16.11.2014 Views

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

S o f i. Banu, Mahmud o qıza aşiq olub, bu, şəksizdi...

Q ə m ə r b a n u (həyəcanlı). O keşiş qızı necə ifritədir ki, cavan yaşında belə bir məharət

yiyəsidi? O keşiş necə cəsarət və iştaha sahibidir ki, bu cür xam xəyallara qapılır? Qızı da, keşişi də

itirmək asandı, amma... amma Mahmudun ürəyi yaralansa, sağalan deyil... Yüz ölçüb, bir biçmək

lazımdı...

Qısır qarı. Oxuduğum Quran haqqı, qıldığım namaz haqqı, məəttəl qalmalı işdir! (Xısın-xısın

gülür.) Allahın hər verən günü, düzənlikdədirlər... Keşişin o sısqa qızı, Zəhra kimi ürəyi

yumşaqdır... Əstəğfürullah... Bilqeyis kimi ağıllıdı...

Q ə m ə r b a n u (Qısır qarıya hirsli). Başımızı ağrıtma, qarı!

Qısır qarı. Başım üstə! Gözüm üstə!

Q ə m ə r b a n u. Mirzə, məsləhətin nədi?

Mirzə Salman Sofi ilə Qısır qarıya baxır.

(Onlara) Siz gedin!

Sofi ilə Qısır qarı səhnədən çıxırlar.

Sözünü de, Mirzə! Nədir məsləhətin?

M i r z ə S a l m a n. Məsləhət Allahındır, Banu! Sən Allahın işinə qarışma... Heç olmasa, bu

dəfə günah işləmə... Gəncə taxtının yeganə varisi, Quran ayəsi kimi pak, təmiz Mahmudun, keçi

saxlayan keşiş qızı ilə izdivac tapmasını qəbul et... Axı, Quran yazır ki, bizim başımıza ancaq o iş

gəlir ki, onu Allah, bizim alnımıza yazıb...

Q ə m ə r b a n u (çılğın). Allahın üzü dönüb məndən, Mirzə Salman!.. Deyirsən, daha günah

işləməyim? Amma ürəyim, bax, bu ürəyim hiss edir ki, Mahmudum yaman yarası çıxarıb, yaman

bəlaya düşüb, Mirzə!.. Günah işləməyim? Ağbirçək ana, «Oğul!» deyib ağlamırmı, Mirzə?..

Ağlayanda gərək yaş çıxsın gözdən? Gördün, nə tez ağardı saçlar, nə tez qocaldı Qəmərbanu?..

Fələk nədi, Mirzə Salman, mənim xatamdı?.. Nə məlulam, nə şadam... Gündüz mənə axşam oldu,

Mirzə, gecə-gündüz görəmmədim yolumu... Ölüm nəfəsli soyuq alıb ağlımı, daha yoxdur sağlığıma

güman, hey!..

İ ş ı q s ö n ü r.

SƏKKİZİNCİ ŞƏKİL

M ə r y ə m, M a h m u d, A n a s ı n ı n ə m c ə y i n i

k ə s ə n I b r a h i m.

Gündüz. Düzənlik.

M ə r y ə m. Dünən səndən ayrılıb evə gedəndə, bilirsən, mənə elə gəldi ki... kimsə çatışmır...

elə bil, kimsə yoxdur... sən yox e-e-e...

M a h m u d. Bilirəm...

M ə r y ə m. Bilirsən nə çatışmır?..

M a h m u d. Bir vaxt, biz bu düzənlikdə, beləcə gəzəcəyik... Bizim dalımızca, bir oğlan

gələcək...

M ə r y ə m. Hə, hə... O balaca oğlan mənə oxşayacaq...

M a h m u d. Sonra bir qız gələcək...

M ə r y ə m. Hə, hə... O qız da sənə oxşayacaq...

M a h m u d. Sonra yenə bir qız gələcək...

M ə r y ə m. Sənə oxşayacaq...

312

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!