16.11.2014 Views

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Silvana. O stalinizmin qurbanıdı!

Direktor. Bəli... Bəli...

S i l v a n a. Xruşşov valyuntarizminin qurbanıdı!

Direktor. Bəli... Bəli...

S i l v a n a. Brejnevizmin qurbanıdı! Qorbaçovşinanın qurbanıdı!

Direktor. Bəli... Bəli...

S i l v a n a. Dünyada nə pis şey var, hamısının qurbanıdı!

D i r e k t o r. Bəli... Bəli...

Silvana. Lakin biz humanist olmalıyıq!

Direktor. Bəli... Bəli... Olun!

S i l v a n a. Biz istəmirik ki, o ölsün! Bu bizim prinsiplərimizlə bir araya gəlməz! Elə deyilmi,

xanımlar və bəylər?

Direktor. Elədir!

Artist. Əlbəttə, ölməsin!

Gənc aktrisa. Yox, ölməsin! Dünyanın mədəniyyət xadimləri bizə nə deyər?

Baş rejissor. Əşşi, özü bilər! Biz onun şəxsi həyatına müdaxilə etməyək!

S i l v a n a (Baş rejissorun sözlərinə fikir vermədən). Xanımlar və bəylər! (Direktoru

göstərərək) Bu adam adi insanlar kimi yaşaya bilmir! Bu onun təqsiri deyil! Totalitar rejimin

təqsiridir!

Direktor. Bəli... Bəli...

S i l v a n a. Əgər biz istəmiriksə o ölsün, ona personal maşın vermək lazımdı!

Direktor (kövrəlmiş). Çox sağ olun! Mən ömrüm boyu sizin bu yaxşılığınızı unutmaram!

Partiya biletimə... e-e-e... vicdanıma and içirəm!

Silvana. Yadınıza salın! O, Mərkəzi Komitədə işləyəndə bizim teatra təntənəli surətdə

«Xalqlar Dostluğu» ordeni təqdim etdi!

Artist (yavaşdan). Amma mənə on beş il fəxri ad vermədi...

Baş rejissor (yavaşdan). Mənə də beş dənə yağlı töhmət verdi...

S i l v a n a. Biz özümüzü yox, teatrı düşünməliyik! Insan müvəqqəti, sənət daimidir!

Xanımlar və bəylər! Mən təklif edirəm ki, bufetin sosiska maşınını buna verək!

Direktor. Nə?

Silvana.Sosiska daşıyan maşını! Qoy bunun personal maşını olsun!

Direktor. Hə?.. Yaxşı... Mən razıyam!.. Razıyam!.. Qoy... qoy... (Kövrəlir.) sosiska maşını

olsun, razıyam!..

K a t i b ə (açıq qapıdan kabinetə tərəf boylana-boylana əlindəki dəstəyə). Sosiska maşınına

da razı oldu. Yazıq qorxur ki, o da əldən çıxar! (Onu sıxışdırıb içəri boylanan Müəllifə çımxırır.)

Çəkil də!.. Görmürsən, baxıram?!

M ü ə l l i f (həyəcanlı). Neçə çəkil? Necə çəkil? Siz mənim müəllif hüquqlarımı əlimdən ala

bilməzsiz! Mən bədii material yığıram! Mən zəmanəmizin faciəsini yazaçağam!..

K a t i b ə (əlini yelləyir). Ay-hay!..

S i l v a n a. Xanımlar və bəylər! Deməli, kollektivin fikri belədir: Əhməd teatrda işə bərpa

olunur.

A r t i s t. Bəli!

Gənc aktrisa. O istedaddır!

S i l v a n a. Və direktor vəzifəsinə təsdiq edilir! Bu adam isə (Direktoru göstərir.)

administrator vəzifəsinə keçirilir.

Direktor. Bufetin sosiska maşını da mənə təhkim edilir.

S i l v a n a. Bəli.

Direktor. Səsə qoyun! Indi demokratiyadı, səsə qoyun ki, sonra bunun da bir əmması

çıxmasın.

211

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!