16.11.2014 Views

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Xanım arvadın üzərinə düşür.

X a n ı m a r v a d (qızların qarşısında dayanaraq Ədiləyə). Ay qız, indi də uşağı tovlayıb

sirkə gətirirsən? Elə bilirsən, xəbər tutmayacaqdım mən?! Nə ifritəsən, ağəz, sən?! Hə də, əlbəttə,

anası gəzən ağacları balası budaq-budaq gəzər də!.. Həyasız!..

Ədilə ağlaya-ağlaya qaçıb səhnədən çıxır.

X a n ı m a r v a d (Qocaya). Gəl, gəl, düş qabağıma!

Xanım arvadla başını aşağı sallamış Qoca irəlidə, Ələkbər də onların ardınca uzaqlaşırlar.

Işıq yalnız Müəllifin üzərinə düşür.

M ü ə l l i f. Həmin axşam, kimsəsiz, yad bir küçədə Qocayla Xanım xalanın ardınca

addımlayırdım. Heç nə fikirləşmirdim. Elə bil, mənim üçün hər şey yox olmuşdu... Qoca özünü

saxlaya bilməyib mənə tərəf baxdı. Mən isə ona baxmadım. Mən, əslində, Xanım xaladan yox,

Qocadan incimişdim...

Pauza.

O ki, qaldı sirkə, Qoca ilə mən bir də heç vaxt sirkə getmədik...

İ ş ı q s ö n ü r.

BEŞİNCİ ŞƏKİL

M ü ə l l i f, S ə f u r ə x a l a, M ə ş ə d i x a n ı m, F i r u z ə x a l a, S o n a, X a n ı m a r v a d, Ş ö v k ə t.

Ələkbərgilin evi. Günorta.

Işıq, əvvəlki şəkildə olduğu kimi, yalnız Müəllifin üzərinə düşüb.

M ü ə l l i f. Müharibə başlamazdan əvvəl, məhəllənin arvadları, hərə öz ununu, yağını, başqa

azuqəsini götürüb, tez-tez bizim evə yığışardı. Ona görə bizim evə yığışardılar ki, atam çox zaman

səfərdə olardı, məhəllə arvadları da bizdə rahat əyləşib düşbərə, qutab, xüsusən Novruz bayramı

qabağı şəkərbura, paxlava, qoğal bişirə-bişirə söhbət edərdilər.

Səhnə işıqlanır.

S ə f u r ə x a l a. Eh, elə yerlər var dünyada ki, oralarda elə dağlar var ki, nə deyim... Eynulla

deyir ki, o dağlarda buz kimi bulaqlar var, ağəz, bir parç götürüb içirsən, adamın bütün dərdinisərini

aparır.

M ə ş ə d i x a n ı m. Mənə lazımdı o bir parç su, çəkim başıma, bəlkə mən də, bir gün görüm.

Var elə yerlər, əlbəttə var, nöşün yoxdu?..

F i r u z ə x a l a. Hafiz deyir, Moskvada indi elə evlər tikirlər ki, day pilləkənləri piyada

çıxmırsan. Minirsən maşına, qaldırır səni yuxarı, özü də, pulsuz e, ağəz...

M ə ş ə d i x a n ı m. Eh, hər şey asılıdı onnan ki, harda səninçün yaxşı keçir. Harda yaxşı

keçir səninçün, ora da yaxçı yerdi...

S o n a. Eh... Ağakərim Rusetin şəhərlərinnən, kəndlərinnən elə şeylər danışır ki, vallah, mən

lap məəttəl qalıram! Deyir ki...

X a n ı m a r v a d. Ayıb döyül sizə? Nöş naşükürlük edirsüz? Nöş şaddığıvuza şıllaq atursuz?

Nöş deyinirsüz, ağəz? Bura nöş bələnçinə pis olub sizinçün? Böyütmürsüz uşaqlarıvuzu? Yeməyə

çörək tapmursuz, ağəz? Day nöş pis oldu buralar? Hə?..

350

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!