16.11.2014 Views

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

B i r i n c i q o n a q (eyni hiddətlə). Buranın tualeti də gah işləyir, gah işləmir!..

I k i n c i q o n a q. Doğrudur? Nə bildiz? (Jiletin cibindən çıxardığı iri saata baxır.) Nə yaxşı

vaxt tapıb getmisiz tualetə!.. Mən heç on dəqiqə deyil ki, boşaltmışam bu nömrəni...

B i r i n c i q o n a q (qışqırır). Ələ salmısız məni? Hə? Soruşuram sizdən! Ələ salmısız məni?

I k i n c i q o n a q. Sakit olun, canım, sakit olun!.. Özünüzü üzməyin!.. Mən bu saat gedirəm...

(Çətiri bağlayıb, qoltuğuna vurur.) Bu saat...

Yorulmuş və əldən düşmüş Birinci qonaq taqətsiz halda divana oturur. Ikinci qonaq otağın ortasındakı boş mizə

baxıb

gülümsəyir.

I k i n c i q o n a q. Doğrusu, elə bilirdim ki, oturub içirsiz... (Havanı iyləyir.) Yox, içki iyi

gəlmir... Iy yayınmaz mənim burnumdan! Içməmisiz, yaxşı eləmisiz. Içki bədənin atasını yandırır,

doğrudan da, çox ziyanlı şeydir... (Öskürür.) Mən də ki, xəstələnmişəm...

B i r i n c i q o n a q (yavaşdan). Demisiz, bilirəm...

I k i n c i q o n a q. Qoyun sizə bir məsləhət verim: buranın beləliyinə baxmayın, gecələr

soyuq olur. Iki adyal salın üstünüzə.

B i r i n c i q o n a q (biganə). Yaxşı...

I k i n c i q o n a q. Yaz vaxtının soyuqdəyməsi pis şeydi. (Öskürür.) Özünüzü qoruyun.

B i r i n c i q o n a q (eyni ruh düşkünlüyü ilə). Yaxşı...

I k i n c i q o n a q. Di salamat qalın! Bir daha üzr istəyirəm sizdən ki, narahat elədim...

Bağışlayın...

B i r i n c i q o n a q. Siz hardan gəldiz?

I k i n c i q o n a q. Nə?

B i r i n c i q o n a q (qışqırır). Hardan gəldiz siz? Hardan girdiz içəri?

Pauza.

I k i n c i q o n a q. Siz çox yorğunsuz... Dincəlmək lazımdı...

B i r i n c i q o n a q. Gedirsiz?

I k i n c i q o n a q. Bəli, gedirəm, əlbəttə!..

B i r i n c i q o n a q. Həmişəlik gedirsiz?

I k i n c i q o n a q. Necə yəni «həmişəlik gedirsiz?»

B i r i n c i q o n a q. Deyirəm daha görüşməyəcəyik ki?

I k i n c i q o n a q. Dağ dağa rast gəlməz, adam adama rast gələr, – deyiblər. Kim bilir?..

B i r i n c i q o n a q. Yox, soruşuram, daha bu gün bura qayıtmayacaqsız ki?

I k i n c i q o n a q. Yox, canım... Çətiri də götürdüm, day burda nə işim var? Üç gündü

burdayam, vaxtım bitib, evə qayıdıram... Bilirsiz, əslinə baxsaz, mən ev adamıyam. Imkanım olsa,

heç vaxt evdən çıxmaram. Özüm ki, xəstələnmişəm...

B i r i n c i q o n a q. Deməli gedirsiz?

I k i n c i q o n a q. Əlbəttə!..

B i r i n c i q o n a q. Daha geri qayıtmayacaqsız?

I k i n c i q o n a q (təəccüblə). Yox...

B i r i n c i q o n a q. Çətiri də götürmüsüz?

I k i n c i q o n a q. Bude...

B i r i n c i q o n a q. Day heç nəyiniz qalmayıb burda?

I k i n c i q o n a q. Nəyim vardı ki, nəyim də qalsın. Görmədiz? Götürmüşəm hər şeyi.

B i r i n c i q o n a q. Onda söz verin mənə.

I k i n c i q o n a q. Nə söz?

B i r i n c i q o n a q. Söz verin ki, daha geri qayıdıb o otağa girməyəcəksiz!

33

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!