24.11.2014 Views

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Bakıya aid sənədlərdə hədiyyə torpaqlarının başqa bir növü - tiyul haqqında da

məlumatlar var. Şahlar tiyulu, adətən, xidmətlərinə görə şəhərin hərbi əyanlarına

verirdilər. Tiyul irsən keçə bilməzdi. Tiyuldarın tiyul torpaqlarının gəlirinin hamısını,

yaxud da onların bəzilərini yığmağa ixtiyarı var idi. Çox vaxt maliyyə məmurları

bağışlanmış tiyul məbləğini yığıb tiyul sahibinə verirdilər. Beləliklə, tiyul torpaq

üzərində sahiblik yox, rentanın - müəyyən yerdən yığılan verginin (ərzaqla, pul və işlə)

bir hissəsini əldə etmək hüququ verirdi. 31

Bundan əlavə, Bakıda yaşayan feodalların, ehtimal ki, mülk hüququ ilə

Abşeronda bağları və üzümlükləri, şəhərdə karvansaraları, sənətkarlıq emalatxanaları,

evləri var idi. "Mülk" istilahı altında torpaq, yaxud satıla, alına və vərəsəlik kimi keçə

bilən və dövlət qulluğu göstərmək öhdəçiliyi ilə bağlı olmayan digər daşınmaz əmlak

üzərində şərtsiz feodal sahibliyi nəzərdə tutulurdu. 32 Şəhər feodalları iri karvan və dəniz

ticarəti ilə sıx bağlı idilər. 33

Xan, yaxud sultan tituluna malik Bakı hakimləri təkcə ticarətdən deyil, əhalidən

yığılan vergi hesabına da böyük gəlir əldə edirdilər: "Təzkirət əl-müluk"un verdiyi

məlumata görə, XVIII əsrin birinci çərəyində Bakı hakiminin gəliri 5 000 000 dinar, 34

yaxud 500 tümən olmuşdu. Bakı xanının sarayında yüzlərlə nökər var idi. 35 Bakı

xanının saray nökərləri arasında gözəlliyi ilə məşhur olan gürcü 36 qulları da var idi.

Səfəvi şahlarının bəzi fərmanları, Streys, Kempfer və digər Avropa səyyahlarının

şahidliyi ev quldarlığının mövcud olduğunu göstərir. 37 XIII-XIV əsrlərdə

Azərbaycanda feodal cəmiyyəti daxilində mövcud olan quldarlıq ukladı sonrakı

əsrlərdə aradan çıxsa da, qul ticarəti davam edirdi. 38

Şəhər əyanları ən mühüm inzibati vəzifələri tuturdular. Şəhərdə ən mühüm

vəzifəli şəxslərdən biri bilavasitə şahın yerli zadəganların, yaxud şəhər tacirlərinin

nümayəndələri arasından təyin etdiyi şəhər rəisi - kələntər idi. Kələntər bazarlara,

ticarətdən və sənətkarlıqdan vergilərin toplanmasına nəzarət edirdi. O, həmçinin, yerli

hakimin davranışını nəzarətdə saxlayır və bu barədə şaha xəbərçilik edirdi. 39 Şəhərdə

digər mühüm şəxslər yerli xanın təyin etdiyi inzibati-polis funksiyalarına malik məmur

olan daruğa 40 (darğa) və əhalidən vergi yığan bir sıra başqa Divan məmurları idi. Şəhər

məhəllələrinin başında "məhəllə kəndxudaları" 41 dururdu. Şəhərdə qonaqların qəbulu

ilə məşğul olan məmurlar - mehmandarlar da var idi. 42

Övliya Çələbinin məlumatına görə Bakı şəhəri əhalisinin əksəriyyəti sünni idi. 43

Lakin bu məlumat bir qədər tendensiyalıdır. Həmin dövrdə Səfəvi şahlarının apardığı

şiəliyi zorla qəbul etdirmək siyasəti sayəsində şiəlik Şirvan və Bakıda, eləcə də,

Azərbaycanın cənub-şərqində geniş yayılmışdı. Bundan əlavə, indiki Bibiheybət neft

rayonunda şiə müsəlmanların sitayiş etdiyi ibadətgah - yeddinci şiə imamı Musa

Kazımın qızı Hökumə xanımın məzarı (məqbərəsi) var idi. Şiələr bura ziyarətə

gəlirdilər. Beləliklə, Bakı XVII əsrdə şiəliyin bərqərar olduğu Azərbaycan

şəhərlərindən biri idi.

Bakıda sədr tərəfindən idarə olunan böyük vəqf mülklərinə sahib olan ali rütbəli

ruhanilər və seyidlər əhəmiyyətli rol oynayırdılar. 44 Soyurqal hüququna malik

vəqflərdən biri yuxarıda bəhs edilən Bibiheybət məzarının (məqbərəsinin) vəqfi idi.

188

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!