16.11.2014 Views

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Sona əlində boğça evə qayıdır.

S o n a (Ağakərimə). Xoş gəlmisən... (Evə keçir.)

A ğ a k ə r i m. Xoş günün olsun...

Ə l i a b b a s k i ş i. Get, Ağakərim, yorulmusan yəqin. Bir-iki gün istirahət elə...

A ğ a k ə r i m. Yox, dadaş, növbəmi dəyişiblər, axşam yenə gedirəm birhəftəlik. (Evinə tərəf

gedir.)

Ə l ə k b ə r. Mən Xanım xalaya noxud aparım, gəlirəm. (Gedir.)

Ə l i a b b a s k i ş i. Ağakərim, ancaq oğlun əntiqə oğlandı. Allah saxlasın!

A ğ a k ə r i m (ayaq saxlayır). Alah sizin də hamınızdan razı olsun! (Evə girir.)

Ə z i z a ğ a ə m i. Allah haqqı, yaxçı adamdı bu Ağakərim!

H ə s ə n a ğ a ə m i. Həri!

Ələkbər ikinci mərtəbəyə qalxıb, Xanım arvadgilə gedir.

Ibadulla gəlir. Hiss olunur ki, keflidi. Heç kimlə görüşmədən

krantdan su içir və ikinci mərtəbəyə qalxır.

Ə z i z a ğ a ə m i. Allah Həmdullaya rəhmət eləsin. Yaxçı ki, vaxtında getdi bu dünyadan, bu

zayı, Ibadullanı belənçinə görmədi...

Ikinci mərtəbədən Əminə xalanın qışqırığı eşidilir.

Ə m i n ə x a l a n ı n q ı ş q ı r ı ğ ı. Adə, gəldün yenə?!

I b a d u l l a n ı n q ı ş q ı r ı ğ ı. Ver mənim qızıllarımı! O qızıllar mənimdi! Ver! Harda

gizlətmisən mənim qızıllarımı?

Ə m i n ə x a l a n ı n q ı ş q ı r ı ğ ı. Bir qara daş düşəydi sənün başuva oğul olan yerdə! Nə

istəyirsən məndən?! Mən acından günorta dururam, qızıl var məndə? Ay naxələf oğlu, naxələf?!

Əlüvü nöş hər yerə vurursan? Ay natəmiz, mən namaz qılmıram bəyəm? Müsülman döyüləm bəyəm

mən? Xarabonda arağı içib, donuz əti yeyib, gəlib, murdarlayırsan buraları... (Sınan şüşə səsi gəlir.)

Ay naxələf! Çıx get burdan də!

I b a d u l l a n ı n q ı ş q ı r ı ğ ı. Ver mənim qızıllarımı! Mənimdi o qızıllar! Atam mənim

üçün qoyub gedib o qızılları! Mənimdi o qızıllar! Ver, çıxım gedim!

Xanım arvad oğulları ilə həyətin ortasına çıxır. Ələkbər də onların yanındadır.

Ə m i n ə x a l a n ı n q ı ş q ı r ı ğ ı. Adə, ay haramzadə nadürüst, atovun ki, bu qədər qızılları

vardı, onda nöş düşüb şəhərin küçələrində fayton sürürdü?! Adə, öldürmək istəyirsən məni?!

Əminə xala evdən pilləkənə çıxır, Ibadulla da onun ardınca gəlir.

Ə m i n ə x a l a. Öldürmək istəyirsən məni?! Allah tez eləsin, tez aparsın məni ki, sənin

üzündən qurtarsın canım! Tez aparsın Allah məni! Adə, nə istəyirsən məndən?!

I b a d u l l a. Qızıllarımı istəyirəm!

Ə m i n ə x a l a. Yoxumdu! Heç nə yoxumdu!

I b a d u l l a (camaata). Gizlədib, gizlədib məndən! Atam bir ətəy qızıl qoyub gedib

mənimçün! Toçnu bilirəm! Gizlədib qızılları... Vermir... Tapa da bilmirəm. Yoxsa, qaldığım o əclaf

evdə mənim nə itim azıb?.. Çıxıb gedərdim özümçün Voronejə! (Əminə xalaya) Ver mənim

qızıllarımı! Ver!

X a n ı m a r v a d. Alə, Ibadulla! Ibadulla!

I b a d u l l a. Nə var, ağəz? Nə Ibadulla, Ibadulla salmısan orda? Nə var?

X a n ı m a r v a d. Rədd ol burdan!

343

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!