16.11.2014 Views

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Baba(dərhal). Bəli, mənim həyatımda ən dəyərli hadisə odur ki, tale məni Yoldaş Təklə

rastlaşdırdı! Yoldaş Təkin atalıq qayğısı nəticəsində mən yük daşıyandan poçt şöbəsi müdirinin az

qala müavini vəzifəsinədək yüksəlmişəm. (Üzünü Yoldaş Təkə tutaraq) Məni adam eləyən siz

olmusunuz, Yoldaş Tək. Əgər siz olmasaydınız, indi Allah bilir, mən hansı tiyanın altında yatırdım.

Y o l d a ş T ə k (xeyli feyziyab). Mən nə etmişəm ki... Adicə olaraq bir müəssisədə işləyirik...

B a b a. Siz necə də təvazökarsınız, Yoldaş Tək! Siz mənim üçün bilirsinizmi nə etmisiniz?

Siz məni Makarenko üsülü ilə tərbiyə edib yetişdirərək cəmiyyətimiz üçün yararlı bir vətəndaşa

çevirmisiniz.

Y o l d a ş T ə k (eyni feyziyablıqla). Bu mənim vətəndaşlıq borcumdur...

Kişi(Babaya). Siz nə üçün yuduğunuz cənazələrin paltarlarını oğurlayıb satırsınız?

Baba(özünü itirmiş halda). Mən... Mən...

K i ş i. Siz nə üçün dünən axşam, işdən sonra evinizdə oturub çay içərkən arzulayırdınız ki,

Yoldaş Tək tez ölsəydi, bəlkə siz də müdir olardınız?

Baba(özünü tamam itirmiş halda). Mən... mən... (Şaşqın halda gah Yoldaş Təkə, gah Ədiləyə,

gah da Kişiyə baxır.) Yox...

K i ş i. Gedə bilərsiniz.

Y o l d a ş T ə k. Mən də, yoldaş e-e-e...

K i ş i. Bəli, siz də.

Y o l d a ş T ə k (Babaya). Gedək. (Bir anlıq ayaq saxlayır.) Bağışlayın, sizin familiniz nədir?

K i ş i. Mənim familim yoxdu.

Y o l d a ş T ə k. Qəribədir. Çox qəribədir... (Gedə-gedə) Bir belə tamaşaçının qarşısında

familini danır...

Y o l d a ş T ə k ilə Baba gedir.

Ə d i l ə (dalğın). Gördünüz? Gördünüz ki?..

K i ş i. Gördüm.

Kiçik pauza.

Ə d i l ə (çağırır). Xəlil, Xəliluşka.

Xəlilin səsi. Nədir, mamoçka, nədir, canım?

Ə d i l ə. Bura gəl bir dəqiqəlik.

Xəlil qaranlıqdan çıxıb onlara yaxınlaşır.

X ə l i l. Nə lazımdır, mamoçka? (Kişini görür.) Salaməleyküm.

K i ş i. Siz Xəlil Yusif oğlu Kərimovsunuz. Qırx yeddi yaşınız var. Ictimai Təminat

Nazirliyində işləyirsiniz. Evlisiniz. Uşağınız yoxdur.

X ə l i l (pərişan). Bəli, belədir... Təqsir Adınkada deyil, təqsir məndədir...

K i ş i. Bu saat siz həyatınızda ən dəyərli hesab etdiyiniz bir hadisəni danışmalısınız.

X ə l i l (təəccüblə). Nə münasibətlə?

K i ş i. Buyurun.

Xəlil Ədiləyə baxır. Ədilə çiyinlərini çəkir.

X ə l i l. Buyur deyirsiniz, buyurum də... (Ədiləyə) Mamoçka, onsuz da, sən bilirsən ki, mənim

həyatımda ən dəyərli hadisə nədir. Eybi yox, qoy yenə deyim. (Üzünü Kişiyə tutur.) Bütün

həyatımda ən dəyərli və yenə də ən dəyərli hesab etdiyim hadisə Ədilə ilə evlənməyimizdir.

Kiçik pauza.

100

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!