24.11.2014 Views

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

anqob və manqanla işlənmiş, monoxrom və polixrom naxışlı şirli qablarla yanaşı,

qırmızı və boz-sarı gildən külli miqdarda adi məişət qablarının qırıqları Bakıda həmin

qabları hazırlayan çoxlu sənətkarların yaşadığını göstərir. Tünd göy rəngli açıq şəffaf

şirlə örtülmüş halqavarı altlıqlı, üzərində ərəb əlifbası ilə sahibinə xoşbəxtlik arzusu

bildirilən kitabə olan cam və piyalələrin tapılmasına Bakı qazıntılarında digər şəhərlərlə

- Beyləqan, Şamaxı, Bərdə ilə müqayisədə az-az təsadüf olunur. Ola bilər ki, onlardan

bəziləri Bakıda da istehsal edilmişdir. Təkində şəffaf şirin altında kobaltla göy rəngli

nəbati naxışlar və quş rəsmləri çəkilmiş saxsı camlar isə Bakının Rey, Kaşan, Yəzd,

Sultanabad və s. saxsı keramika istehsalı mərkəzləri ilə ticarət əlaqələri saxladığını

göstərir. Bakıda və digər şəhərlərdə aparılan qazıntılar zamanı tapılan bu qablar

naxışlarının yüksək bədiiliyi və keyfıyyəti ilə seçilir. 64

Bakı təpəsinin şərq ətəklərində şəhərlilərin sıx yerləşmiş yaşayış evləri, sənətkar

emalatxanaları, ticarət dükanları ilə yanaşı, Qız qalası, Karvansara, Hacı Qay ıb

hamamı, sütunlu və çatma tağlı nıəbəd, məscidlər və feodal şəhərinin həyatı ilə bağlı

olan digər diqqətəlayiq memarlıq abidələri də var idi. VIII-XIII əsrlərə aid edilən alt

mədəni təbəqə 5 m dərinlikdə olub, materikə söykənir. Arxeoloji qazıntı zamanı

divarları dördkünc formalı yonulmuş böyük daşlarla cilalanmış, yaxşı qalmış türb ənin

aşağı hissəsi aşkar edilmişdir. Türbənin şimal divarındakı üzlük daşlardan birinin

üzərində beşguşəli ulduz, romb və dairələr şəklində özəkləri olan zərif kvadrat

şəbəkələr həkk olunmuşdur. Belə daş şəbəkələrə Bakı və Azərbaycanın digər

şəhərlərinin məbəd, ictimai və saray abidələrində indiyədək də rast gəlinir. 65

Hal-hazırda daşda və ağacda böyük ustalıqla oyulan 20-dək şəbəkə motivi

mövcuddur və bu ənənə nəsildən-nəslə ötürülür.

Şirvanşahlar sarayının 3 nömrəli sahəsinin qərb hissəsində 4,5 metr dərinlikdə

"qayalar arası" xeyli miqdarda açıq çəhrayı gil qarışıq qumla dolu iri nəhəng daş

parçalarından ibarətdir. Qaya parçaları arasındakı yarğanların birində xeyli kül aşkar

edilmiş qayanı his basmışdır (yanğın izləri). Bu yarğandan tünd-qırmızı gildən

bişirilmiş bardağın boğazı və gövdəsinin bir hissəsi tapılmışdır. Bardağın boğazının

forması Yaloylutəpə məmulatlarını xatırladır. Bu cəhət belə bir fikir doğurur ki, həmin

bardaq göstərilən sahələrdən tapılmış digər materialdan fərqli olaraq, daha erkən dövrə

aid edil-məlidir. 66 Məlumdur ki, Yaloylutəpə mədəniyyəti e.ə. III—I əsrlərə aid edilir.

Beləliklə, bu qab, ehtimal ki, həmin dövrə aiddir.

Şirvanşahlar sarayı ərazisində qazıntı zamanı qaya üzərində müxtəlif divarların

bünövrələri və hissələri aşkar olunmuşdur. Həmin ərazidə aşkar edilmiş tikili və binalar

müxtəlif dövrlərə aiddir. " Görünür, bu yerlər dəfələrlə tikilib abad edilmiş, köhnə

binalar uçub-dağılmış. onun yerində əmələ gəlmiş qalaqların yerində yeniləri

tikilmişdir. Yuxarıda deyilənlər göstərir ki, bu yer sıx t ikilmiş və məskunlaşmışdır.

Tikililərin qalıqlarına görə onların hansı dövrə aid olduqlarını müəyyənləşdirmək

mümkün deyil, lakin həmin tikili-lərlə eyni təbəqədən tapılmış şirli keramika məlumatı

bu yerin artıq VIII əsrdə yaşayış məntəqəsi olduğunu təsdiq etməyə imkan verir". 67

Ehtimal ki, VIII əsr keramikasının qırıqları altında qalan tikili qalıqları daha

erkən dövrə, eramızın əvvəlinə aiddir. Həmin binalar əsrlər boyu tikilib uçulduğundan

55

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!