24.11.2014 Views

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

qeydlər mühüm yer tutur. 63 Soymonovun məlumatına görə, ruslar şəhəri tutduqdan

sonra neft dövlət gəliri üçün xəzinədən satılırdı ki, bu da ildə 20 000 rubl (yaxud 2000

tümən) gəlir gətirirdi. 64

Rusların hakimiyyəti dövründə neftdən götürülən gəlirin aşağı düşməsi çar

inzibati orqanlarının icarə sistemi tətbiq etməsi ilə izah edilirdi. 65 Lakin neft hasilatının

kəskin surətdə aşağı düşməsinin səbəbi təkcə bu deyildi. Gerber, Lerx və digər şahidlər

bu dövrdə işləyən quyuların çox az olduğunu söyləyirlər. Bakının hərbi idarəsi

tərəfindən tərtib edilmiş "Bakı əhalisinin göstərdiyi çöldə və şəhər darvazalarının

həndəvərində olan yararlı və yararsız quyularının və anbarların sayı və onların

aralarındakı məsafəyə dair reyestr"də göstərilir ki, bu zaman Bakının ətrafinda 70

"yararlı quyu", 18 yararsız quyu, 30 "yararlı anbar", 23 yararsız - "adi" və "zədəli" anbar

var idi. Onlar şəhərdən 10-20 verst aralı idi. 66 Quyulardan bir neçəsi Bayıl ətrafında, 67

Bakı qalasının yaxınlığında idi. Lerxin şahidliyinə görə, XVIII əsrin 30-cu ildlərində

Balaxanadakı quyuların sayı iki dəfə azalmışdı. 68

XVIII əsrin əvvəlində bütün ölkənin iqtisadi vəziyyətinin pisləşməsi, Türkiyə və

Rusiya arasında hərbi əməliyyatlarla əlaqədar satış bazarlarının məhdudlaşması ilə

bağlı olaraq Bakının İran, Türkiyə və digər Şərq ölkələri ilə ticarəti müvəqqəti olaraq

aşağı düşdü. Digər tərəfdən, neftin Şərq və Qərb ölkələrinə ixracının kəskin surətdə

azalmasının əsas səbəblərindən biri də XVII əsrdə və XVIII əsrin əvvəlində Səfəvilər

dövlətində və başqa ölkələrdə neftdən hərbi texnikada istifadə olunmasını sıxışdırıb

aradan çıxaran odlu silahın geniş yayılması idi. XVIII əsrin birinci yarısında Abşeronda

neft hasilatının və ondan dolayı Bakıda şəhər həyatının tənəzzülə uğramasını bununla

və qismən siyasi hadisələrlə izah etmək olar.

b) Duz çıxarılması, əhəng (gilabi) istehsalı və i.a.

Bakının təsərrüfat həyatı Abşeronla sıx bağlı idi. Şəhər Bakı ətrafında,

yarımadada hasil edilən zəruri təsərrüfat xammalı və kənd təsərrüfatı məhsulları ilə

təmin olunurdu. Abşeronun, neftdən başqa, ən qiymətli hasilat məhsullarından biri də,

yuxarıda deyildiyi kimi, yarımadanın qərb hissəsindəki Masazır gölündən çıxarılan əla

keyfiyyətli duz idi.

1583-cü ilə aid türk mənbəyinə görə, Abşeronda ağ neft mədəninin yaxınlığında

"hər il üç min anbar tutan" duz yataqları var idi. 69

Duzu gölün dibindən taxta xəkəndazlarla bir yerə yığır, kürəklə çıxarır, sonra

arabalara yükləyib gölün qərb sahilinə gətirir və burada müəyyən ölçülü qalaqlara

bölür, həmin qalaqları toxmaqla döyəcləyib bərkidir və gün altında qurudurdular. Qırx

qalaq olurdu. Fəhlələrin dediyinə görə, yayda 1 kub, qışda isə rürubət çox olduğundan

onun yarısı qədər duz hasil edilirdi. Buradan onu arabalarla, dəvələrlə Bakıya və digər

şəhərlərə aparırdılar. Duz Bakıdan dəniz yolu ilə Həştərxan vasitəsilə Rusiyaya, İrana

165

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!