24.11.2014 Views

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

kitabəsi olan belə mədrəsələrdən biri Cümə məscidinin yaxınlığındadır.

Bakı və Abşeronun memarlıq abidələri göstərir ki, burada XI-XV əsrlərə aid bir

sıra gözəl imarətlər yaradan təcrübəli memar-bənnalar olmuşdur. Daş kitabələr XIII

əsrdə Mərdəkandakı dairəvi qalanın memarı Əbdülməcid ibn Məsud, XIII əsrdə Bakı

buxtasındakı istehkamı tikmiş ustad Zeynəddin ibn Əburəşid Şirvani, XIV əsrə aid

məscidi tikmiş ustad Mahmud ibn Məsud, XIII əsrin sonu-XIV əsrin əvvəllərində

yaşamış, Nardaran qalasını, Şıx kəndində məscid və minarə, İçərişəhərdə Molla Əhməd

məscidini inşa etmiş Mahmud ibn Səd, Molla Nəsrullah məscidindəki kitabəni işləmiş

XIV əsr həkkak-xəttatı Məhəmməd əl-Arif, XIV əsrdə yaşamış, Balaxanıdakı

imarətin bənnası ustad Arif ibn Musa Cəbəl, XIV əsrdə Nardaran kəndində hamam

tikmiş memar Güştəsf ibn Musa, XV əsrdə Bakıda Şirvanşahların türbəsini

tikmiş memar Məhəmməd Əli və b. istedadlı ustaların adlarını qoruyub saxlamışdır.

Kitabələrdə memarların adlarının haralı olduqlarını bildirən nisbilərlə çəkilməsi baş

memarın - ustadın başçılıq etdiyi bədii memarlıq və sənətkarlıq məktəblərinin mövcud

olduğunu göstərir.

Seyid Yəhya Bakuvi türbəsinin daxili bəzəyi Bakıda boyakar rəssamların

yaşadığını göstərir. Abidələrdə adları qalmış sənətkarlar burada bir çox istedadlı daş

üzərində oyma ustalarının, heykəltəraşların olmasından xəbər verir. Bakı yaxınlığında o

dövrdə heykəltəraşlığın inkişafını göstərən XIII əsrə aid abidə vardır. Bakı buxtasında,

"Bayıl daşları" deyilən qala tipli qədim imarət yerində üzərində ərəb hürufatı ilə

kitabələr həkk olunmuş 600-dən çox daş aşkar edilmişdir. Qabarıq şəkildə işlənmiş bu

kitabələr həmin abidənin divarlarının yuxarı hissəsini əhatə edən haşiyədə

yerləşdirilmişdi. Daşların kitabə olmayan bütün boş yerləri dəvə, at, öküz, inək,

canavar, it, bəbir və s. quş və heyvanların qabarıq təsvirləri ilə doldurulmuşdur. Onların

bəziləri böyük ustalıqla, realist səpkidə işlənmiş, bu və ya digər heyvana məxsus

səciyyəvi hərəkətləri əks etdirir. 211 Bu qabartmalar içərisində gül, insan başlı, heyvan

bədənli varlıq, tac qoyulmuş insan başı və s. təsvirlərinə də təsadüf edilir. Şimal-qərb

darvazasının yaxınlığında tapılmış və ehtimal ki, onun üstündə yerləşdirilmiş təbii

ölçülü iki at barelyefinin hissələri diqqəti cəlb edir. 212 Barelyefdəki rəs m o dövrün

incəsənətini səciyyələndirən yüksək sənətkarlıq nümunəsidir. Daşların birində, ehtimal

ki, bütün gbstərilən təsvirlərin yaradıcısı olan Nəqqaş Rəşidin adı qalmışdır.

Şirvanşahlar sarayı ərazisindəki quyuların birindən, XII əsrə aid təbəqədə, üç

metr yarım dərinlikdə üzərində tökmə atlı, ata hücum edən vəhşi heyvan, iki öküz başı,

iri pişikkimilər fəsiləsindən olan on dörd vəhşi heyvan başı, iki qabartma insan sifəti,

heykəl təsvirləri və s. detallar olan bürünc çıraq tapılmışdır. Çırağın uzunluğu 18 s m,

hündürlüyü təqribən 8,5 sm-dir. O, əridilmiş mumun köməyi ilə düzəldilmişdir. Onun

tökülməsi üçün iki hissədən ibarət qəlib hazırlanmışdır. 213

Abşeronda mühafizə olunmuş maddi mədəniyyət və incəsənət abidələri

içərisində böyük maraq doğuran daş qoyun və at heykəlləri, habelə məişət, ov səhnələri

və s. barelyef təsvirli daş lövhələr də vardır.

Abşeronun Zığ kəndindəki müsəlman qəbiristanlığında qoyun və atların heykəl

təsvirləri şəklində və adətən, üzərində ərəb hürufatı ilə kitabələr həkk olunmuş

133

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!