16.11.2014 Views

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

- Hambal Dadaş gül vurub,

Gedib olubdu səfir!

- Robin Qudun qılıncı

Paslanıb, qında yatır!..

- Qırat - axsaq bir qatır!

Nəqərat.

Teatr!.. Teatr!..

Teatr!.. Teatr!..

Işıq yalnız Müəllifin üzərinə düşüb.

Müəllif. Ay-hay!.. Sən öləsən, day restoran yoxdu! Qurtardı! Qələt eləyərəm mən bir də səni

restorana apararam! Restoranda vurub əsəri tərifləyir deyir ki, gərək səhnədə romantika olsun, qoy

Gülzar quzuları qucağına alsın, camaat bezib day gərginlikdən! Ayılanda da başlayır ki, qoyunu inək

elə, day nə bilim, nə? Təqsir səndə deyil, mənim kor taleyimdədir! Kor taleyim də ki, mənim

istedadımı, mənim yuxusuz gecələrimi gətirib sənin ayaqlarının altına atır!.. Mənim yaradıcılıq

əzablarım bəs deyilmi?! Yazmaq məşəqqəti mənimçün kifayət deyilmi?! Üstəlik nə üçün tale məni

sənət yolunda bu cürə antipodlara ürcah eləyir?! Nə üçün?! Amma mən ruhdan düşməyəcəyəm!

Mən qəhrəman xalqımın sevimli sənətkarı olacağam! Öz əsərim uğrunda mübarizə aparacağam!

Mən yeni əsərlər yazacağam! Nəyin bahasına olursa-olsun. Mənim ilhamım çağlayan bir bulaqdır!

Coşğun şəlalədir! Büllur göz yaşıdır! Mən öz istedadıma xəyanət edə bilmərəm!.. Əyər etsəm,

mənim qəhrəman xalqım öz sənətkarını bağışlamaz! (Portfelini yerə qoyub iki əlini də göyə

qaldırır.) Ey ulu Tanrı! Sən özün mənim ilham pərimi hifz elə! Qoru, qoru sənətkar oğlunu, qoru!..

İ ş ı q s ö n ü r.

YEDDİNCİ ŞƏKİL

Təbiətin gözəl bir guşəsi. Silvana, Dayı. Silvana ilə Dayı o gözəl təbiət guşəsində gəzişir, hərdən dayanıb

təbiətdən və bir-birlərindən həzz alır, sonra yenə gəzişirlər.

S i l v a n a. Ah!.. Quşların səsini eşidirsinizmi?

D a y ı. Eşidirəm...

S i l v a n a. Əlli ildi teatrda o qədər yalançı quşların səsinə qulaq asıram ki, həqiqi quşların

səsi məni az qalır bihuş etsin...

Pauza.

D a y ı. Neçə ildi?

S i l v a n a. Nə neçə ildi?

D a y ı. Dediz ki, neçə ildi teatrda yalançı quşların səsinə qulaq asırsız?

S i l v a n a. E-e-e... Bir neçə ildi!.. Əzizim, siz quşların səsinə qulaq asın... Illəri yaddan

çıxarın... Ancaq bu tərəfə baxaq, o tərəfə yox...

D a y ı. O tərəfdə nədi ki?

Silvana. O tərəfdə bizim teatrın damı görünür... Bu tərəfə baxın, bu tərəfə!.. Quşlara qülaq

asın!.. Yarpaqların pıçıltısına fikir verin!.. (Gözlərini yumur.)

Siz də gözlərinizi yumun!..

Pauza.

190

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!