16.11.2014 Views

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

M ə r y ə m (atasına tərəf baxaraq yavaşdan). Ata, görəsən ağ keçi indi neyləyir? Adamlardan

hürkürdü ağ keçi... Görəsən, öyrəşdi başqalarına...

K e ş i ş. Insanlar da, heyvanlar da, yer üzünün cəmi məxluqatı hər şeyə öyrənir, adət edir.

Dünyada əbədi heç nə yoxdur, qızım. Əbədi yalnız Allahdır və onun təlimidir. Yat, qızım, yat...

Pauza.

Yatdı... Bayandur xan Ziyad xanı öldürüb, Gəncə taxtına sahib olub... Bayandur xan, təkcə

Ziyad xanın qanı ilə doymayacaq, mən bu dinsiz cəlladları yaxşı tanıyıram, Bayandur xanın

adamları Mahmudu tapıb, onu da qətlə yetirə bilər... O zaman... O zaman hər şey qaydasına düşər...

(Elə bil, dediyindən qorxur.) Mən Məryəmin ürəyini ağrıdacaq bir ölüm arzu edirəm... Allahı uca

tutan, dinə xidmət edən insan, belə qəddar ola bilər?.. Axı, nə üçün, bir insan, başqa bir insana ölüm

arzulayır?.. Başqasına, lap dinsiz müsəlman olsun, ona ölüm arzulayan ürək, saf ola bilər? Mən

kiməsə ölüm arzulayıram, Müqəddəs Evin qapıları mənim üzümə açılar?..

Q a d ı n s ə s i. Yat, həyatım, yat... Özünü üzmə, həyatım... Yat... Yat... Yat...

K e ş i ş (qəfil həyəcanla). Yox, yox, yatmaq yox, qaçmaq lazımdır! Qaçmaq lazımdır!

Qaçmaq! Dur, qızım! Qaçmaq, qaçmaq lazımdır! Məryəm! Məryəm!

İ ş ı q s ö n ü r.

ON SƏKKİZİNCİ ŞƏKİL

D a n ı ş a n, Q ı s ı r Q a r ı, C e y r a n, C ə f ə r,

M a h m u d, S o f i.

Aylı bir gecə. Çöllük.

Bir tərəfdə Ceyranın çadırı, o biri tərəfdə Mahmudla Sofi ocaq kənarında oturub.

D a n ı ş a n. Ziyad xan öldürülmüşdü, amma indi bunun Ceyran üçün heç bir əhəmiyyəti yox

idi. Çünki onsuz da, Ceyran, Ziyad xanın tapşırığını yerinə yetirə bilməmişdi və yerinə yetirə

bilməyəcəkdi, bu aydın məsələ idi. Ziyad xan öldürülmüşdü, deməli, Ceyran tamam azad idi.

Düzdü, Təbrizdə vəd olunmuş mülk də əldən çıxırdı, amma nə olsun, dünyanın axırı deyildi ki...

Ceyran hələ cavan idi, gözəl idi, ağıllı idi və hər şey gələcəkdə idi...

Hansı gələcəkdə?

Pauza.

Pauza.

Yox, hər şey məhv olub gedirdi... Ceyran heç ağlına belə gətirə bilməzdi ki, bu qədər zəifdir

və dünyada hər şey onun üçün bu dərəcədə uğursuzluqla, bu dərəcədə şərəfsizliklə sona yetəcək...

Pauza.

Ziyad xanın qətli xəbəri gəlib çatanda, Qısır

qarının ağzındakı tək dişi ağardı.

Qısır qarı. Şükür Allaha, qayıdaq Gəncəyə – öz xarabamıza, day nə ölümümüz var bu çöllərdə.

Bir kişi xeylağı ki, adını cavan oğlan qoya, amma sən kimi nazəninin ləzzətini qanmaya, onda kül

onun başına...

Ceyran (hirsli). Bəsdir axmaq qarı, kiri!..

323

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!