hökmdarın və qardaşlıq naminə və onunla

islamın padşahı və müsəlmanlar arasındakı köhnə vədləşməyə görə əzəmətinin

cilovunu şah əlahəzrətlərinə asi çıxmış qiyamçıları cəzalandırmaq üçün Şirvan

vilayətinə yolladığını, onlara göndərilmiş manifestlərdən öyrənmişlər və onlar

Əlahəzrətə xidmət etmək və itaət göstərmək istəyirlər. Habelə, artıq iki ildən bəri

Əlahəzrət şahın düşmənlərindən müdafiə olunduqlarını, həmin cinayətkarların dərhal

layiqincə cəzalandırılmasını, onların - şəhər sakinlərinin isə Əlahəzrət tərəfindən

mühafizə edilməsini arzuladıqlarını bildirirlər.

Məktubun sonunda Məhəmmədqulu xanın və 12 başqa şəxsin 38 möhür-imzası

dururdu. Bizim oxuduğumuz imzalar aşağıdakılardır. Məhəmmədqulu, Molla Qulu,

Novruzəli, Məhəmmədsəlim, Aslan, Fəzləli, Məhəmmmədbəkir, Heybətəli, Mustafa,

Əsxər, Gülməhəmməd, Dərgahqulu, Heybət. Həmin adlar onların sahiblərinin şiə və

göründüyü kimi, yerli əsilzadələrdən olduqlarını göstərir. Ehtimal ki, Dərgahqulu

yüzbaşı, Məhəmmədsəlim naib olmuşdur. Məhəmmədqulu imzası isə, görünür, Bakı

sultanına məxsusdur, belə ki, I Pyotr sonrakı manifestində "Mühəmmətquluya və

Bakının bütün əhalisinə" xitab edir.

Məktub çar qoşunlarının od və qılıncla Dərbəndə doğru irəlilədikləri və bir neçə

gün ərzində bütün ətraf kəndləri və yerləri tutduqları bir vaxtda yazılmışdı.

Bakı əyanları kifayət qədər qoşun, silah və azuqə ehtiyatının olmadığını görərək,

itaət göstərməyi və şəhəri dağıntıdan qorumağı qərara aldılar. Məktubun diplomatik

tonu göstərir ki, Bakı əhalisi imperatoru şahın müttəfiqi kimi köməyə və öz

hökmdarlarına asi çıxan qiyamçıları cəzalandırmağa gələn dostu hesab edirlər.

Dərbəndə daxil olduqdan sonra Bakı hakimlərinin rus işğalına münasibətini

aydınlaşdıran I Pyotr donanma leytenantı Lunini fars dilindəki ikinci manifestini elan

etmək üçün Bakıya göndərdi. Manifestdə deyilirdi:

Biz Allahın mərhəməti ilə Rusiya imperatoru və hök mdarı

və s. və s. və s. I Pyotrdan Mühəmmətquluya və Bakı Ģəhərinin bütün

əhalisinə

"Biz İmperator Əlahəzrətlərinə göndərdiyiniz məktubdan ayan oldu ki,

göndərdiyimiz məktubları almısınız və bizə sədaqətlə xidmət göstərmək istəyirsiniz. Biz

bunları iltifatla qəbul edirik və Sizi Biz İmperator Əlahəzrətlərinin lütfünə əmin edirik.

Ona görə də, yalnız və yalnız qiyamçılar tərəfindən sıxışdırılan və talan olunan

əhalinizi müdafıə etmək, həyatınızın əmin-amanlığını və rifahını təmin etmək və bundan

sonra nadinc xalqlar tərəfindən təhlükəni aradan qaldırmaq məqsədilə ordumuzla bu

149

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!