16.11.2014 Views

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Pauza.

Yumdunuzmu?

D a y ı. Bəli...

Pauza.

S i l v a n a. Mən dağ şəlalələrini görürəm... Nə gözəl çəmənlikdi... Hər tərəf laləlikdi... Siz də

görürsüz?

D a y ı. Mən yox...

S i l v a n a (gözlərini açaraq narahat). Görmürsüz?

D a y ı. Yox...

S i l v a n a (gizli bir həyəcanla). Bəs siz nə görürsüz?

D a y ı. Mən?

S i l v a n a. Hə də, siz!

D a y ı. Sizi...

S i l v a n a (tələsik). Açmayın gözünüzü, açmayın!. (Təzədən gözlərini yumur.) Mən də

açmıram... O-o-o... Mən də sizi görürəm... Biz bir yerdə o şəlalənin kənarındayıq... Üstümüzə narın

su çilənir... O-o-o... Siz mənə təklif edirsiniz...

D a y ı. Nə təklif?

Silvana. Belə hallarda kişilər qadınlara nə təklif edir?

D a y ı. E-e-e... (Gözlərini açır.)

S i l v a n a. Mən indi o təklifi sizin özünüzdən eşitmək istəyirəm...

D a y ı. Elə burada?

S i l v a n a (gözlərini açır). Əlbəttə... Bura çox gözəldir... Ancaq (Əli ilə teatr tərəfi göstərir.)

o tərəfə baxmayın...

D a y ı. Birdən adam-zad gəldi?..

S i l v a n a. Nə olar? Gəlsin də!..

Dayı (ətrafa boylanır). Heç olmasa uzun skamyadan-zaddan da yoxdu...

Silvana. O-o-o!.. (Yavaşdan) Gör indidən ürəyindən nə keçir e... yaman şeydi!.. (Bərkdən)

Mən ciddi təklif deyirəm...

D a y ı. Yəni... Mən...

Silvana (bir az səbrsiz). Ailə təklifi!..

D a y ı. Siz... Siz mənə gələrsiz?

Silvana. O-o-o!.. (Gözlərini yumur.) Necə də ürəkdən deyirsiz!.. Quşların səsini eşidirsinizmi?

D a y ı. Bəli...

S i l v a n a. Gözlərinizi yumun...

D a y ı. Yenə?

S i l v a n a. Hə...

Dayı gözlərini yumur.

Elə bil... Elə bil, məni qara basır... Bu həqiqətdir, elə deyilmi?

D a y ı. Elədi...

S i l v a n a. Təkrar edin...

D a y ı. Quşların səsini eşidirəm.

S i l v a n a. Onu yox. Təklifi!

D a y ı. Siz mənə gələrsiz?

S i l v a n a. O-o-o!.. Mən indi sizə cavab verməliyəm, hə?

D a y ı (çiyinlərini çəkir). Yəqin də...

191

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!