24.11.2014 Views

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

ir-birini əvəz edir. Əvvəlcə mahnı-rəqs səciyyəli "Dəraməd" gəlir, sonra onu

instrumental müqəddimə - "Bərdaşt" əvəz edir. Onun ardınca improvizasiya şöbəsi -

"Mayə", onun dalınca növbələşən instrumental improvizasiya şöbələri, "Təsnif” -

mahnı, sonra "Rəng" -instrumental melodiya gəlir. 223 Azərbaycan musiqisi üçün rəqs

başlanğıcı mühümdür. Muğamın əsasında səs sırası, kök - məqam durur.

On iki əsas muğam və on iki əsas məqam məlumdur. XIV-XV əsrlər görkəmli

Azərbaycan musiqişünas alimi Əbdülqadir Marağinin risaləsindən aydın olur ki,

"muğam" termini altında nəzəriyyədə səs sırası kimi təsbit olunmuş və ehtimal ki,

praktikada musiqi əsərinin başlıca musiqi düsturunun üzərində qurulduğu on iki əsas

məqamdan biri nəzərdə tutulur. 224

Beləliklə, muğamın əsasını müəyyən məqam təşkil edir. Muğam - şifahi ənənəli

improvizasiya sənəti və iri vokal-instrumental musiqi formasıdır.

"Muğam üçün intonasiya təfərrüatı səciyyəvidir. Bu, muğam əsərlərinin

irihəcmliliyinə səbəb olmuşdur. Keçmişdə bir muğam dəstgahının ifası bir neçə saat

çəkirdi. Muğam çoxhissəli əsərdir. Azərbaycan muğamlarında seyirçi başlanğıcın geniş

yayıldığı müşahidə edilir. Muğamın başlıca obrazlı məzmunu fikir düşüncədir.

Seyirçilik improvizasiya üslubuna təkan vermişdir. Muğamın başlıca intonasiya

funksiyası məqamın ifadə imkanlarının tam açılmasıdır. Burada öz şəxsində yaradıcı və

ifaçını birləşdirən peşəkar musiqiçinin fərdi təxəyyül, istedad və sənətkarlığı tam

mənası ilə təzahür edir. Eyni muğamın şöbələrinin sayı müxtəlif ifalarda müxtəlif ola

bilər. Lakin muğamın əsas struktur prinsipi məqamın tədricən melodik şaxələnməsidir.

Muğamlar sayca çox deyil. Əsrlər boyu eyni muğamlar mövcud olmuş, əsas

muğamlardan törəmə muğamlar yaranmışdır. Orta əsrlərdə olduğu kimi, indi də

muğamları xüsusi təhsil almış peşəkar müğənnilər ifa edirlər". 225 Muğam müəyyən

dövrlərin - orta əsrlərin, bəlkə də qədim keçmişlərin qiymətli abidəsidir. Azərbaycan

muğamlarından Bayatı-Kürd, Bayatı-Şiraz, Heydəri, Şahnaz, Çahargah, Novruz ərəbi,

Nəva, Çoban-bayatı, Şüştər, Azərbaycan, Şur, Rast və b. daha məşhurdur.

Əbdülqadir Marağinin risaləsində deyilir ki, "türklər başqa muğamlar yaratsalar

da, Üşşaq, Nəva və Busəliyi daha üstün tuturlar". 226

Şərəfxan Bidlisi (XVI əsr) "Şərəfnamə" əsərində h.913 (1507/8)-cü ildə

Kürdüstanın istilası zamanı Şah İs mayıl Səfəvinin qoşunları Əhlət yaxınlığında düşərgə

salarkən, Bidlis hakimi Əmir Şərəfin şaha verdiyi ziyafət təsvir edilir. " Gümüşayaqlı,

büllurçiyinli, ayüzlü saqilər, zərbafta paltarlı, süzgünyerişli cariyələr, əbədi çeşmə suyu

kimi saf şərab piyalələrini əllərində vüqarla gəzdirib şadlığa, nəşəyə" çağırırdılar.

Xoşavazlı xanəndələr və xoşsədalı musiqiçilər zildən və bəmdən Üşşaq melodiyasını

oxumağa başladılar, çəngin və rübabın iniltisi böyük və kiçiyin ağlını, idrakını başından

aparırdı. Şeir:

Hər tərəfdən əllərində al-əlvan badələr,

Qönçəyə bənzər sərməst saqilər zühur etdi.

Zərxara geyinmiş bu gözəllər günəşə bənzəyirdilər,

Onlar ürəyi təlatümə gətirir, ağlı çaşdırırdılar.

136

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!