16.11.2014 Views

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

I s g ə n d ə r z a d ə. Xeyr! Xeyr! Mən nədən qorxmalıyam?

Birinci m ü x b i r. Onda cəsarətli bir söz deyin!

Ikinci m ü x b i r. Indi qeyrət vaxtıdır!

Üçüncü m ü x b i r. Xalq sizin də sözünüzü eşitmək istəyir.

I s g ə n d ə r z a d ə (yavaşdan). Doğrudan da, mən haçansa cəsarətli bir söz deməliyəm,

yoxsa yox? Vaxtdır artıq, yoldaş Isgəndərzadə, vaxtdır! Cəsarətli ol! Millət səni eşitmək istəyir!

(Bərkdən) Mən sizə deməliyəm ki, Leninin «Dövlət Plan Komissiyasına qanunvericilik vəzifələri

verilməsi haqqında» əsərini yenidən oxudum!

Pauza.

Hamı bir-birinin üzünə baxır.

I s g ə n d ə r z a d ə. Və bütün məsuliyyəti ilə deməliyəm ki, bəzi fikirlərin yanında quş

qoydum!

Pauza.

Birinci m ü x b i r. Necə yəni quş qoydum?

I s g ə n d ə r z a d ə. Bəli! Məndə tərəddüdlər yarandı. Xüsusən bir yerdə Lenin yazır ki...

Ikinci müxbir (dəftərçəsində yaza-yaza, onun sözünü kəsir). Deməli, siz Lenini rədd edirsiz?

I s g ə n d ə r z a d ə (yenidən özünü itirir). Yox... Bilirsiz... Burada məsələ... Iş belədir ki...

Ivan Ivanoviç (tələm-tələsik gələrək özünü müxbirlərin arasına dürtür). Mən oynamışam!

Lenini mən oynamışam! Lakin mən inanmışam! Mən bilməmişəm ki, bu imperiya dağılmalıdır!

Azərbaycan xalqı mənim üçün doğmadır! Qarabağı vermərik! Yazın! Şəklimi də çəkin ki, bilsinlər

mənəm! Qoy teatrdakılar paxıllığından ölsün! Qoy hamı bilsin ki, mən də sizinləyəm! Səhərdən

pəncərədən baxırdım! Eşq olsun Əhməd bəyə!

Ə h m ə d b ə y. Allah!.. Allah!..

Mehdiqulu bəy. Pərvərdigara! Bu yazıq insanlar niyə bu günə düşüb?!

Ə s ə d u l l a. Alə, yalan danışır! (Ivan Ivanoviçi göstərir.) Onun məqsədi başqadı! Onu qovun

ordan!

Üçüncü m ü x b i r (Əsədullaya). Siz xalqlar dostluğunun əleyhinəsiniz?

Ə s ə d u l l a. Mən? (Eynşteynə baxır.)

E y n ş t e y n. Xeyr!

Ə s ə d u l l a. Xeyr! Mənim mühasibim də, kassirim də yəhudidi! Mənim «Xalqlar dostluğu»

ordenim var.

Operator. Qabağımdan çəkilin! «Günün ekranı»...

Fotoqraf qız (Əhməd bəyə). Sizin şəklinizi bir də çəkmək istəyirəm. Bütün qəzetlər üçün!

(Əhməd bəyə tərəf gedir.)

Fotoqraf oğlan. Mən də! (Əhməd bəyə yaxınlaşır.)

I v a n I v a n o v i ç. Mənim də şəklimi! Mənim də! Mən də əziz həmvətənimlə bir

dayanacağam! (Əhməd bəyə tərəf qaçır.)

Ə s ə d u l l a. Alə, dayan mən də gəlim! Xalqıma canım qurban! Qoy xalqım qəzetlərdə

görsün ki, həmişə onunlayam! Qoy görsün ki, vətən üçün nələr eləyirik! (Eynşteynə) Gəl dalımca!

(Cəld addımla Əhməd bəyə yaxınlaşırlar.)

I s g ə n d ə r z a d ə (əzablı tərəddüdlər içində yavaşdan). Mən də gedim çəkdirim, yoxsa

yox? Hə? Gedim? Getməyim?

V e r a N i k o l a y e v n a (səhnə arxasından). Dayanın! Məni də gözləyin! Məni də!

I v a n I v a n o v i ç. Gözləyin! Onu da gözləyin!

163

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!