24.11.2014 Views

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

"Mahmud ibn Sədin əməlidir". 85 H.700 (1301)-cü ildə Nardaran kəndində tikilmiş

qalada da eyni məzmunda kitabə vardır. Həmin memarın adı eyni tarixlə İçərişəhərdəki

Molla Əhməd məscidinin kitabəsində də çəkilir.

Beləliklə, Bibiheybət məscidinin tikilmə tarixini təqribən müəy-yənləşdirib,

XIII əsrin sonlarına aid etmək mümkündür.

Köhnə Bibiheytəb məscidindəki A.Bakıxanov, 86 İ.Berezin, 87 B.Dorn 88 və

N.Xanıkovun 89 xatırladıqları başqa bir kitabə də həmin vaxta aid edilir.

Y.A.Paxomov İ.Berezinin dərc etdirdiyi bu kitabəni düzəlişlə belə oxuyur.

"Əzəmətli məlik, böyük sultan, dövlətin və dinin qoruyucusu, möminlər əmirinin

yardımçısı, allah onun hakimiyyətini və səltənətini uzun eləsin, Əbülfəth Fərruxzad ibn

Axsitanın zamanında...". 90

N.Xanıkov bu məscidin Fəribürz oğlu II A xsitanın oğlu Fərruxzadın adı çəkilən

kitabəsindən danışarkən onu h.680 (1281-1282)-ci ilə aid edir. 91 Kitabənin B.Dorn 92 və

İ.Berezin tərəfindən dərc olunmuş 4 variantı əsasında onun mətnini aşağıdakı şəkildə

təqdim edirik: "Əmr be bina hazəl məscid əl-məlik əl-müəzzəm, əs-sultan əl-azim, Nəsr

əd-dövlə və-d-din Əbü-1-fəth Fərruxzad ibn Axsitan ibn Fəribürz, Nasir əmir

əl-möminin xələz-allahi məlikə və-d-dövlətə fi-t-tarix sənətə... səmanin..."

"Bu məscidin tikilməsini əzəmətli məlik, böyük sultan, dövlətin və dinin

qoruyucusu Əbü-1-Fəth ibn A xsitan ibn Fəribürz, mö minlər əmirinin yardımçısı, allah

onun hakimiyyətini və səltənətini uzun eləsin, səksəninci ildə əmr etmişdir"

(1281-1282-ci illər).

Bakıxanovun məlumatına görə Fərruxzadın ad ı məsciddə onun şirvanşah

tərəfindən bərpa edilməsi ilə bağlı çəkilmişdir. 93 Ola bilər ki, məscid kitabədən

qədimdir və Fərruxzad möhkəm Bakı qalasında yaşamışdır.

Bakı qalasında monqollar zamanında Şirvanşahların hakimiyyəti dövründə

tikilmiş XIV əsrə aid bir sıra abidələr - türbələr, qəbir daşları, xüsusilə məscidlər

qalmışdır. Onların arasında Gilək məscidi seçilir. Məscidin divarında aşağıdakı

məzmunda kitabə vardır: "Bu məscidi bərpa etməyi möhtərəm sədr (vəqf məsələlərinə

baxan ruhani nümayəndəsi - S.A.) Əmin əd-Din... Əbubəkr oğlu, allah xeyir işlərdə

onun köməyi olsun, allahın camalına tamaşa etmək və ona xoş getmək məqsədilə əmr

etmişdir. 708-ci il zilhiccə ayı" (12.V-21.VI.1308/9). 94

Kitabədə, göründüyü kimi, daha əvvəllər tikilmiş məscidin bərpasından xəbər

verilir. Bu məscid planlaşdırılması ilə seçilir. Onun cənub divarında daşdan yonulmuş

səkkizguşəli ulduz şəklində xaçlı ornamentdən ibarət zərif şəbəkəli pəncərə vardır.

Pəncərə çərçivəsinin yuxarı hissəsi çatma tağla tamamlanır, çərçivənin haşiyəsi isə

nəbati xarakterli naxışlarla örtülmüşdür. Belə pəncərələrə Abşeronun və Bakının bir

çox abidələrində - Dərviş türbəsində, Mərdəkan kəndindəki məsciddə və i.a. - rast

gəlinir.

B.Dornun məlumatına görə İçərişəhərdə daş kitabələri olan bir neçə minarəsiz

məscid var idi: ustad Mahmud ibn Məsudun sədr Nasir əd-Din Gərşəsb ibn Həsən

Hacibin adı çəkilən Şərəfüllah məscidi, 7-ci il (XIV əsr). 95 Molla Fətullah, yaxud, Hacı

Ağa Məali məscidinin cənub divarındakı məscidi tikdirən Mövlana Əhməd ibn

113

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!