16.11.2014 Views

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Nəqərat. Teatr!.. Teatr!..

Teatr!.. Teatr!..

- Teatr

Pərdəni açıb

Gülür özünə!..

- Bir gözü güləndə

Qor tökülür,

Duz tökülür

O biri gözünə!..

Danışanda susur,

Susanda deyir!..

- Səhər Kobayam mən,

Axşam Bezuxov Pyer!..

- Cənab!..

- Müsyö!.

- Tovariş!..

- Ser!..

- Həm lotuyam,

Həm avam!

- Gah cəlladam,

Gah qurban!

- Can, ay can!..

- Bu gün gəmim

Üzür yenə!..

- Sabahsa batır...

- Sonra yenə

Çıxır üzə!

- Sabah yenə,

Yenə batır!

Nəqərat. Teatr!.. Teatr!..

Teatr!.. Teatr!..

Xorun sözləri söyləndikcə səhnə fırlanır və yenə də başlanğıcdakı «Otello» tamaşasında olduğu kimi, iki yerə

bölünüb: yarısı teatr səhnəsidir, sol tərəfdə qalan yarısı isə səhnə arxasıdır. Pərdə salınır. Görünməyən

tamaşaçıların alqışını eşidirik.

S i l v a n a. Qaldırın pərdəni! Qaldırın!

Gənc aktrisa. Ay aman... Belə biabırçılıqdan sonra yenə özünü qabağa verir!..

S i l v a n a. Mənim əlimdən tutun!

Direktor. Mən? Yox day, mən qurtardım! Mənim də prinsiplərim var!

S i l v a n a. Qaldırın pərdəni!

Tamaşanın iştirakçıları bir-bir, iki-bir səhnəyə çıxıb görünməyən tamaşaçılara baş əyir və bütün bu müddət

ərzində də xorun üzvləri eləcə öz mətnlərini söyləyirlər.

- Həyat - səhnə,

Səhnə - həyat!..

- Teatr yerə

Əlcək atır!..

- Özünə gülür!

- Sənə!

- Mənə

- Ona gülür!

- Dünya, sənə,

214

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!