24.11.2014 Views

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

göstərir. 1935-ci ildə Y.N.Qummel Xanlardan cənub-qərbdə, Gəncəçay hövzəsindəki

7№-li kurqanda qazıntı aparmışdır. Altı qədim qəbirdən təkcə III məqbərə 29 qarətçilər

tərəfindən talan edilməmişdi. Nisbətən iri olan qəbir çalasında ağ gildən düzəldilmiş 10

sm qalınlığında xüsusi döşənəkdə uzadılmış 2 adam və 1 tısbağa dəfn edilmişdi; tısbağa

qəbirin qərb küncündə arxası üstə idi. 30 Görünür, tısbağa müqəddəs heyvan sayılmış və

onu öldürmək qadağan olunmuşdur. Bu günə qədər də tısbağanı öldürmürlər, bu, günah

hesab edilir. Azərbaycandakı qədim qəbirlərdə, katakombalarda, kurqan qəbirlərində

məza rın küncündə tısbağa qınına rast gəlinir. Ehtimal ki, Strabonun I əsrin hüdudunda

qeyd etdiyi 26 yerli A lbaniya tayfası arasında qədim türk tayfaları da olmuşdur. Bunu

göstərilən arxeoloji məlumatlar da təsdiq edir.

1963-cü il mart ayında Binəqədi kəndindəki neft quyularından birində cavan

qadın skeletinin qalıqları və zəngin avadanlığı olan qədim qəbir aşkar olunmuşdur.

Skeletin barmağında tunc üzük, döş qəfəsində tunc sancaq, qolunda muncuqla

bəzədilmiş bilərzik tapılmışdır. Qəbirdə 200-dən çox müxtəlif ölçülü muncuq var idi.

Burada cilalanmış qara gil qab qırıqları və kobud əl işi olan kasalar da aşkar edilmişdir.

Göstərilən qəbir Tunc dövrünün sonuna aid edilir. 31

1941-ci ilin avqustunda Abşeron yarımadasını Pirallahı adası ilə birləşdirən

dambanın tikilməsi ilə əlaqədar torpaq işləri görülərkən bir sıra arxeoloji obyektlər

aşkara çıxmışdır. Həmin obyektlər dənizin sahilində, yerli əhalinin " Gürgan" , yaxud

"Əfşaran" adlandırdığı qədim yaşayış yerinin xarabalıqları ilə Abşeron mayakı

arasındadır. Orada, Abşeron mayakının yaxınlığında çoxlu daş qutu tipli qəbirlər olan

məzarlıq aşkar edilmişdir. Qəbirlərdən boz və qırmızı gil qablar, muncuqlar, çoxlu qab

qırıqları, yuxarıda bəhs etdiyimiz üzərində kontur xətlərlə qayakeçisi rəsmləri qazılmış

daş lövhə, "skif (iskit) tipli" tunc ox ucluğu, dəvəgözü daşı parçası, çürümüş lülə

sümüyü qalıqları tapılmışdır. Boz gildən hazırlanıb yaxşı bişirilmiş küpələrdən biri

formaca e.ə. III minillik-I minilliyin birinci yarısına aid edilən Xocalı-Gədəbəy

arxeoloji mədəniyyəti abidələri arasında rast gəlinən qablara oxşayır. 32

İ.M.Cəfərzadənin fikrincə, göstərilən arxeoloji materiallarda e.ə. VII-VI əsrlərə aid

əşyalar üstünlük təşkil edir. Bütün bu materiallar (qəbirlər və s.) Abşeronda eramızdan

bir neçə min il əvvəl Qobustandan başlayaraq Xəzər dənizinin sahilləri boyunca şimala

tərəf uzanıb gedən qədim yaşayış yerlərinin olduğunu şəksiz sübut edir. Abşeronun

qədim əhalisi haqqında digər tapıntılar da vardır. Əmircan kəndində həyətdə yer

qazılarkən tapılmış terrakotadan hazırlanmış sınmış heykəlciyin bir hissəsi (hündürlüyü

4,5 s m, eni 2,5 s m) xüsusi ma raq doğurur. Heykəlcik başı başlığa bənzər bir şeylə

örtülmüş kişi büstünün təsvirindən ibarətdir. Çiyinin yaxınlığında əlləri və kürəyi, sanki

iki dəfə qalın kəndirlə sarınmışdır. Almacıq sümükləri çıxmış yaşlı kişinin uzun

saqqallı və bığlı, geniş alınlı, yoğun burunlu, qalın dodaqlı, qaşüstü qövsləri aydın

Gürgan - Girkaniya adını xatırladır: "Girkan dənizi" və Abşeron yarımadasının digər

toponimika faktlarını müqayisə edin.

19

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!